29.11.10

Çal oyna, gəl oyna

Sofiya Sadıqlı


Boynu yoğunların beli yoğunlara sayğı göstərdiyi məmləkətim
 
“Çal oyna, gəl oyna” Azərbaycan telekanallarının devizidi. Profilindən aslı olmayraq, bütün verilişlərdə iştrakçılar da, tamaşaçılar da, aparıcılar da düşürlər ortalığa, oyna oynadıqca...
Hətta bu günlərdə ANS-də yayımlanan “Toy olsun” şousunda iştrakçılardan birinin dostları heç bir səbəb olmadan ortalığa düşüb başladılra oynamağa. Yerigəlmişkən, bu hal ANS-də adət halına düşüb. Məsələn, toyxanalarda fəaliyyət göstərən arvad müğənnilərin yarışmasını təşkil edən “Toylar kraliçası” yarışmasında da belə hallar tez-tez baş verir. Ötən yayımlardan birində boynu yoğun bir idmançı beli yoğun bir xanəndə arvada gül dəstəi bağışladı. Hətta aparıcının və başqalarının etirazına məhəl belə qoymadı. Biabırçılıq ondadır ki boynu yoğun idmançı beli yoğun xanəndə arvada rayon icra hakimindən salam gətirdiyini də dedi. Ötən gün AZTv-də “Kinoklub” verilişində müğənni Lalə oxuyurdu və hamı oynayırdı. Doğrusu, belə biabırçlığı hansısa xarici telekanalda görmək mümkün deyil. Çünki bütün biabırçılıqların yayım hüququnu Azərbaycan telekanalları öz boynuna götürüb. 

Natavan Həbibi özü-özünü reklam edir

Xəzər TV-də yayımlanan “Starlife” verilişinin aparıcısı, müğənni Natavan Həbibi dayazlığını ömründə bu dərəcədə reklam etməmişdi. Belə ki, veriliş boyu özü-özündən açıqlama götürən, münasibət öyrənən, “səviyyəsini” göstərən Nata bu verilişdən əməlli-başlı yararlanır. Ötən həftə həmkarı Aygün Kazımovaya nota göndərən müğənni bərkgedənliyini göstərmək üçün özündən çox uzaqlara tullanmaq istəyir. Guya Aygün Kazımova kimlərinsə vasitəsiylə Nataya onun haqqında danışmamaq xahişini edib. Əslində söz-söhbəti, şayiələri yerdən-göydən axtaran Aygün üçün Natanın çeynənmiş söğzlərinin heç bir əhəmiyyəti yoxdu. 
Amma dərd başqa dərddi. Necə deyərlər, torbada pişik var. Belə ki, Nata ilə Aygün sənət meydanını deyil, konkret şəxsi bölüşə bilmirlər. Adətən sənət adamları rəqabətə davam gətirməyəndə bir-birinə psixoloji təsir etmək üçün müxtəlif yollara əl atırlar. Amma Natanın heç bir sənəti olmadığına görə, o, sənət deyil, adam davası edir. Etibarlı mənbənin verdiyi məlumata görə, Aygünün qızı İlqarəyə qısqanır. Uzun müddət sıcaq münasibətdə olduğu Elnuru belə asanlıqla İlqarəyə bağışlaya bilməyən Nata gah bahalı maşınlarını, gah da arıq vücudunu reklam edir. Qeyd edək ki, şou-biznesdəki ulduzların arasında bahalı “Hummer”i Aygündən sonra Nata da aldı. Maşının mindi ki bəlkə yerişini də yerisin. Amma alınmadı.

ATV-nin siması Nanənin göz yaşları və Elzanın “priçoskası”

ATV-nin aparıcısı Nanə sifətini və bədənini “remont” etdirdikdən sonra kanalın siması olub. Üzünü yazıq görkəmə salan qız “Ulduz oldun” verilişinin aparıcısı dəvət etdiyi qonaqlarını ağlatdıqca özü də göz yaşlarıəna hakim ola bilmir. Guya bu qız kövrək, göz yaşı ovcunda olan birisidir və beləsinin qəlbini qırmaq olmaz. Vah, vah, vah....
Sonuncu verilişində qeyri-adi Elza Seyidcahanı qonaq çağıran Nanə onu Aybəniz kimi ağlada bilməsə də öz kövrəkliyini xeyli reklam etdi. Adətən nikbn olan Elza bu dəfə daha çox çalova oxşayan “priçoskası” ilə məşğul idi. Elza bəstələri, ifaları ilə yadda qalmasa da, taykeş geydiyi ayaqqabıları və gülməli saç düzümləri ilə yəqin ki uzun müddət şouxanamızın arxivində qalacaq. Nanəyə gəlincə, belələrinin istifadə müddəti çox azdır. Onların tökdükləri və tökdürdükləri göz yaşı elə özlərini də yuyub aparacaq. Çünki sevindirməyə tələsənlər daha çox yaşayır, nəinki ağlatmağa cəhd edənlər. 

Aybəniz Haşımovanın ürəyində qalan arzusu- “Evrovison-2010” 

Bu il Almaniyada keçriləcək “Evrovision-2010” beynəlxalq mahnı yarışmasında Türkiyə təmsilçisi bəlli oldu. Bu, gənc, cazibədar, çılğın ifaları ilə tezliklə dünya şöhrəti qazanan Atiyə Dənizdi. “Kal” mahnısı ilə son günlər gündəmdən düşməyən Atiyənin ölkəsini belə bir müsabiqədə layiqincə təmsil edəcəyi bəllidir. Bizdə isə hələ də seçim gedir. Söz yox ki, bu seçim sonda kimlərinsə göstərişiylə yekunlaşacaq. Amma daha maraqlısı qızı Aynişanı bu şouya qatan müğənni Aybəniz Haşımovanın ürəyində qalan, daha doğrusu udmağa çalışdığı, amma boğazından keçməyən tikəsi “Evrovision-2010” müsabiqəsi oldu. Hətta bu, istəyinə çatması üçün o, Nanənin “Ulduz oldun” şousundan istifadə etdi. Nanə verilişində ürəyi istədiyi qədər ağlatdığı Aybənizin qızı Aynişanı səhnəyə çağırıb “biz çox istəyirik ki, “Evrovision” yarışmasında ölkəmizi şəhid qızı təmsil etsin” dedi. Bu əslində rüsvayçılıqdı. Şəhid adından bolluca istifadə edənlər bu adı artıq “Evrovison”da aparıb çıxarıblar. Özünü müqəddəs qadın kimi təqdim etməyə çalışan Aybəniz Haşımovanın əsl siması elə bu verilişdə açıldı. Guya şəhid adından istifadə etmədiyini deyən Aybəniz qızını şouya qatmaq, gözə soxmaq üçün əslində əlindən gələni edir. Hətta artıq dünyadan köçmüş, vətəni uğrunda canını fəda edən ləyaqətli bir adamın ruhunu da rahatsız edir. Bu isə doğrudan da rəzalətdir.

Günel Məhərrəmli də ərə getdi

“Azər Star”ın ilk qalibi Günel Məhərrəmli ərə gedir. Amma o, son xəbərlərdə yayıldığı kimi öz prodüsserinə deyil, uzaq qohumuyla nikah bağlayıb. Belinə qırmızı lent bağlayan Günel yarışmada “qalib” olsa da sonralar fəaliyyətsizliyi ilə seçilən olmadığını seçdirilən olduğunu sübut etdi.

Nazpəri bacısından imtina edir

Nazpəri Dostəliyeva yenə də vulkan kimi çoşdu. O, bu dəfə ATV-ni məhkəməyəverəcəyini deyib. Səbəb isə ağlamalı və gülməlidir. Sadəcə, o, bacısı, müğənni Zeynəbdən imtina edib. Amma buna baxmayaraq, Zeynəb adıçəkliən kanalda Nazpərinin bacısı kimi təqdim edilib. Hə, noolsun ki?...
Xülasə, bu olayla bağlı xalqımızı xeyli məsəlləri var. Amma ən məşhuru bağadır, bağa. Qınından çıxıb, qınını bəyənməyən bağa.

Müstəqillik türküsü

Debüt

Qabil Əliyev
 
Kasıb nə düşünsün belə həyatda?
Xeyir-şər arda–arda, imkansa darda.
Əyninə geydiyi cırığ şalvarda.
Kasıb nə düşünsün belə həyatda?

Beş manat qazanıb borcuna verər,
Dükandan qənd çayı o nisyə yeyər,
Uşaq nə istəsə pul yoxdur deyər,
Kasıb nə düşünsün belə həyatda?

Evində gündəlik dava dalaşdı,
Bir tikə çörək yox, qarın da acdı.
Sürdüyü ömür də qara bir daşdı
Kasıb nə düşünsün belə həyatda?

Uşaq məktəblidir çanta istəyir,
Pul yoxdur, almaqçün zaman istəyir,
Övlad da atadan küsüb inciyir
Kasıb nə düşünsün belə həyatda?

Gəlmişik dünyaya yaşamaq üçün,
Varlıyla kasıbı ayırmaq üçün,
Belə zəmanəylə başarmaq üçün
Qabil nə düşünsün belə həyatda?

"RAFİQ TAĞIDAN ORXAN PAMUK ÇIXACAQMI?"

Hikmət Carçılı
hchikmet@gmail.com


     
Əlvan Kəbirliyə cavab

Əlvan Kəbirli məqaləsində Rafiq Tağı haqqında cəmiyyətə bir sual verib. “Rafiq Tağıdan Orxan Pamuk çıxacaqmı?” sualı başlıq kimi kullanılan həmin yazıda Əlvan bəy çox sərt çıxış edir. Çox ciddi təəssüfləri ilə cəmiyyətin gözündə yaxşı, cəmiyyətin işinə yarayan bir yazar kimi görünməyə çalışır. Lakin bu istək onun əvvəlki yazılarında daha güclü idi, nəinki Rafiq Tağının başına gələnlərdən yazanda. Əksinə bu yazı Azərbaycan cəmiyyətində hələ yeni-yeni formalaşmağa başlayan azad fikrin yaradanlarının öncüllərindən olan Rafiq Tağıya qarşı qərəzli mövqedə durur. Bu isə onun kimi dəyərli qələm sahibini digər AZAD SÖZ üçün yanıb tutuşanların gözündən sala bilər.
Əlvan müəllimin Rafiq TAĞI haqqında söylədiklərindən sitatlar və şəxsi münasibətim: 1.Təəssüf ki, Salman Rüşdü (“Şeytan ayələri”ni yazan ) Bakıya “gəldi”, özü də təkcə rus dilinə çevrilmiş əsərləri ilə deyil, həm də başabəla ardıcılları ilə.
Yazıçı Radiq Tağı müstəqil Azərbaycan respublikasının paytaxtın da nəşr olunanqəzetlərin birində götürüb yazdı ki, “islam dininin Azərbaycan xalqına vurduğu zərəri heç nə ilə müqayisə etmək olmaz( xatırladaq ki, “Sənət” qəzetində dərc olunmuş və həbsə alınmasına gətirib çıxarmış yazısı bundan sonra peyda olub ). Onun bu yöndə “məntiqi” və “arqumentləri” islam dininin Azərbaycan xalqına bəxş etdiklərinin müqabilində o dərəcə əsassız və kustar görünür ki, əlavə nəsə deməyə ehtiyac duymadım. Bircə onu düşündüm ki, gör dünya nə günə qalıb- ingilis, xristian U.Montqoneri Uott “İslamın orta əsrlər Avropasına təsiri” adlı fundamental əsər yazaraq dünyaya yayır, azərbaycanlı, “müsəlman” R.Tağı isə əhalisinin doxsan altı faizini müsəlman təşkil edən bir məmləkətdə islama qarşı dionki xotluq edir?”
Əlvan müəllimə cavab: Əgər U.Monteqomeri Uott Azərbaycan vilayətində olanlardan xəbərdar olsaydı bəlkə də öz əsərinə düzəliş edərdi. Belə ki, islamın Azərbaycana gətirdiyi çirkinlikləri, mollaların kələyini görən heç bir adam məhz Rafiq Tağı kimi edərdi, yəni çirkinliklərə dözməzdi. Ikincisi islamın Azərbaycana zərəri ona görə heç nə ilə müqayisə oluna bilməz ki, ən azından islam bizi yenə həmin fanatik mollaların sayəsində Avropa mühitindən yüz illərlə geri saldı; arvadlar çarşab geyinməli, kişi ilə üzü açıq halda oturmamalı idi.
Hörmətli Əlvan müəllim, islam ehkamlarına qarşı mübarizə aparan Axundovların, Molla Nəsrəddinlərin, Ə. Hüseynzadələrin yazdıqlarının əksini fikirləşməyiniz məni qəhərləndirdi. Əlvan müəllim bütün təəssüflərinə və Rafiq Tağının yazdıqlarından üzüldüyünə rəğmən “müəyyən təskinliyinin də”olduğunu yazır.
2. “onun “Sənət”qəzetində dərc etdirdikləri ölkə dindarlarının açıq narazılığı ilə qarşılandı və hətta bəzi dini icmalar qanuni sərhədləri aşaraq ekstremist bəyanatlar verdilər, nəticədə Rafiq Tağınınhəbsi qaçılmaz oldu”.
Cavab: Əlvan bəy, əgər siz Şeyülislam Allahşükür Paşazadənin dinə rəhbər olduğu ölkədə yaşayan əksər təfəkkürsüz din xadimlərinin tərəfini saxlayəırsınızsa, hər cümlənizdə onların mövqeyindən çıxış edirsinizsə,( nə qədər şəxsi fikriniz olsa da ) bunun sizin cəmiyyətdə qazandığınız bir para hörmətinizə qarşı özünüz tərəfdən tuşlanmış bir silah hesab edirəm qələminizi.
3. Əlvan müəllim,Orxan Pamuk ( Türkiyəli nobel mükafatçısıolan, yazıçı-M.) haqqında yazırsınız ki, “o, türk-müsəlman ədəbi aləminə bir “xəstəlik” gətirdi,”Orxan Pamuk xəstəliyi” adlandırardıq onu. “Osmanlı imperiyasında bir erməni və otuz min kürd qətlə yetirilib”. Bir də yazırsınız ki, “ bu faktı heç bir tarixçi dilinə gətirməyib”. Bu fikri tam təkzib edən kitab ortaya qoya bilərsinizmi?
Deyirsiniz “Orxan Pamuku “böyük yazıçı”adlandırmaq olmaz. Türkün dörd cildlik “Kırmızı” şanlı kitabına əks olaraq “ KARA” adlı keçmişdə nə olsa da XXI əsrdəhər addımında insan səhvlər, günün reallıqları ilə ürək bulandıran Türkiyədən yazan yazıçı böyük yazıçı deyil məgər? Qaldı ki, “Rafiq Tağıdan Orxan Pamuk çıxacaqmı?”sualına .
Birincisi Rafiq Tağı Orxan Pamukdan da tanınmış yazar ola bilərdi. Əgər Azırbatycan cəmiyyətində tərcümə sahəsi kifayət qədər inkişaf etmiş olsaydı. Bu isə görünür hələ yüz ildən sonra ola bilər. Onda da Rafiq bəy kimi yazar olacaqmı məlum deyil Sonda isə Əlvan müəllim sizə bir məsləhət verim: Cəmiyyətə sual verəndə elə adam haqqında sual verin ki, onun haqqında düşünəndə hamı sizin kimi düşünsün Bu qədər.

Məbəd Cəngavərləri- Avropanı məhvə sürükləyən təriqət

Vüqar Ağazadə  
Professional Oxucu Liqası
 
Azərbaycan Dövlət İqtisad Universiteti   
 
Müstəmləkəçilik, imperializm, vəhşi kapitalizm, beynəlxalq mütəşəkkil qırğınlar, quru pul kimi istismar modellərini bu təriqət icad etmişdir

 Avropanı idarə altına alan Məbəd Cəngavərləri təriqəti xristianlıq prinsiplərinə bağlı dindar bir təriqət deyildi. Tam tərsinə, bütün fəaliyyətləri din əxlaqı ilə daban dabana zidd idi. Məbədçi təriqətinə hakim olanların inancları və tətbiqləri xristianlıdan uzaq, hətta ona düşmən bir quruluş təşkil edirdi. Məbəd Cəngavərləri xristianlığa düşmən bir təriqət olaraq, özlərinin dünya hakimiyyəti ideallarını reallaşdırmaq üçün hər cür üsula əl atırdılar. Uzun illər missionerlik andları altında fəaliyyət göstərdilər, sonra isə sözdə dindarlıqlarını bir tərəfə buraxıb geniş diametrli bir hakimiyyətin maliyyəsini toplamağa başladılar. Məbədçilərin qurduqları şəbəkə, ancaq günümüzün beynəlxalq mafiya kartellerində rast gəlinə biləcək mütəşəkkil fəaliyyətlər nəticəsində bütün Avropanı, dəniz ticarətinin ürəyi olan Aralıq dənizi gəmi yollarını və limanlarını əhatə etmiş, hər tərəfə kök atmışdı. Ayrıca təriqət mənsubları İngiltərə, İrlandiya kimi şimal ölkələrinin dəniz və quru ticarətindən də böyük bir pay alırdılar.
 Məbədçilər qanunsuz yollarla qazandıqları gəliri müxtəlif sərmayələr üçün xərcləyirdilər. Torpaq satın alışı və inşaatçılıq bu sərmayələrin əsasında dururdu. Məbədçilər böyük qala və kilsə inşaatlarında mütəxəssislər idilər. Sahib olduqları torpaqlarda kəndlər, qəsəbələr və hətta şəhərlər quraraq pullarını dövriyyəyə qoşurdular. Qurduqları məskunlaşma yerləri sayəsində yeni nüfuz sahələri meydana gətirib vergi, xərac kimi fərqli və əhəmiyyətli gəlir qaynaqlarını ələ keçirirdilər.
 Bankirlik, əmlakçılıq və inşaat işlərindən sonra cəngavərlərin ən əhəmiyyət verdikləri sektor dənizçilik idi. O çağda quru səfərləri çox bahalı, çətin və təhlükəli idi. Dəniz yolları isə daha rahat, iqtisadi və etibarlı sayılırdı. Bu səbəbdən xristianların hakim olduğu mərkəzlər arasında etibarlı və sürətli nəqliyyat vasitələri yaratmaq olduqca qazanclı idi. Bu səbəblə Məbədçilər maliyyə yatırımlarını bu sahəyə yönəltdilər. Başlanğıcda Venedikliler, Cenevizliler kimi mütəxəssis dənizçilərlə çalışaraq qısa müddətdə dənizçiliyi öyrənib öz flotlarını qurdular. Böyük ticari imtiyazlar əldə etdikləri Marsilya Məbədçilərin Aralıq dənizindəki ən əhəmiyyətli mərkəzi oldu. Ancaq fəaliyyətləri Marsilyayla məhdudlaşmadı. İskəndəriyədən Tripoliyə, Antakyadan Saydaya qədər bütün əhəmiyyətli limanlarda təriqətin mərkəzləri və ticarət gəmiləri mövcud idi. 1216-33-cü illəri arasında böyük bir dəniz gücünə çatan təriqət, nəqliyyat yollarında üstünlüyü ələ keçərərək, dənizçiliklə məşğul olan tacirlərin də çətin vəziyyətdə qalmalarına bais oldu. Dənizçilik sahəsində qazandıqları böyük təcrübə daha sonrakı dövrlərdə Məbədçilərin engizisyondan qaçışlarını, Amerika kimi uzaq ölkələrə çatmalarını və müstəmləkəçilik fəaliyyətlərində əhəmiyyətli rol oynamalarını təmin edəcəkdi. Məbədçilikdən gələn təhlükəni Fransa kralı IV Filippdən çox-çox əvvəl duyan Roma İmperatoru II Frederik 1220-ci ildə cəngavər təriqətlərinin sərbəstcə və heç bir məhdudlaşdırma olmadan torpaq almalarını qadağan etdi. Çünki bu təriqətdəkilər artıq bütün ölkə torpaqlarını ələ keçirməkdəydilər. Frederik tədricən öz torpaqlarındakı Məbədçilərin mallarını əllərindən almağa başladı və imtiyazlarını ləğv etdi. Bu addımlar Məbədçilərin Papaya hirsinə səbəb oldu və 1227-ci ildə Papa IX Qriqori ilə Kral arasında ixtilaf yarandı. Beləcə təriqət fəaliyyətlərini kəsilməz olaraq davam etdirməyə yenidən imkanı tapdı. 1258-ci ildə isə, Roma İmperatoru Manfred taxta çıxarkən Məbədçilərin bölgədəki ustadı Canellili Albert müxtəlif rüşvətlərlə Kralı razı salaraq itirdikləri imkanları geri aldı. Bunun əvəzində o, Manfredin xüsusi qoruyuculuğunu da təmin etdi.
 O zamandan Məbədçilər bütün Avropaya yayılmış, dövlət içində yeni bir dövlət meydana gətirmişlər. Öz rəhbərlik vahidləri və sistemləri ilə Avropanın əhəmiyyətli mərkəzlərində fəaliyyət göstərirdilər. Tarixçi yazıçı Funk Məbədçilərin əsl sifətini belə təsvir edir: “İsanın yoxsul əsgərləri” olma iddiasıyla ortaya çıxdılar. Halbuki heç bir şey, gerçəklikdən bu qədər uzaq ola bilməzdi. Məbədçilər arasında Avropanın ən zəngin insanlarını, Paris və Londonun qabaqda gələn bankirlərini görmək mümkün idi: Champagne Qrafı Hugh, Castilli Blanche, Alphonso da Poitiers, Artoisli Robert, Aragon Kralı I Ceyms və Napoli Kralı I Charlesin maliyyə nazirləri, Fransa Kralı VII Luisin sözçüsü Məbədçi idilər. Təriqət müəyyən ölkə və bölgələrə daha çox əhəmiyyət vermiş, buralarda öz mərkəzlərini qurmuşdu. Bunların başında Qüds, Tripoli, Antakya, Fransa, İngiltərə, Poitiers, Araqon (İspaniya), Portuqaliya, Apulia (İtaliya) və Macarıstan gəlirdi. Yalnız İngiltərədə cəngavərlərə aid 5000 mülk təsbit edilmişdi! Avropanı siyasi və iqtisadi olaraq tam ələ keçirdilər”.
 Nəticədə Məbədçilər o qədər zəngin olmuşlar ki, fəaliyyət göstərdikləri krallıqlardakı bəzi hökmdarlar tamamilə onlardan asılı hala gəlmişdir. İngiltərənin bir çox kralları təriqətə olan nəhəng borclarına görə Krallıq Xəzinəsini Londondakı Məbədçi mərkəzlərinə ipoteka etmişlər. Bu vəziyyət qərar mexanizmlərinə təsir etmədə Məbədçilərə böyük bir güc vermiş, onlar bu gücdən döyüşən hökmdarlar arasında hakimlikdə bulunaraq istifadə etmişlər. Şəhər mərkəzlərində siyasət, ticarət, maliyyə işləriylə məşğul olan cəngavərlər şəhər xaricində, geniş ərazilər üzərində qurulan təriqət evlərində əkinçilik, heyvandarlıq, mədənçilik kimi sektorları da idarə etməkdə idilər. Məbədçi mərkəzlərində 2 ilə 4 arasında cəngavər tapılar, bu qardaşlar işlərin idarəsini və rəhbərliyini təmin edərdilər. Bu sistemi günümüzdəki çoxmillətli şirkətlərə bənzətmək mümkündür. Məbədçilər qanundankənar üsullarla varlığını davam etdirən nəhəng bir şirkət halına gəlmiş, şirkətlərə aid bütün məlumatları böyük bir gizliliklə saxlamış, Kilsəyə belə bu mövzuda məlumat verməmişlər.
 Müxtəlif mənbələrdən istifadə edərək Məbədçilərin gizli fəaliyyətləri haqqında müxtəlif məlumatlar əldə etmək mümkündür. Tarixi qaynaqlara görə, o dövrdə ən az 20 min cəngavər və cəngavər başına 7-8 şəxsi heyət fəaliyyət halında idi. Bu heyətlər cəngavərlərin idarəsi altında dənizçilikdən ticarətə, əkinçilikdən inşaat sektoruna qədər təriqət mənsublarının işlərini görürdü. Yəni sadə bir hesabla, təqib olunmağa başladıqları dövrdə Məbədçilər ən az 160 minlik bir şəxsi heyətə sahib idilər. Bir şəbəkə kimi bütün Avropanı və Aralıq dənizi sahillərini əhatə edən bu heyət, eyni zamanda dövrün ən böyük məntiqi gücünü də meydana gətirirdi. Orta əsrlərdə kapitalizmin yüksəlişi dedikdə də məhz onların varlanması nəzərdə tutulur.
 Təriqətin sümürücü, insanları kasıbladaraq dilənçi halına salan fəaliyyətinin qarşısını almaq nə Fransa Kralı, nə də Papa üçün mümkün olmuşdur. Kralların sərvətləriylə yarışan var-dövlətləri (engizisyondan qaçdıqları dövrdə) Məbədçilərə özlərini qorumağa və zəmanətə kömək etmişdir. Daha sonrakı dövrlərdə ortaya çıxacaq olan müstəmləkəçilik, imperializm, vəhşi kapitalizm, beynəlxalq mütəşəkkil qırğınlar, quru pul kimi istismar sistemlərinin ilk modelləri təriqət tərəfindən bu dövrlərdə icad edildi və sıx bir şəkildə dünyaya tətbiq olundu. “The Temple and The Lodge” (Məbəd və Loja) adlı kitabda bu mövzuya belə toxunulur: “Heç bir Orta əsrlər təşkilatı kapitalizmin yüksəlişində Məbədçilər qədər iştirak etməmişdir. 1307-ci ildə başlayaraq Məbədçilərə qurulan məhkəmələr II Frederikin şübhələrinin nə qədər haqlı olduğunu ortaya qoymuşdur. İllər sürən təqib, həbs və edamlar nəticəsində Kilsə hər nə qədər rəsmi olaraq ortadan qalxdığını iddia etsə də, təriqət bütün Avropada ad və şəxsiyyət dəyişikliyinə gedərək, pərdələnərək fəaliyyətlərinə davam etmişdir”.
 Bura qədər verilən məlumat və nümunələrdən də aydın olduğu kimi, bütün Avropanı idarə altına alan Məbəd Cəngavərləri təriqəti, Xristianlıq prinsiplərinə bağlı dindar bir təriqət deyildi. Tam tərsinə, bütün fəaliyyətləri din əxlaqı ilə daban-dabana zidd idi. Məbədçi təriqətinə hakim olanların inancları və tətbiqləri dindən uzaq, hətta ona düşmən bir quruluş sərgiləməkdə idi. 

Sabir Rüstəmxanlı kimdir?


Zaur Ağalaroğlu
Professional Oxucu Liqası



Məlum olduğu kimi, Nardaran qəsəbəsində İsrail əleyhinə aksiya keçirildi. Aksiya zamanı bir nəfər Nardaran sakininin millət vəkili, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlını təhqir etməsi, ölümlə hədələməsi bir çoxlarımızı sarsıtdı. Düzdür, Sabir Rüstəmxanlının bizim köməyimizə ehtiyacı yoxdur, amma bəzi məqamlara aydınlıq gətirməyi özümüzə borc bilirik…
 Müasir siyasi tariximiz 1988-ci ildən başlayır… Sabir Rüstəmxanlı isə müstəqil, azad Azərbaycan uğrunda mübarizəyə 1963-cü ildən- hələ tələbəlik illərindən başlayıb. Mənim arxivimdə onun hələ o vaxt yazdığı türkçülük şeirləri var. İlk şeirlərindən «Azərbaycan» deyib bu adam! İndi də o taylı, bu taylı Bütöv Azərbaycan deyən odur!



“TEATR ÖLÜB” DEYƏNLƏRİN ÖZLƏRİ ÖLÜB"

         NÜRƏDDİN MEHDİXANLI İLƏ MÜSAHİBƏ

Müsahibimiz Respublikanın Xalq artisti, Akademik Milli Dram Tatrında işləyən və məşhur rolların mahir ifaçısı Nürəddin Mehdixanlıdır. Özünəməxsus rollar ifa edən və teatr sahəsində öz dəsti-xətti ilə yaddaşlarda qalan Nürəddin Mehdixanlı ilə teatr problemlərindən danışdıq. Müsahibəni olduğu kimi təqdim edirik.
 
-Nürəddin müəllim! İstəyərdik ilk öncə teatrların ən böyük problemlərindən biri olan, hətta bir çox tanınmışların belə etiraf etdiyi tamaşaçı qıtlığından danışaq...

-Teatr sənəti kütləvi sənət növü deyil. Tamaşa zamanı zalda min nəfərin olması nə tamaşanın yüksək keyfiyyətli olmasının, nə aktyorların güclü olmasının, nə də teatr sənətinin qüdrətinin göstəricisi deyil. Şou proqramlarla, kiçik komik parçalarla H.Əliyev sarayını doldurmaq onların sənətinin güclü olması deyil. Yanlış bir şeydir. İldə iki-üç dəfə 3 gün, 4 gün tamaşaçıyla zalı doldururlar. Amma teatr ilin 10 ayını işləyir. Ayda 15-20 tamaşa göstərir. İndi gəlin həmin tamaşaçı sayını yığaq üst-üstə, görək kimin tamaşaçısı yoxdur. Və yaxud kimin tamaşaçısı əsl mənada tamaşaçıdır.

Bu gün bu söhbəti etməkdə məqsədim odur ki, teatr sənətinə yanlış yanaşmalar var. Dörd fəsil var və bu fəsillər kimi hər şey dəyişir. Teatr da həmçinin inkişaf edir, enir və o enişdən bir doğuluş yaranır. Bu gün mən eşidirəm ki, biri “teatr öldü” (red: məlum məsələni reytinq qəzetində Xalq artisti Ağakişi Kazımov müsahibələrinin birində qeyd edib) deyir. “Teatr öldü” deyənlərin yəqin özləri çoxdan ölüb. Və yaxud da aktiv sənət meydanında, savaş meydanında deyillər, ona görə də belə deyirlər. Hə biz yoxuqsa bu prosesdə, deməli teatr ölüb. Yanlış yanaşmadır. Belə deyənlər özləri ölüblər, sadəcə xəbərləri yoxdur. Sən teatra gedirsənmi, tamaşalara baxırsanmı? Əgər getmirsənsə, baxmırsansa sən nə haqla belə danışırsan. Teatr var və yaşayır. Teatr ölüb deyənlər internetdən, qəzetdən mətbuatı izləsinlər. İnternetdə oyun oynmaqdansa mətbuatı izləsinlər və görsünlər ki, Azərbaycan teatrı haqqında dünyada nə yazırlar. Sadəcə olaraq gündəmə gələmk xəstəliyi var. Mən dədəmi söyəcəm ki, gündəmə gəlim. Budur bunların xəstəliyi. Özünü söyməklə kimlərinsə gözündə qalxmaq sindromu xəstəliyi dünyada yaranıb. Məsələn Orxan Pamuka mənim böyük hörmətim var. Amma Orxan Pamuka dedilər ki, öz millətini söyəcəksən, biz də sənə Nobel mükafatı verəcəyik. Belə də oldu. Söydü və Nobel mükafatını da aldı. Mən yenə də deyirəm ki, Orxan Pamukun əsərlərini oxuyuram. Amma, Orxan Pamuka deyirəm, Nobel mükafatının sənə verilməsi bir siyasi qərar idi. Türkiyədəki hansısa açılımlardan daha çox Nobel həvəskarları var. Türkiyənin başına nə gəlir gəlsin, əslində mənə sağol desinlər. Sinəmə də bir orden taxsınlar. Dünyada orden həvəskarları çoxalıb...
 
-Teatr tənqidçilərinin son zamanlar susmasının səbəbi nədədir?

-Biz konkret tamaşaları müzakirə etməliyik. O tamaşanın müəllifi vəzifədədir deyə onu mədh etməməliyik. Həqiqəti yazmalıyıq. Sən bir pyes haqqında ədəbi tənqid yaza bilərsən. Amma, artıq bir pyes tamaşa şəkilini alıbsa sən tamaşa haqqında, rejissor, aktyor haqqında yazmalısan. Əgər sən oturub pyes haqqında “yazırsansa” deməli teatr tənqidçisi deyilsən. Çox təssüf ki, Azərbaycanda belə bir prosses var. Bu gün Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərini tamaşaya qoyanda heç bir teatr tənqidçisi ondan yazmır. Axı o müəlliflər ölüb. O müəllif bunun fəxri ad almasına, sinəsinə orden taxılmasına yardımçı olmayacaq. Nəyinə lazımdır ondan yazsın.

-Müsahibələrinin birində Şuşa Teatrının aktyoru Mahir Mirişli demişdir ki, aktyorlar acından ölür, Prezident təqaüdü alanlar da tamaşalarda oynamırlar.

-Baxın, əvvəllər istefa verib işdən çıxanlar bilirdi ki, beş ay işləməsə aldığı maaşla ailəsini dolandıra biləcək. Ona görə də hamı çıxıb etiraz edə bilirdi. Amma indi corab satan da bilir ki, bir gün gedib işləməsə ailəsi acından öləcək. Yəni insanların iqtisadi azadlığı da olmalıdır. Mən sizi əmin etmək istəyirəm ki, Bakı şəhərində teatra minlərlə insan gəlmək istəyir. Həmin insanlar 10 manatı verib bir gün teatra gələ biləcək. Axı o bir gündə 10 manat qazana bilmir. Televiziya kanalları kiminsə bağını, evinin içini çəkmək üçün saatlarla vaxt sərf edir. Amma teatrın reklamı üçün o qədər para deyir ki, sənin də imkanın çatmır onu verməyə.

500 manat təqüd alırsa onu böyük pul edib aktyorun başına çırpırlar. Həmin yaşlı aktyor onu 30 il çalışandan sonra alıb. Bu gün Rafiq Əzimov prezident təqaüdü alır. Baxın o nələr edib. Bəs sən nə oynamısan? Gətir qoy ortalığa. Sora deyirsən ki, mən prezident təqaüdü almaq istəyirəm. Yadınızdan çıxartmayın, bir gün siz də qocalacaqsız. Gənclərlə qocalar arasına nifaq salmaq olmaz. Bunlar əxlaqsız bir qarşıdurma yaratmaqdır nəsillər arasında. Pul qazanmaq istəyirsənsə başqa peşə seçəcəksən. Teatrı sevirsənsə, öz işinə varlığınla bağlısansa, tarixdə qalmaq istəyirsənsə dözəcəksən. Elə vaxt olub ki, qrim otağında gecələməli olmuşuq. 60 manat maaş alıb 40 manat kirayə pulu verirdik. Elə vaxt olurdu heç kirayə pulunu da verə bilmirdik. Müəllimlərimizin köynəyi ilə verlişlərə çıxırdıq. Uzun illərdən sonra biz də bu yerə çatdıq. Pilləkənləri bir-bir çıxmaq lazımdır.

-Mədəniyyət və İncəsənət Universitetinin qəbul qaydalarında aktyor və rejissoru seçərkən rüşvət alırlar. Bu nə dərəcədə doğrudur?

-İmtahan qaydaları dəyişməlidir. Bu aktyor olacaq, sən buna riyaziyyatdan məsələ qoyursan, yaxud başqa yollarla onu seçirsən. Əsl istedadı olansa kənarda qalıb. Bir daha deyirəm, xüsusi istedad tələb edən yerlərdə imtahan qaydaları dəyişməlidir. Bu gün teatr rəhbərləri də işinə möhkəm yapışmalıdır. Bəziləri deyir ki, mən 40 ildir səhnədəyəm, mənə ad verin. Axı sən 40 ildir səhnədə nizə tutursan. Nə haqla sən ad istəyisən? Nitqi qüsurlu olanlar bu gün gəlib aktyor olmaq istəyir. Və ya çoxları gedib tamadalıq edir, sonra o gəlib Hamleti də oynasa ona Hamlet kimi yox, tamada kimi baxacaqlar. Və ya müəllim hansı əxlaqla tələbədən pul istəyir? Bizim müəllimimiz cibimizə pul qoyurdu. Adil İsgəndərov cibimizi çıxartdırırdı. Görəndə yalandan pulumuz var deyirdik bizi danlayırdı. Pulun yoxundursa, deyirdi qələt edib mənə deməmisən. Adil İsgəndərov gedib Siyasi İqtisadiyyatdan üç yazıb spendiyadan kəsilən uşaqlar üçün həmin müəllimə deyirdi ki, zəhmət çək kəsdiyin üçün tələbənin spendiyasını ver. Bu cür müəllimlərin əli öpülməlidir. Amma 5 qəzəl verəcəksən yəni 5 şirvan (red: indiki pulla 10 AZN) vercəksən. Bu əxlaqla həmin müəllim əsl tələbə yetişdirə bilməz. Sən o uşağı indidən sındırırsan, əxlaqını korlayırsan. Bu dövlətə və millətə qarşı cinayətdir. 

                                                                                      Söhbətləşdi: Elmin BƏDƏLOV

Vaqif Səmədoğlunun əlacsızlığı

Elnur Astanbəyli

“Hətta jurnalistlərin cinayətləri varsa və sübut olunubsa da, Qənimət Zahid də, Eynulla Fətullayev də kifayət qədər cəza çəkiblər. Onları mütləq azad etmək lazımdır”. “Azadlıq” keçmiş müsavatçı, indiki YAP-çı Vaqif Səmədoğlunun bu sözlərini günlər əvvəlcə ön səhifəyə çıxarmışdı, həm də “Vaqif Səmədoğludan gözlənilməz bəyanat” adı ilə. Bu, əlbəttə bir sadəlöhvlükdür. Son vaxtlar bəzi dostlarımız iqtidar ziyalılarının belə açıqlamalarının eyforiyasına tez-tez qapılmağa başlayıblar. Rüstəm İbrahimbəyovu iki-üç tənqidi cümləsinə görə qəhrəman edən bizim müxalifətçi liderlər və qəzetlər olmadımı? İbrahimbəyovun hakimiyyət haqqında yağlı-buğlu mədhiyyələrini bir anın içində unudub, az qalsın ki, ondan vicdan mücəssiməsini biz düzəltmədikmi? Bir dəfə Zəlimxan Yaqub da demişdi ki, jurnalistlərin həbs olunmasını istəmir. Hə, nə olsun? Bəyəm bu, onun Şərə xidmətinə bəraət qazandırırmı? Yaxud Sirus Təbrizli. Bir çoxları adamın mücərrəd, təyinatsız tənqidlərinə bənddir, o saat sarılırlar qələminə. Türklər demiş, “öyüb, öyüb bitiremiyorlar adamı”. İnqilabçı, qiyamçı obrazının biri bir qəpik. Bircə o qalır ki, gedib cənab Təbrizlinin qarşısında baş əyək, əlini öpək. İndi də Vaqif Səmədoğlu…
Biri anlatsın mənə: adam Qənimətin, Eynullanın günahsızlığını etiraf etmirsə, bunu söyləmək cəsarətində bulunmursa, sadəcə, cəzalarının xeyli hissəsini çəkdiklərini söyləyib, azadlığa buraxılmalarını istəyirsə, indi neyləyək, həlledici situasiyada əqidəsini mandata dəyişməsini ona bağışlayaqmı? “Mənə bitərəf deputat deyənlər yanılırlar, mən hörmətli cənab prezidentin tərəfindəyəm” sözlərini unudaq getsinmi? Bəlkə ayağına isti su da qoyaq? Bəlkə bizi araq, siqaret dalınca da göndərsin, uça-uça gedək? “Mən özümü Əfv Komissiyasında çarəsiz hiss edirəm” deyir Səmədoğlu, o anda da sıralarımızdan kimlərsə durub, “yaşasın!”, “eşq olsun” bağırmağa başlayır. 
Amma heç kim “nə problem var, belə çarəsizsənsə, çıx o komissiyadan” demir. “Saya salınmadığın, hesaba alınmadığın yerdə nə işin var?” söyləmir.
Oysa, mən belə qeyri-səmimi, boğazdan yuxarı “cəsarət nümayişləri”ni çox xatırlayıram. Məsələn, bir dəfə Əkrəm Əylisli parlamentdəki susqunluğuna irad bildiriləndə orada boğulduğunu, özünü havasızlıqda hiss etdiyini demişdi. Demişdi və həmən də sadəlöhv müxalifətçi dostlarımızın gözbəbəyi olmuşdu. Qəhrəman olmuşdu. Vicdan abidəsi olmuşdu. Onda da kimsə durub “səni orada zorla tutub saxlayanmı var, boğulursan, at mandatı, get oradan” deməmişdi. Bax biz həmişə belə eləyirik ki, biriləri durub ziyalı və vətəndaş mövqeyini, əqidəsini rahatca alver predmetinə çevirə bilirlər. Nə də olmasa, günlərin birində yumşacıq bir tənqidlə, saxta bir etirafla bağışlanacaqlarına, xəyanətlərini unutduracaqlarına inanırlar. Yenə də xalqın göz bəbəyinə çevriləcəklərinə inanırlar. Yenə də öpülüb göz üstə qoyulacaqlarına inanırlar.
Artıq bu zərərli vərdişin sonu gəlməlidir. İctimai maraqları şəxsi mənfəətə qurban verənlərə heç bir halda aman olmamalıdır. Əks halda bir də gözümüzü açıb, meydanda kimsənin qalmadığını görəcəyik. Hətta ən güvəndiyimiz insanın belə bir gün “əşşi, nə olacaq ki” bir-iki il keçər, durub “rüşvətxorluqla heç bir inkişafa nail olmaq mümkün deyil” canrında üç-dörd cümlə qırıldadaram, hər şey unudulub-gedər” düşüncəsi ilə sırtını çevirib getdiyini görəcəyik. Bax o zaman bugünki yanlışımızın nə qədər böyük, nə qədər dəhşətli olduğunu anlayacağıq. Anlayacağıq, amma gec olacaq.
Amma mən bundan sonra heç nə gec olmasın istəyirəm, heç nə…

İslam dünyası birləşə bilərmi?

Yusif Əsəd 
Professional Oxucu Liqası 

 Ümumiyyətlə, ölkələrin, toplumların birliyi dedikdə nə başa düşülür? Ölkələrin sərhədləri, xalqların mənəviyyatı, inancı və ənənələri dəyişdirilmədən onların birliyi mümkündürmü?
 Əlbəttə, ölkələrin və xalqların birliyi mümkündür. İslami baxımdan belə birliklərin yaradılması ictimai fikir, xalqların əqidə yaddaşı, yürütdükləri siyasət və iqtisadi amillər nəzərə alınmaqla müəyyən qlobal məsələlərin həlli, digər əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi üçün müxtəlif kontekstdə nəinki mümkündür, bu, həm də çox zəruridir. Sözsüz ki, belə ittifaqlarda qarşılıqlı maraqlar önəm kəsb etməlidir.
Qloballaşmaya doğru gedən dünyamızda, dövlətlər arasında belə birliklərin yaranmasına maraq günü-gündən artır. Bu da insanların dünyanın hansı qütbündə yerləşməsindən asılı olmayaraq qarşılıqlı istək və ehtiyaclarının, modern texnologiya sayəsində ümumi rifah halının yüksəlməsi ilə sıx bağlıdır. Bir sıra beynəlxalq təşkilatların yaranması buna əyani sübut ola bilər.
 Digər bir cəhətdən bəziləri düşünür ki, dünya bütünlüklə qloballaşmaya doğru hərəkət edir. Bu qloballaşma dünyanın sanki kiçik bir qəsəbə kimi formalaşmasına aparıb çıxaracaq. Ancaq digər bir nəzəriyyəyə görə qloballaşma, hər şeydən öncə, məntəqələşmə və qütbləşməyə doğru hərəkətdədir; bu gün müəyyən birliklərin yaranması da bunu sübut edir. Bu nəzəriyyəyə görə qloballaşma, heç də bütün məntəqələrin müxtəlif xüsusiyyətlər əsasında qloballaşması demək deyil, əksinə bu, kökü və tarixi baxımından biri-birinə yaxın, müştərək olan məntəqə və ölkələrin istək, maraq, mənafe və ehtiyaclarının ümumiləşdirilməsi deməkdir. Bu müştərəklikdir ki, müəyyən blok və birliklərin yaranmasına yol açır, nəticə etibarı ilə müxtəlif millətlərin öz arzu və istəklərinə qovuşmasına gətirib çıxarır.
 Üçüncü amil "İslami mahiyyət"dir ki, bu da müsəlmanlar arasında müştərək bir məram və hədəf kimi onların birləşməsində mühüm rol oynaya bilər. İslam dininə bağlılıq, ona hörmət İslam dünyasının vahid bir güc və qüdrət əsasında birləşməsi üçün ən mühüm bir amildir. Bunun qloballaşma dövrünün astanasında və onun gələcək fəsadlarından qorunması üçün belə bir məram əsasında reallaşması labüddür. Bu günkü Avropa birliyinin yaranmasında baxmayaraq ki, iqtisadi amil əsas sayılmışdır, ancaq fakt göstərir- onların "avropalı olmaq" mahiyyəti bu birliyin yaranmasında daha önəmli bir rol oynamışdır. 25 il ərzində Türkiyənin bu quruma daxil ola bilməməsinin bir çox səbəbləri olsa da, onun Şərq və müsəlman dünyasına aid olması əsas şərt kimi qalmaqdadır. Bu baxımdan müştərək mədəniyyət və dinə mənsubiyyət bu gunkü gundə belə bir birliklərin yaranmasını zəruri edir. Hətta bu gün biz bunu Afrika dövlətlərinin birlik yaratmasında nə dərəcədə əhəmiyyətli rol oynadığının şahidi oluruq.
 İslam dünyasında İslami mahiyyət əsasında belə bir birliyin yaranmasına müsəlmanların böyük marağı var. Ancaq təəssüflər olsun ki, bu gun Qərbin, xüsüsilə Amerikanın təzyiqləri, həmçinin onların himayə etdiyi kütləvi informasiya vasitələrinin təbliğatı nəticəsində müsəlman ölkələri arasında ixtilaf və nifaq toxumu səpilir, nəticədə belə bir birliyin yaranmasında ciddi maneələr törədilir. Bu cür toxumlardan biri də müsəlmanlar arasında millətçilik və məzhəbçiliyin qızışdırılmasıdır. Müsəlmanlar arasında maarifləndirmə güclənməlidir, onların köklərinə qayıdışı həm İslamın ucalığı, həm də millət və dövlət kimi ayrılıqda güclənməsi deməkdir. Bu isə Qərbin və İslam düşmənlərinin, başda Amerika Birləşmiş Ştatları olmaqla dünya hegemonlarına heç sərf etmir. Yəhudilər dünya ölkələrini rahatlıqla əzib sərvətlərini talan etmək üçün onları ayrı və himayəsiz saxlamalıdırlar.
 Qeyd etdiyimiz kimi iqtisadi amil İslam ölkələrində olan iqtisadi potensialdan istifadə etməklə, bu birliyin yaranmasında həlledici rol oynaya bilər. Bu gun bir sıra İslam ölkələri elmi-texniki sahədə bir çox nailiyyətlər əldə etmişlər. Bundan faydalanmaqla, birliyin məramına uyğun olaraq elmi-texniki nailiyyətləri digər üzvlərə ötürməklə onların inkişafına zəmin yaratmaq olar. Bundan əlavə İslam ölkələrinin bir çoxu yeraltı və yerüstü, o cümlədən neft və qaz kimi strateji sərvətlərə malikdirlər ki, onlardan əldə olunan böyük maliyyə gəlirlərindən düzgün istifadə etməklə, iqtisadi əlaqələri gücləndirməklə bu ölkələrin inkişafına nail olmaq olar.
 İqtisadi inkişaf öz növbəsində dövlətlərarası ticari əlaqələrin yüksəlməsinə, bu da xalqların- toplum və fərdlərin maddi rifah halının durmadan yaxşılaşmasına, eyni zamanda mədəni əlaqələrin güclənməsinə gətirib çıxaracaq.
 Müsəlman ölkələri arasında vahid pul sisteminin yaradılması istər iqtisadi, istərsə də siyasi baxımdan birliyin mühüm atributu ola bilər. Və bu, eyni zamanda İslam dövlətləri birliyini Amerika diqtəsindən, ağ balıq, kürü və neft kimi qiymətli sərvətlərin İsrail tərəfindən talan edilməsindən xilas edəcək, yəhudi banklarından asılılığını aradan qaldıracaq, istismarçı xüsusiyyətlərindən qurtaracaq.
 İslam ölkələri arasında vahid pul siyasəti dolların hegemonluğuna son qoya bilər. "Vördz borton" əhdnaməsinə görə dünya ticarətində dollar beynalxalq pul vahidi kimi tanınmışdır. Ancaq 2002-ci il yevronun dövrəyə buraxılmasından sonra dollar ciddi problemlərlə üzləşib. Baxmayaraq ki, bir çox müsəlman ölkələri hələ də dolları öz ticari əlaqələrində işlədirlər və gələcəkdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Artıq bu gün müsəlman ölkələrinin vahid pul buraxmalarına çox müsbət şərait yaranıbdır. Getdikcə öz gücünü əldən vermiş dollar vahid müsəlman pulunun buraxılması ilə həm öz istilasını müsəlman ölkələrindən götürəcək və həm də dünyada tarazlıq yaranacaqdır.
 Xarici siyasət sahəsində birgə fəaliyyət müsəlman ölkələri arasında birliyə zəmin yarada biləcək digər mühüm amillərdən biri ola bilər. Avropa ölkələri hələ vahid pul sisteminə keçməmişdən öncə, xarici siyasətdə ümumi fikir birliyinin mexanizmini araşdırıb yaradaraq onun əsasında birliklərini qura bildilər. Bu gün İslam dünyasında da belə potensiallar mövcuddur. İslam dünyası öz siyasət və birliklərini ən azından dünyanın geosiyasi mənzərəsini nəzərə almaqla müsəlman dövlətlərin torpaqlarının zəbt olunmasının qarşısının alınması, onların suveren hüquqlarının beynəlxalq çərçivədə qorunması üçün yaratmalıdır. Doğrudur, bu gun İslam Konfransı Təşkilatı dünyada böyük təşkilatlardan biridir. Ancaq bu təşkilatın dünya çapında nüfüz və təsir dairəsini genişləndirməkdən ötrü ayrı-ayrı müsəlman ölkələri arasında bu və ya başqa formada ictimai-siyasi qurumlar yaradılmalıdır ki, onlar digər müsəlman ölkələri və orda olan təşkilatlarla daima rabitədə olsun, İslam dünyasının problemlərini biri-biriləri ilə bölüşüb ictimaiyyətə çatdırsınlar.
 Bu gün yəhudilərin təsiri altında olan kütləvi informasiya vasitələri İslamı terrorizmlə əlaqələndirməyə çalışır. Bu fikrin səhv və İslama zidd olduğunu hər bir İslam dövləti və hər bir müsəlman sübut etməlidir. Beləliklə İslama hücumun qarşısını ala bilərik.
 Mədəniyyətlərarası dialoq məsələsi baxmayaraq ki, öz növbəsində çox mühüm və zəruri bir məsələdir, ancaq ilk növbədə bu, İslam məzhəbləri arasında məsələ kimi qoyulmamalı, onun müsəlmanlara və İslam dünyasına vurduğu ziyanlar araşdırılmalı, ixtilafların yaranmasında maraqlı olan qüvvələr hər birimiz üçün aşkar edilməlidir. Müsəlmanlar bilməlidirlər ki, bu məsələdən yalnız İslamın düşmənləri yararlana bilər. Bu gün Qərbin məqsədi İslam dünyasında milli, irqi və məzhəb qarşıdurması yaratmaqdır, bu məsələdə beynalxalq sionizm təşkilatının xüsusi marağı var. Onlar çalışırlar ki, müsəlmanlar bu tip məsələlərə xüsusilə milli və məzhəb məsələlərinə dar çərçivədən yanaşsınlar, bununla da ixtilaf onların arasında daim hakim olsun. Ona görə də bu məsələlər, dinlər və mədəniyyətlərarası dialoqdan öncə müsəlmanlar arasında öz həllini tapmalıdır.
 Müsəlman ölkələri və onların cəmiyyətləri çalışmalıdırlar ki, biri-birilərini yaxından tanısınlar. Bu əlaqələr həm dövlətlər səviyyəsində, həm də ictimai təşkilat, ayrı-ayrı qurum və fərdlər arasında qurulmaqla qarşılıqlı etimadı durmadan yüksəldə və inkişaf etdirə bilər.
 Arzu edirik ki, müsəlman dünyası İslam maarifini düzgün aparmaqla qarşıya çıxan problemlərini birləşərək özləri həll etsinlər. Bu isə öz növbəsində İslam siyasətinin düzgün aparılmasından birbaşa asılıdır.

TÜRK QIZI

PETROS DURYAN
(Erməni şairi)


A şamdır, üfüq
yanır; 
tabut bir karet keçir; içində yorğun, arğın
bir gözəl xumarlanır.
Yarəb hansı şafaqın 
yavrusudur bu mələk! 
Bal mumundan bir heykəl...
capcarıdır, andırır əlindəki zanbağı.
qaşlarının altında iki ilahi məşəl,
zərrin bir kəfən kimi yanır ipək yaşmağı
əgər gülsə bu mələk
sanki indi keçəcək!
baxmaq istəyir; fəqət üzülür gedir canı...
eşqi od, qəlbi buxar...
qorxuların, nurların odur nazlı sultanı,
yorğun bir kələbəkdir; güllərdən saçaq umar.
tərpənsə çırpınaraq
sanki qalxıb uçacaq!
köksü coşğun bir ümman.
istər sevmək, bir öpüş ehtirasilə keçmək,
əskimək, solmaq, düşüb torpaqlara pərişan
bir damla-- heç olmasa-- sevda şərabı içmək,
ox qızarsa bircə bax,
tutuşacaq, yanacaq.
Lamatin demiş ki, "qəlbim araıya bənzər
əmdiyi gül ürəkdir, balı da ki, məhəbbət..."
onun qəlbi səmadan daha saf, daha dilbər,
əngin bir üfüq kimi yox eşqinə nəhayət,
danışarsa bu mələk,
sanki haman bitəcək!
yanır alov içində, sanma qurtaracaqdır,
dul qadının məbəddə yandırdığı çıraqdır.
eşqin odlu böyründən qopan atəşə bənzər,
istəyir ki, parlasın ulduz kimi gecələr,
əgər ölsə, bircə bax,
sanki həmən doğacaq!
                                                      Tərcümə edən: MİKAYIL MÜŞFİQ

Amerikanı söyək, ya öyək?

Ülvi Məmmədli  
Professional Oxucu Liqası
Azərbaycan Müəllimlər İnstitutu


 Buyurun, Rusiyanın Geopolitik Araşdırmalar Mərkəzinin rəhbəri, general Deonid İvaçov bəyanat verib ki, A qripinə səbəb olan virus ABŞ-da xüsusi laboratoriyada hazırlanıb ki, sürətlə artan dünya əhalisinin sayını tənzimləyə bilsinlər. Kimin hesabına tənzimləyəcəklər? Əlbəttə, bizim, monqolların və çukçaların... Bu da sənə Amerika!
 İndi bizim novruzəliləri düşündürən əsas məsələlərdən biri də budur. Bilmirəm, məlumat var ki, Obama İstanbulda namaz qılıb. Bilirəm, özünü çoxbilmiş göstərənlər deyəcək ki, Obama hələ heç İstanbula gəlməyib, ancaq hazırlaşır. Bilirəm, amma Obama elə bircə dənədi? Söhbət ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı George Obamadan gedir. George Türkiyə firmalarından birinin təmsilçisidir və özü deyib ki, namazda bütün müsəlman dünyası üçün dua eləyib. Kişi vurğulayıb ki, ailəsi müsəlman əsillidi və kiçik qızının adı da Fatimədi. "Habertürk"ün müxbiri naqolay bir sual verib: "Barak Obama müsəlmandırmı"? Cavab diplomatik olub: "Hazırda o elə vəziyyətdədir ki, bəlkə də fərqli hərəkət edir, amma Barak Obamanın daxili müsəlmandır". Adamın az qala sevinməyi gəlir. Deyilənə görə, biz də daxilən müsəlmanıq axı.
 İraqda o vaxtkı ABŞ prezidenti Corc Buşun başına ayaqqabı atılması məsələsini tarixindən asılı olmayaraq hamı xatırlayır. Yadınızdadırsa, o vaxt həmin ayaqqabının hər tayına bilmirəm bir milyondu, ya ondu, bəlkə də yüz milyon dollardı qiymət də qoymuşdular. Hələ türklər də bir iddia qaldırdılar ki, ayaqqabı onların firmasının məhsuludu. Bir sözlə, hamı bu insidentdən öz qazancı üçün istifadə eləməyə çalışırdı. Elə ayaqqabını atan jurnalist Müntəzər əl-Zeydi də, zərbədən akrobatcasına yayınan Buş da, jurnalisti tutan təhlükəsizlik xidməti də, bir sözlə, hamı. Ən maraqlısı və inandırıcısı da o idi ki, sanki hadisə təsadüf nəticəsində baş vermişdi və jurnalist əsəblərini cilovlaya bilməyərək ayaqqabılarını Buşun başına atmışdı. Gördüyünüz kimi, buraya qədər "Qaravəlli"lik heç nə yoxdur. Məzəsi bundan sonradı...
 Bağdadda keçirilən məhkəmədə insidentin yaradıcısı, iraqlı jurnalist Müntəzər əl-Zeydi 3 il müddətində azadlıqdan məhrum edildi. Əslində elə bu da gözlənilən idi, nə olar ki, indi Buş prezident deyil, bəs onda o qədər qan töküb İraqa demokratiyanı niyə vermişdilər ki. Amma məhkəmədə əsl "Qaravəlli" baş verib. Özünü günahkar saymayan Müntəzər əl-Zeydi son sözündə açıb sandığı, töküb ürəyindəkilərin hamısını ortaya. Hələ məhkəmə prosesində jurnalist verdiyi ifadədə hadisəni belə təsvir eləmişdi: "Mətbuat konfransında Buşu gördükdə gözlərim döndü (deyəsən, ifadəni tərcümə eləyən adam dilimizi zəif bilirmiş, bizdə adətən "başım, beynim çöndü" deyirlər, gözü dönmək öküzə, bir də epilepsiyalılara aiddir). Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşiman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq üç gündən sonra qonaq sayılmır (sürüşkən ifadədir, yəni ev sahibi sayılır?). Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır". Əl-Zeydi o vaxt daha bir neçə patriotik cümlələr də işlətmişdi. Amma məhkəmədə şok bir açıqlama verdi: "Bu aksiyanı 2 il əvvəl, Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim".
 Eh, əl-Zeydi qardaş, çox pis məşq eləmisən. Gərək başından tutuzduraydın. Zalım oğlu, bu boyda zırıltıya girişmisən, məsələyə bir az elmi yanaş daa. Çox güman ki, sən məşqi hərəkətsiz hədəfə ayaqqabı atmaqla eləmisən. Əsl snayper isə obyektin hərəkət etməsini, onun reaksiyasını da qiymətləndirməli idin. Ola bilsin ki, ya Buşun şəklini qoyub məşq eləmisən, ya da arvad-uşaqdan hansınısa hədəf seçmisən. Onların da reaksiyası zəif olub. Bəlkə də elə Buş özü də zərbədən yayınmağı uzun müddət məşq eləyib. Bir sözlə, gül kimi iş görürdün, axırında zibilləmisən.

Qız məktəbində

Hüseyn CAVİD
 
--Quzum, yauvrum! Adınnədir?—Gülbahar.
--Pəki, sənin anan, baban varmı?
--Var.
--Nasıl, zənginmidir baban?—Əvət, zəngin, bəyzadə...
--Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
--Var, əfəndim, var...lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti.
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
--Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söyləyirmisən?—Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
--Sonra kimlər?
--Sonra onun göndərdiyi elçilər.
--Başqa sevdiklərin nasıl, yoxmu?—Var...
--Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...

Biz

Baxıcı

Hüsamə bin Sərxan
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi

O kastana basan lopabığdan soruşan olmadı ki, apo, bəs Azərbaycanda işçiyə verilən maaşın miqdarını dünya ilə müqayisədə deyəndə niyə utanmırsan ki?

 Dünya maliyyə böhranı başlayandan bəri iqtisadçılarımızın, ekspertlərimizin, özünü bilən, sayan digərlərimizin sözlərinə lağ eləmişəm, şübhə ilə yanaşmışam, inanmamışam. Dünya maliyyə böhranının bizə təsiri olmayacağını söyləyiblər, mən də demişəm ki, elə şey ola bilməz, biz də bu dünyanın sakiniyiksə, böhranın bizə də təsiri olacaq. Bir də onlar deyəndə ki, bacarsaq hələ bu böhrandan xeyir də götürərik, lağ eləmişəm, demişəm ki, zərərdən xeyir götürmək olmaz. Bu gün etiraf eləyirəm: səhv eləmişəm, uşaq olmuşam, qanmamışam. Çevirin məni büdcənizin, cibinizin başına, keçin günahımdan, bağışlayın məni. Mən hələ bizi yaxşı tanımamışammış.
 Telekanalların birində dəyirmidimi, küncsüzdümü- bir masa keçirilirdi. Söhbət qiymətlərdən, böhrandan gedirdi. Qaz məsələsinə baxan lopabığ bir iqtidar nümayəndəsi təkrar-təkrar dedi ki, mən Azərbaycanda istehlakçıya verilən hər min kubmetr qazın qiymətini söyləməyə utanıram. Çox utanıram deyəm ki, bizdə vətəndaşa hər min kubmetr qaz cəmi 47 manat 20 qəpiyə satılır. Hüquqi şəxslərə və müəssisələrə də utana-utana deyirəm ki, qazın min kubmetri 100-cə manata satılır. Amma dünyada bu qiymətlər 300, 400, hətta 500 manat həddinə də çıxır.
 Nətəər utandımsa, kanalı dəyişdim. Gör bizim kürd dEvlətimiz nə qədər humanistdi, nə qədər bizim qayğımıza qalır ki, gözü görə-görə öz xeyirindən qaçır. Nədi, elə optom, orta qiymətdən, 350-cə manatdan xaricə satsa təmiz yerindən bilirsiniz nə qədər puldu? Amma deyəsən həriflikdə Türkmənistan bizdən də qabağa gedib, onlarda vətəndaşa qazı voobşe pulsuz verirlər. Amma o kastana basan lopabığdan soruşan olmadı ki, müəllim, bəs Azərbaycanda işçiyə verilən maaşın miqdarını dünya ilə müqayisədə deyəndə utanmırsan ki? Utanmayacaqdı, deyəcəkdi ki, bu mənlik deyil, gedin cavabdehdən soruşun, mən öz sahəm üzrə utanıram...
 Yadıma internet düşdü, daha doğrusu ondan narazı tanış bloggerlər. Bizdə internet niyə dəhşət bahadır, cənab nazir? Daha doğrusu, onun qiymətləri. Deyəsən, biz dünyaya sonradan, həm də pərsəng kimi qoşulduğumuz üçün dünyanın su qiymətinə istifadə elədiyi internetin qiyməti bizdə təxminən od qiymətinədi. Özüm qəsdən qaz qiymətinə yazmadım ki, o lopabığ kişi bir də utanar. Həm də qaz çoxmənalı sözdü axı. Mən uzun müddət internet sözünü böyük hərflə yazırdım. Onu xüsusi isim sayırdım və indi də bu fikirdəyəm ki, bu boyda qiymətli şeyin adını kiçik hərflə yazmaq olmaz. Üzə çıxıb ki, Azərbaycanda internetdən istifadənin qiyməti dünyanın ən bahalılarındandı. O vaxt məlumat verilmişdi ki, 2009-cu il yanvar ayının 1-dən internetin qiyməti 2-3 dəfə aşağı salınacaq. Yenə də ekspertlərin və alimlərin dediyinin əksinə olaraq, Azərbaycanın internet sahəsində də dünyaya dəxli var və indi təkcə pornosaytlara və çatlara yox, həm də elmlə, incəsənətlə bağlı internetə girənlər, ondan istifadə edənlər kifayət qədərdir. Ona görə də qiymətlərin enməsi çox mühüm məsələ kimi gözlənilirdi və... hələ də gözlənilir. Məsələ belədir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, internetdən istifadə tariflərinin aşağı salınmasına dair Dövlət Tarif Şurasının qərarı təxirə salınıb. Ay malades Baltimor!.. Heç masonlar Tarif Şurasına icazə verərlərmi internetin qiymətini aşağı salsın?
 Xartırladıram ki, nazirlik qiymətlərin aşağı salınması ilə bağlı təklifləri Tarif Şurasına göndərmişdi, orada da qərar çıxarmışdılar ki, bu il yanvarın 1-dən qiymətlər 20 faiz aşağı salınsın. Amma indi RİTN özü bundan imtina eləyir. Deyir birdən-birə 20 faiz lap çoxdur, bunu gələcəkdə mərhələ-mərhələ azaldarıq. Pah! Əhsən sənə belə hökumət!
 Üstəlik, keyfiyyətin də çox aşağı olması nəzərə alınarsa, əslində bizdə internetdən istifadə eləyənlərə haqq verməlidirlər ki, işlətdiyi işıq pulunu versin. Deyir Türkiyə internetdən istifadə haqqına görə Avropada ən bahalı dövlətdir. Azərbaycandakı qiymətlər isə Türkiyədən 30 dəfə bahadır. Xatırladaq ki, Azərbaycanın kürdlər tərəfindən işğal edilməsi 90-cı illərə təsadüf edir. Türkiyə isə 50 ildir kürdlərin əlindədir. Gör indi 50 il sonra bunlar başımıza nə oyunlar açacaqlar!
 Bax, deyirlər dünyanın əksər yerlərində neftin qiymətinə görə benzinin də qiyməti düşüb. Deyirlər bizdə olmaz, sabah neftin qiyməti qalxsa yenə qaldırmalı olacağıq. Hörmətli apo, niyə onlarda olur, bizdə olmaz, hə? Bəlkə biz də onlar eləyən kimi eləyək, xeyirimiz də, zərərimiz də bir olsun. Yoxsa hamıdan ağıllı göründüyümüz üçün bizə bəd nəzər, göz dəyəcək axı.
 Nə isə, bu günümüzə də şükür!

Səməd Vurğun biabırçılığı

Səməd Vurğun 

                                Hüseyn Cavidə


Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşıqiyəm” deyən deilmidin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdiraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadın Vaqifin, Füzulinin üzündən
 
...........................................................................
(Buradakı misralar Səməd Vurğuna başucalığı gətirmədiyi üçün vermirik)

O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəlöldü.

Mənbə: “Ədəbiyyat qəzeti”, 1937-ci il, 16 iyun

Bir daha ərzaq təhlükəsizliyi barədə

İbrahim Fərhadoğlu 
"Filfak" Müstəqil Araşdırmalar Mərkəzi

 
    İndi Azərbaycanda muzeyə qoymaq üçün saf bir şey varmı? 
   Genetik savaşda bitərəflər olmur.
                                                             Tim Liri.


 Əslində mövzu məni çoxdan narahat etsə də, bu barədə yazı yazmaq fikrim yox idi. Amma yazmağıma səbəb çox qısaca bir şeir parçası oldu. Həmin şer indiyədək oxuduğum rekviemlərin bəlkə də ən qısası idi. Əslində heç şeir də deyildi bu bəlkə, «üçüncü dünya» ölkələrinə aid edilən bizlərin bir iniltisinə də bənzəyirdi, varlı ölkələr tərəfindən rifahımızın pozulmasına, sağalmaz xəstəliklərə yoluxdurulmağımıza və sərvətlərimizin talanmasına qarşı bir hayqırtıya da…
 Son zamanlar ölkənin ərzaq təhlükəsizliyi barədə çox söhbətlər gedir. Müntəzəm olaraq eşidirik ki, filan yerdə saxta dərman, saxta ərzaq tutulub və məhv edilib. Ölkə statistikası deyir ki, saxta malların faizi 43-dür, qeyri-rəsmi mənbələr təsdiq edir ki, bu rəqəm 90 faizdən çoxdur. 40-50, nə fərqi? Fakt odur ki, belə hallar az qala bütün respublikanı bürüyüb.
 Bizə illərlə 5-ci növ taxıl yedizdirən, radiasiyalı göllərin duzunu yodlaşdırılmış adıyla satan, insan üçün təhlükəli sayılan melanin maddəsinin yumurtlayan toyuqlara verilməsini təşkil edən, adı olmayan və marqarinə belə oxşamayan yağı kərə adı ilə yedizdirən, hansısa ağacın (doğranmış halda eni 5-6 sm-ə çatan) yarpağını çay kimi içizdirən, tütün əvəzinə yoncanı, siqaret adı ilə samanı çəkdirən qrupların gələcəkdə bir özlərinə məlum olan gizli məqsədləri var…
 İndi Azərbaycanda muzeyə qoymaq üçün saf bir şey tapmaq mümkündürmü?..
 Məsələn, mən hələ də başa düşə bilmirəm ki, Bakıda xəstəlik yayan bu qədər dönərlərin, qutabxanaların axırı nə olacaq. Bu barədə o qədər yazılıb, qəzetlərdən o qədər fikirlər oxumuşuq ki, mənim deməyim bəlkə də artıqdır. Amma nə olsun, konkret bir nəticə yoxdur və bu obyektlər necə fəaliyyət göstərirdisə, eləcə də fəaliyyətlərini davam etdirirlər. Guya nəzarətçi orqanlar dönərxanalardakı, qutabxanalardakı ətin hansı mənşədən olmasından xəbərsizdirlər. Amma həmin nəzarət etməli şəxslər özləri belə bunun rayonlardan gətirilmiş eşşək ətindən, Hindistanın 50 dərəcə istisində ovlanan, soyuducusuz-filansız (briketin donu açılanda leş iyi verir) qablaşdırılan vəhşi camış ətindən hazırlanmasını çox yaxşı bilirlər. Görün nə günə qalmışıq ki, hindistanlı iş adamı televiziya kanallarının birində deyir ki, biz bu «ərzağı» dilənçi ölkələr üçün nəzərdə tutmuşuq və kimin xoşu gəlmir, almasın. Hindistanın bizə olan bu cür münasibətinin, bizim fırıldaqçıların bu ölkədən leş almasının nəticəsidir ki, bu yaxınlarda BMT-də Hindistan bizə dirsək göstərdi və bizə qarşı səs verdi. Hindistandan leş ətini gətirən «işbaz»ların təxribata şərait yaratmasını kim inkar edə bilər? İş o yerə çatıb ki, nəzarət orqanlarının rəhbəri televizorda açıq-aydın deyir ki, mən o dönərlərdən yemirəm və ev yeməyini üstün tuturam...
 Həmin dönərləri əsasən bizim gənclər yeyir. Hər dəfə ali məktəblərin yanından keçərkən tələbələrimizin yazıq-yazıq leş ətindən hazırlanmış dönər yediyini görəndə ürəyim ağrıyır. Hörmətli başbilənlər, bu gənclərə yazığınız gəlsin. Axı onlar bizim gələcəyimizdirlər. Belə getsə, onlar bizim gələcəyimiz yox, potensial xəstəlik mənbələrimiz olacaq.
 İndi isə mənə təsir edən həmin şeir parçasını sizə də təqdim edirəm. Müəllifi türk jurnalisti, pedaqoq və şairə Gülsüm Cengizdir:


  Yat, körpə balam, yat
 Gözündən qorxunu at.
 Nağıllarda qaldı artıq
 Kiçik qızı zəhərləyən
 Qəddar, zalım kraliçalar.
 -İndi başqa şeydən qorx-
 Uşaqların sütlerini oğurlayıb
 Çörəyinə zəhər qatan insanlardan… 

MALLININ RUHUNA İTHAF

Bəxtiyar HİDAYƏT 

     Romandan parça: Əli doktorun məqaləsi

...Sən, Mallı, elə uşaqlığından fərqli idin başqa tay-tuşlarından. Nə valideynlərinin, nə də müəllimlərinin qadağaları heç vecinə də deyildi. Sonra məlum olurdu ki neçə-neçə oğlanları bir-birinə qırdırıb onların axmaqlığından ləzzət alırsan... 
Tələbəlik illərində də kefindən qalmadın. Sonra səni zorla bir alkaşa ərə verdilər, Mallı. Tezliklə boşandınız. Elə o alkaşda olanda da kefindən qalmırdın, ondan boşananda da. 
Ac da qaldın, susuz da. Amma yenə kefindən qalmadın. Yenə işindən qalmadın. Səndə başqa üz yox idi. Milyonun olsa da belə olacaqdın. Varlı ya kasıb-kefindən qalmamaq, vəssalam. 
Deyilənə görə qardaşın başını kəsəndən əvvəl soruşub ki bu işdən əl çəkəcəksənmi? Sən də yox, yox demisən. Hətta demisən ki əsl pozğunluq bu deyil, əsl pozğunluq səni kimi xalqın səsini oğurlamaqdı. Iki kilo pesoka görə səsə verməkdi. Hakimiyyətə kölə olmaqdı. Qızına, oğluna əmlak kimi baxmaqdı- onları tutarlı yerdən evləndirməklə.
Sən beləcə də öz əqidən yolunda başından keçmisən, Mallı. Sən üstün bir varlıqsan, Mallı. Sən bizim şəhərdən də üstünsən. Çün bu şəhərin ancaq orta küçəsinə qulluq edilir. Arxa küçələr it günündədir. Sən arxana baxdığından min dəfə aşağı baxılır bu şəhərin arxa küçələrinə. Sən bizim ağsaqqal, pirani kişilərdən də üstünsən- o pirani kişilər hər yeniliyə qarşı pirani balıqları kimi olurlar. Sən isə hər yeniliyə beşəlli razıydın. Onsuz da bizdə istənilən yeni dəbi bir bölgəyə qadınlardan fahişələr, kişilərdən də manıslar gətirir.
Sən müxalifətdən də üstünsən. Hanı o müxalifət ki başını verə əqidə yolunda. Hanı o müxalifət ki öz yoluna sənin kimi sadiq ola. Iqtidardan isə çox-çox üstünsən. Hanı o iqtidar ki öz əqidəsi yolunda bircə qaşıq qan axıda. Bunlar sabah hamısı atacaqlar öz biletlərini. Bunların platformaları blətformadı əslində.
Sən əksər dindarlardan da üstünsən. Onları nisyə umudlar verir camaata. Səndə isə hər şey nəqd idi. Ya hə ya yox. sən neçələrinə cənnət anları yaşatdın, Mallı-özü də nəqd. Daha nisyə yox.
Bu ölkədə ən yaxşı tələbə yetişdirən məktəb yaltaqlıq məktəbidi. Sən bizim yaltaq məzunlar istehsal edən məktəblərdən də üstünsən. O məktəblərin kolidorlarından sənin klitorun min dəfə təmizdi, min dəfə bakirədi.
Bu ölkədə hər şey ayaq-başdı, Mallı. Şeytan idarə edir bu ölkəni. Şeytanın da rəmzi 6-dı. Bu ayaq-baş ölkədə 6-nin özü də ayaq-baş durur. Gah 9 olur, gah da altı. Bəzən də elə hər iki halındakı kimi qalır. Yəni olur 69.
Indi bu ölkədə ən sevimli rəqəmdi 69. Bilmirəm fikir verirdinmi- bütün yarışmalarda SMS-ləri gərək əvvəli 69-la başlayan nömrələrə göndərəydin. Bunlar təsadüfü deyil. Bu ölkənin indi ən müqəddəs rəqəmidi 69.
Və hər sahədə vəziyyət ayaq-başdı. Hər sahədə vəziyyət 69-dur. Hətta ədəbiyyat sahəsinə də sirayət eləyib bu rəqəm. Indi 60-cılar və 90-cılar davası gedir ədəbiyyatda. Riyazi qaydalara riayət edib hər iki rəqəmdən 0-ları silsək yenə 69 alınır. ədəbiyyat da 69 vəziyyətindədir bu ölkədə. 
Və bu 69 rəqəmi 69-dan bəri hakimdi bu ölkədə. Belə bir ölkədə öz əqidəsini bakirə saxlamaq hər adama nəsib olan xoşbəxtlik deyil. Sən belə xoşbəxtlərdənsən, Mallı.
Gündə bir partiya dəyişən fürsət yoxsulu bir siyasətçi nə anlar səni? Iki kilo pesoka öz səsin satan siyasi fahişə nə anlar səni?
Hər şeyi öz qarnı ilə ölçən bir qarınqulu nə anlar səni? Heç nə biməyib özünü hər şey bilən kimi göstərməyə çalışan əxlaqdan məhrumlar nə anlar səni? Sənin malın onların amalından min dəfə təmizdi, Mallı.
Bu cəmiyyət nə anlar səni? Nə anlar ki sən necə uca bir varlıqsan?
Allah gündə 69 dəfə rəhmət eləsin sənə, Mallı. Amin,amin-69 dəfə amin.

Dilənçi

Mixail Yuriyeviç Lermontov
 
Müqəddəs məbədin durmuş önündə
Sədəqə dilənən yazıq nir insan.
Durmuş arıq, cansız, çox yaman gündə
Aclıqdan, suzluqdan, iztirablardan.
Onun dilədiyi—bir loğma çörək;
əzab əlaməti—gözlərində yaş.
Kim isə--fağıra yəqin gülərək—
Qoydu uzatdığı ovcuna bir daş.
Mən də iztirabla, göz yaşlarilə
Səndən diləmişdim saf məhəbbəti;
Ən yaxşı hissimi mənim, bax belə
Aldatdın, məhv etdin sən də əbədi!

                                                                   Tərcümə edən:  Mikayil Rzaquluzadə

Mason təhlükəsi

Anar Ramizoğlu

“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi  
   
 Lev Trotski ABŞ-da qızıl piramidanın mason lojasına daxil olmuşdur. O, Misraim (yəhudi dilində Misir) lojasında yüksək dərəcəli mason idi. Trotski “Qızıl ordunun” banisi idi. Bu ad təsadüf deyil. “Qızıl ordu” – Rotşildin ordusudur (qırmızı lövhə). Trotski bu ordu üçün beş güşəli mason ulduzunu simvol kimi götürmüşdür. “Qızıl ordu” Trotskinin rəhbərliyi altında beynəlxalq yəhudikratiyanın əlində öldürücü silah idi.
 Karl Marks və Fridrix Engels isə 31 dərəcəli mason və satanist idilər. Marks öz “Skripkaçı” şeirində yazır: “Cəhənnəm buxarları qalxıb beynimi doldurur, dəli olana qədər və qəlbim dəyişənə qədər. Bu qılıncı görürsən? Qaranlıq hökmdarı mənə bunu satıb”. Bu cümlələr xüsusi məna daşıyır, əgər bilsəniz ki, şeytani ayinə daxil olan namizədə tilsimli, uğur gətirən qılınc satılır, təəccüblənməzsiniz. Onun qiyməti damardan götürülmüş qanla imzadır. Bu saziş- onun ruhunun, ölümdən sonra iblisə məxsus olacağı haqdadır.
 Bakunin də Marksın 1-ci İnternasionalın təşkilatında yaxın silahdaşı, qatı satanistdir. O yazırdı: “Bu inqlabla biz insanlarda ən alçaq istəkləri oyatmaq üçün onlarda şeytanı oyatmalıyıq”.
 Kernski 32 dərəcəli mason idi. Maksim Qorki də masonluğa yaxın olub.
 Gizli mason təşkilatları və onların sahibləri bütün inqlabların və dünya savaşlarının əsas səbəbkarlarıdır. Kritik anlarda yuxarıdan gələn əmrlə bütün təbəqələrin masonları birgə hərəkətə başlayırlar. Məsələn, Moskvada 1997ci ildə oktyabr mitinqində rus generalı Albert Makaşov çıxış edərkən “bütün yəhudiləri Rusiyadan qovmağa” çağırdı. Həmin an ona qarşı güclü böhtan kampaniyası başladı. Ona qarşı çıxış edənlərdən birincisi, Dumanın deputatı, aşağı təbəqəli mason, kinorejisor Stanislav Qovoruxin oldu (“Beynəlxalq rus klubu” mason təşkilatı). Həmin Qovoruxin özünü rus patriotu və Rusiyanın müdafiəçisi kimi qələmə verirdi. Bu patriotun “bütün filmləri mənəviyyatsızlıq xarakteri daşıyır. Bəs niyə görə bu “patriot” ruslar təhqir olunanda susur? Amma yəhudilərə qarşı olan çıxışa dərhal reaksiya verir! Buna görə, yəhudilərə Qovoruxin kimi kiçik masonlar gərəkdir.
 Bəzi insanlar, masonluğu içindən qazanmaq üçün, onu anlamaq üçün bilərək ora daxil olublar. Amma bu cəhdlər bir nəticə verməyib. Çünki masonluq min illərlə təkminləşdirilib, onu içindən qazanmaq mümkün deyil. Onunla daxildən yox, xaricdən mübarizə etmək lazımdır.
 Masonluğu dərk və istifadə etmək üçün ora daxil olanlardan biri də rus çarı I Pyotr olub. Amma masonluğun məqsədini və təhlükəsini anlaya bilmədi. Ona masonluğu onlara sərf edən işıqda göstərdilər. Bu da onda masonluq haqda xoş təəssürat qoydu. I Pyotr masonluq rəngləri olan ağ, qırmızı, mavi rəngli (ABŞ və Fransa kimi) bayrağı qəbul etdi. Ağ (Şotland) rəngi yuxarıda idi. Kommunistlər bu bayrağı qırmızıya dəyişəndə, belə olmadı ki, pisi yaxşıya dəyişdilər. Qırmızı bayraq– Rotşild bayrağıdır. Rotşild “qırmızı lövhə” deməkdir. Kommunistlər, sadəcə pisliyin birini o biri pisliklə əvəz etdilər.
 Masonluğun son məqsədi bütün ölkələri dağıdıb, beynəlxalq masonluğun hökmranlığını qurmaqdır. Beynəlxalq masonluğunun prinsiplərinin əsası (33–ə qədər)– materializm, ateizm və kosmopolitizmdir. 33-dən yuxarı (qızıl piramida)- əvvəl iudaizm və şovinizm, sonra 67-dən yuxarı– xalis satanizmdir. 
 Beynəlxalq masonluğun xristianlıqla mübarizəsi yəhudikratiyanın marağına qulluq edən bir oyundur. Masonların sevimli devizlərindən biri– “azadlıq, bərabərlik və qardaşlıq”dır. Başqa bir deviz isə– “Hazır ol”dur. Bu devizlə SSRİ-də pionerləri böyüdüblər (gənc kommunistlər). Onlarda “Hazır ol” sözünə “Həmişə hazıram” cavabı verməklə şərti refleks yeridilirdi. Nəyə hazır olmaq– vacib deyil. Nəyə desələr, ona da biorobotlar hazır olmalıdır. Məna budur.
 Mason ordeni olan “Ali Venta”nın təlimatında deyilir: “Buraxın qocaları və böyükləri, gənclərlə məşğul olun, imkan varsa uşaqlarla da.” Gənclərə sahib olan gələcəyə sahibdir.
 Masonların metodu– “parçala, aldat və hökm et”dir. 
 Masonluğun cinayətlərinin təhqiqatı N.Boqolyubovun kitabında açıqlanır. Bu kitabın adı “İyirminci əsrin gizli təşkilarları”dır. Yuxarıda dediyimiz faktların çoxu da həmin kitabdandır.

Kimdir Hitler?


İbrahim Sel  
Professional Oxucu Liqası

On milyonlarla insan qatili, günahsız körpələri belə qətliama məruz qoyan, istədiyi vaxt başqa dövlətlərin ərazilərinə soxulan, onları işğal və ilhaq edən, beynəlxalq hüquqi aktları ayaqları altına atan, dünya xalqlarının sərvətlərini sümürən amansız İsrail rejimi kimi Hitler adlandırır?

 Dünya düzənində haqq və ədalətin hakim olduğunu düşünmək, əlbəttə, sadəlövhlük həddini da aşmaqdır. Yer üzü haqsızlıqlar, zülmkarlıqlarla doludur. Və planetimizin sakinlərinin böyük bir qismi tarixən olduğu kimi, bu gün də bu haqsızlığa məruz qalmaqda, əzilməkdə, zülmkarların zülmü altında inildəməkdədir.
 Lakin tarix boyu olduğu kimi, bu gün də zülm kasasını dolduran saqilər özlərini sudan duru kimi qələmə verib, haqq-ədalətdən dəm vurmaqda, bəşəriyyətin gözünə kül üfürməkdədir.
 Günümüzün zülm saqiləri ayaqları altına atıb, tapdaladıqları ülvi dəyərləri, axıtdıqları qanları, törətdikləri cinayətləri ört-basdır etməyin klassik üsuluna sarılıblar– “qara məni basınca...”. Erməni-müsəlman münaqişələri fonunda son yüz ildə ermənilərin hərəkətləri buna bariz nümunədir. Azərbaycan torpaqlarını işğal edən, minlərlə günahsız insanı qətlə yetirən, bir milyon dinc sakini yurd-yuvasından qovub çıxaran tərəf özünü dünyada “soyqırım qurbanı” kimi tanıdır. Buna nail də olub və dəstəklənir. Deməli, təbliğatdan çox şey asılıdır. Cani qan tökür, cinayət qurbanı təqsirkar elan edilir...
 İndi buna daha bir nümunənin də şahidi olduq. İran prezidenti Mahmud Əhmədinejadın Livana səfəri zamanı İsrail parlamentinin (Knessetin) “İhud Leumi” partiyasından olan deputatı Arye Eldad “Kol İsrail” radiosuna müsahibə verərək, İran prezidentini Hitlerə bənzədib və ölkəsini onu öldürməyə çağırıb. Necə deyərlər, oğru elə bağırdı ki...
 Sionist deputatın İrana və onun prezidentinə nifrəti aydındır. İslam Respublikasının simasında öz düşmənini görməsi də dünya üçün yenilik deyil. Amma hətta düşmən haqda danışdıqda belə, doğru-düzgün ifadə seçmək ən azından, etik baxımdan hər kəsin vəzifəsidir. Elə isə, Arye Eldad “Hitler” dedikdə, kimi, yaxud nəyi nəzərdə tutur? On milyonlarla insan qatili, günahsız insanları qətliama məruz qoyan, o cümlədən, milyonlarla yəhudiyə qarşı soyqırım gerçəkləşdirən, başqa dövlətlərin ərazilərinə soxulan, onları işğal və ilhaq edən, beynəlxalq hüquqi aktları ayaqları altına atan amansız faşist rejiminin lideri! Bu deyilmi Hitler? Elə isə, əyri oturaq, düz danışaq!. Bu gün Əhmədinejadın prezidenti olduğu İran kiminlə müharibə edir, hansı dövlətin ərazisinə soxulub, oranı işğal edir, ilhaq edir, hansı millətin qanını axıdır?.. Nə qədər “radikal” və sözün həqiqi mənasında, sərt bəyanatlar versə də, onun sözünün əvvəli də, axırı da “ədalətli sülh”, “işğalçılığa son”, “qətliamlara son” çağırışları deyilmi? Budurmu “Hitler”?
 Arye Eldadın təmsil etdiyi İsrail və ona hakim olan sionism ideologiyası isə tam olaraq Hitlerin çığırı ilə gedib, özgə torpaqları zorla ələ keçirir, işğal və ilhaq hesabına dövlətini yaradır, genişləndirir, BMT qətnamələrini ayaqları altına atır, hətta ölkəsinin paytaxtını belə, bütün beynəlxalq hüquqi aktlara zidd olaraq, işğal etdiyi şəhəri (Qüdsü) elan edir. Yarandığı gündən ərəb torpaqlarını zəbt edib, milyonlarla insanı öz yurd-yuvalarından didərgin salıb, minlərlə günahsız insanı, o cümlədən uşaq, qadın və qocaları qətlə yetirib, şəhərləri, qəsəbələri, dinc insanların ev-eşiklərini dağıdıb, on minlərlə insanı uğurlayaraq, zindanlarda əsir, milyonlarla fələstinlini öz ərazisində özünə dövlət qurma haqqından məhrum edib. Hitlerin yoluyla addımlayıb, insanların qanını tökən sən, torpaqlarını işğal edən sən, sakinlərini qovub didərgin salan sən, beynəlxalq ictimaiyyətlə hesablaşmayan sən, amma “Hitler” adını özgəsinə verirsən?
 Bir daha vurğulayaq ki, Əhmədinejad nə qədər sərt danışsa da, onun bu sərtliyi elə sionizmin törətdiyi bu cinayətlərə ünvanlanır. Gedin İranda insanların yaşayışına, nə qədər maaş almasına baxın! İsrailin “antisemit” kimi qələmə verdiyi bu şəxs dəfələrlə yəhudiliyə ehtiram bəslədiyini, İranda müsəlmanlarla, xristianlarla, zərdüştilərlə yanaşı xeyli sayda yəhudilərin də əmin-amanlıq içində yaşadığını, amma sionozmin yəhudiliklə heç bir əlaqəsinin olmadığını bəyan edib. O, yəhudiləri deyil, sionistləri- Fələstini işğal edib, milyonlarla yerli sakini qovub çıxaranları, minlərlə günahsız insanı öz vətənlərində qətlə yetirənləri və işğalçılığı öz ideologiyası elan etmiş bir cərəyanı düşmən hesab edir. Hər halda İsrail təbliğatından azad mətbuatı oxuyanlar bunu təsdiq edə bilərlər.
 Yeri gəlmişkən, dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin böyük bir qismi sionizmi bütün bəşəriyyət, ilk növbədə isə elə yəhudilik üçün ciddi təhlükə hesab edir, onunla mübarizə aparırlar. Bu sırada yer alan yəhudi təşkilatları sionizmi “faşizm sikkəsinin o biri üzü” kimi xarakterizə edirlər.
 Dünyanın hegemon dövlətləri İsraili himayə etdiyindən və aparıcı KİV-lər sionistlərin nəzarəti altında olduğundan ola bilsin ki, bu gün dünya ictimaiyyəti Yaxın Şərqdə nələrin yaşandığı haqda obyektiv təsəvvürlərə malik deyil. Hələ də işğalçı-militar İsrail “sivil dövlət” kimi tanınır, amma işğala məruz qalıb, torpaqlarının azadlığı uğrunda mübarizə aparan müqavimət hərəkatına isə “terrorçu” damğası vurulur. Hələ də əli minlərlə günahsız fələstinlinin qanına bulanmış İsrail liderləri mədh edilir, amma bu rejimi tənqid edən siyasilər “Hitler” elan edilir. Üstəlik, açıq-açığına, həm də deputatın dilindən BMT üzvü olan bir dövlətin başçısını öldürmək təklifi səslənir, amma dünya bunu “həzm edir”.
“Hitler”- qan tökən, işğal edən, özünü Yer üzünün ağası sayıb, insanlığa zülm edən bir xarakterdir. Elə isə, sionistlərin Azərbaycandakı nökərləri də daxil olmaqla onlara səmimi sualla müraciət edirik: kimdir Hitler?

Müəllimlərə hədiyyə edirəm

Hikmət Carçılı

Yaxınlarda qohumlarımdan biri mənim hansı ali məktəbə hazırlaşdığımı soruşdu. Cavab verdim ki, ədəbiyyat müəllimliyinə hazırlaşıram. Filoloq olacam inşaallah gələcəkdə. 
Gülümsəyib dedi:
-- Çox yaxşı müəllim olmaq arzusu varsa, sən demək cəsarətli adamsan. – bir az ciddiləşdi -- əəə, bu vaxtda nə müəllim olmaq, müəllimlik dövrü keçdi eee. Dedim:
-- Niyə belə deyirsən ki? Müəllim adı böyük addır. Sən bunu nə məqsədlə deyirsən axı? Dedi:
-- Özün təhsilin problemlərindən yazılar yazır, hətta təhsil nazirini belə tənqid edirsən, ancaq təəssüf, mənim niyə müəllimlik peşəsi haqqında belə danışdığımı bilmirsən. 
-- Maraqlıdır. Deyin görək niyə belə danışırsınız? Hesab edin ki, heç yazmamışam o, barəsində danışdığınız yazıları.
-- Bax, bir məsəl çəkim. Qabaqlar biz bir-birimizə müraciət edəndə “qardaş”, “bacı” deyərdik. Yoldaş deyərdik. Indi o sözlər unudulub, mənasını itirib. Ona görək ki, indi onun yerini müraciət etiketi kimi “müəllim” sözü alıb ki, bu da müəllim sözünün hörmətdən düşməsinə dəlalət edir. 
Və müəllim sözünün qiymətdən düşməsi də o deməkdir ki, müəllimlər, müəllim peşəsi də qiymətdən düşüb.
--Bu dediyiniz sözləri nə ilə isbatlayarsınız ki, müəllim olanların aylıq maaşıyla güclə dolananların və müəllim olmaq istəyənlərin və ən nəhayət, müəllim olub da təqaüdə çıxmış, aylıq təqaüdü ilə güclə dolanan “veteran” müəllimlərin xətrinə dəyməsin?
-- Əvvəlcə onu deyim ki, bayaq sualında özün dedin ki, “müəllimlər aylıq maaşıyla güclə dolanırlar”. Bu özü elə dövlətin onlara qayğısının az olmasının göstəricisi deyilmi, nə qədər deyilsə də ki, müəllim böyük qüvvədir, bizim ona etiyacımız var. Bunlar indi sadəcə dildə belədir. əslində isə hər şey tamam başqa cürdür. Ikincisi yenə deyirəm ki, indi hamı bir-birinə “müəllim” etiketi ilə müraciət edir; süpürgəçi də, alverçi də, bozbaş müğənni də... Hətta ən maraqlısı da orasındadır ki, biri bir adama “müəllim” deyəndə acığı tutur və deyir ki, “müəllim” sənin atandır, yenə “polis”dən-zaddan bir şey desəydin nəysə...yoxsa gəlmisən ki, “müəllim”. Bu zamanda (özü də bizim ölkədə) nə müəllimbazlıqdır. 
Bu qədər. Yəqin mənim nə demək istədiyimi anladınız. Yazı ilə bağlı şikayəti olan müəllimlər elektron poçt ünvanıma, müraciət edə bilərlər. Ünvanım: hchikmet@gmail.com.

Roman yox, “halroman”

Ayxan Kiçikbəy
ayxan1992@box.az

Povest yazmağı bacarmayanlar fərasətsiz deyil, onu yazan və bunu gizlətməyi bacarmayanlar fərasətsizdir (A. P. Çexov. “İONIÇ”)
 
Hər şey Əsədin yenicə yazdığı romanını mənim elektron ünvanıma göndərməsindən başladı. Öz aramız, bu aralar hamının roman yazdığını bildiyimdən dostumuzun da bu marafona qoşulması məni elə də maraqlandırmadı. Özü də komputerdə roman oxuyacağımı düşünəndə tüklərim biz-biz dururdu.
Hə, Əsədin göndərdiyi yazını açanda iri hərflərə bu sözlərin yazıldığını gördüm:


                                 “ƏSƏD NƏSİRLİ QARAQAPLAN. HALROMAN”

Gördüyünüz kimi qatar kimi uzun bir imza, altda isə qısa bir başlıq.
Bu yekəlikdə başlığa baxa-baxa düşündüm ki, nəyə görə “Qaraqaplan” adı Əsəd Nəsirli imzasının arxasına artılıb. Düşünən vaxt Murad Köhnəqalanın yazısı yadıma düşdü. Murad əmi köşəsində yazmışdı ki, gərək bu ölkədə düşünməyəsən ki, rahat yaşayasan. Sonra əlavə eləyib deyirdi ki, düşünmək heç vaxt əl vermir. Təbii, Murad Köhnəqala lağdan belə deyirdi. Amma fikirləşdim ki, bu qədər boş-bekara şeyə görə düşünmək nəyə lazımdır ki? Buna görə də düşünmədən belə qənaətə gəldim ki, müəllif yazdığı ilk roman münasibəti ilə bu yeniliyi – “Qaraqaplan” imzasını öz oxucularına bəxş edib. Bir də Əsəd “roman” sözünün əvvəlinə “HAL” hissəciyi yapışmışdırmışdı. Yəqin, bu “HAL” hissəciyi də “Qaraqaplan” adı kimi təzə bir şeydi. Guya da, guya!

Hər nə isə, düşünmədən-eləmədən, “HAL” hardan çıxıb, nə bilim, “Qaraqaplan” adının mənası, etimalogiyası nədi, belə boş-mənasız şeylərə baş sındırmadan romanı oxumağa başladım.
Bir abzas oxuyur, bir stəkan çay içirdim. Limonlu çay lap yerinə düşmüşdü. Əsəd Qaraqaplanın romanını oxuya-oxuya bəlkə bir on stəkan çay içdim və bununla bərabər seriala baxan anamı da yaman əziyyətə saldım. Öz aramız, limonlu çay Əsədin yazdığından qat-qat ləzətli idi.

Romanın yarısına çatanda bir az dincəlmək istədim, anamla bacımın dörd gözlə baxdıqları seriala ötəri bir nəzər saldım. Ordakı hadisələr “Halroman”la üst-üstə düşürdü, nə bilim, bir oğlan üç-dörd qızla fırlanır, hərəsi ilə ayrı-ayrı yerlərdə görüşürdü. (Bu informasiyaları mənə serial bilicisi bacım çatdırdı – A.K.) Serialın baxdığımız bu bölümü çox ürəkağrıdıcı (Ax!!! – A.K.) bir səhnə ilə tamamlandı. Oğlanın fırlatdığı qızlardan biri onu başqa bir qızla bir yerdə görür və serial ssenaristləri bu yerdə tamaşaçıları intizarda qoyur. Bu baxımdan Əsəd insaflıdı. O, heç olmasa oxucuları intizara salmır, romanının hansısa bir yerini serialvari sonluqla bitməsinə imkan vermir.

Əsər sujetsizdi. Romanın hər yerini bitdə-bitdə oxusam da orda sujetli bir yer görmədim. Bir növ müəllif oxucularına sevginin varlığını sübut etməyə çalışır. Sevgini axtarır, ancaq onun ürək ağrısı ilə dediyi sevgi yataqda, parkda, nə bilim daha başqa yerlərdə öz əksini tapır. Bəlkə də Əsəd Qaraqaplan roman boyu sevginin məkanının harda olmasını axtarır. Axtarır, axtarır, ancaq təəssüf ki, romandakı obrazların zəifliyi, həyatla mübarizədə dözümsüzlüyü bu axtarışı lazımı səviyyəyə qaldıra bilmir.

Romanı bitirəndən sonra mənə elə gəldi ki, bu romanın davamı olacaq və yaxud Əsəd mənə əsərinin bir hissəsini göndərib. Ancaq bu onun yazdığı ilk kiçik romanı idi və mən əsərin davamının olacağını düşünməkdə səhv edirdim. Bu romanın davamı yox idi və yəqin ki, heç olmayacaq da. Əslində bu romanın yazılması Əsədin məğlubiyyətini ortaya çıxarır. Bəlkə “Halroman” heç doğmaya, ortaya çıxmaya bilərdi. Heç kimin olmadığı, tənha, kimsəsiz bir yerdə romanın əlyazmasını yandırmaq və yaxud bambaşqa bir üslubda, publisistik yönü bir tərəfə ataraq, tamamilə bədii bir əsər yaratmaq daha düzgün olardı. Ancaq indi heç nə etmək olmaz, çünki roman yazılıb (hətta kitab şəklində çap olunub, təqdimatı keçirilib – A.K.) və geriyə yol yoxdu.

Romanın sonu və digər yerlər məndə belə bir fikri ortaya çıxartı ki, (Murad Köhnəqala üzürlü hesab etsin – A.K.) bu əsərdə müəllif demək istədiyini oxucuya çatdıra bilməyib. Yəni, romanda hər hansı bir fikir var, lakin o fikir bizə – oxucuya tam diqtə olunmayıb. Əsədin yaratdığı bu vəziyyət belə bir səhnəni canlandırır: müəllim şagirddən Azərbaycanın paytaxtının harda olduğunu soruşur, şagird isə bu sualın cavabını bilsə də hıqqana-hıqqana qalır. Elə “Bbb, Baa…” deyə-deyə qalır.

Bəli, kitab çıxdı, (“HALROMAN”dan danışıram – A.K.) təqdimatı oldu, mən də orda iştirak etdim, fikirlərimin bir qismini tədbirdəkilərlə bölüşdüm və s. və ilaxır…

***
…Evə gedəndə anam əlimdəki kitabı görüb:
– Ayxan, o kimin kitabıdı? – deyə soruşdu.
– Əsəd Qaraqaplan, – deyib kitabın üz qabığını göstərdim.
Anam kitaba baxıb:
– Romandı? – deyə soruşdu.
– Yox, e… roman yox, “HALROMAN”DI.
– “Halroman” nədi, ə?.. – anam təəccüblə soruşdu.
– Elə “Halroman”dı da…

Şaiq VƏLİdən şeirlər

Şair Məhəmməd Astanbəyliyə

Yazı-yazı payız hönkürür,
Yazı, yazı… gülüm ağlayır.
Yazıq-yazıq kağız hönkürür,
Yazıq-yazıq qələm ağlayır.
Suda qaralan Günə ləliyir,
Gündə saralan çənə ləliyir.
Məni ağladan sənə ləliyir,
Ağlayır, - aləm ağlayır.
Var ikən yox, bu nə var ki?!
Yarı yar oldum, bu nə yar ki!
Nigaranam nə Nigar ki?!-
Hal bilməz, halım ağlayır.
Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib ölüm ağlayır...


OLACAQLAR OLACAQLAR

 
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!
Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.
Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər! 


***
Ala dağım uçdu,
Qara dağım sağ ol!
Alıma qara düşdü,
Göyüm, ağım sağ ol!
Yaza payız sarılar,
Tər pörələr saralar…
Gül yolunar,
şax qırılar,
Bağçam, bağım sağ ol!
Son an - son gün,
Bir çəmənlik, son gül…
Son dən bir sünbül -
Zəmilik toxum sağ ol!
Dünya mülküm, məzarım,
Gah toyum, gah hüzürüm,
Rəhmət sənə, ölü yarım,
Diri yarım - sağım, sağ ol!
Şaiq Vəli, haqdandır…
Yeddi rəng ağdandır.
Hər şey heçdən - yoxdandır,
Var ol, heçim - yoxum, sağ ol!


BİR ULU EŞQ İLƏ

 
Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.
Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.
Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan hala gəldim.
O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gildim.
Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.

***
Gözlər, gözlər - nərgizlər…
Sərxoşluq nərgizlikdir.
Eşq yaxar, könül sızlar,
Yol gözləmək gözlükdür.
Gün batır, qəmli qürub…
Aramızda dağlar durub…
Dünya qürbət, mən qərib -
Qəriblik əzizlikdir.
Dünya bizlə əyrişdi,
Cuna yaylıqlır yaşdı…
Fələk əli daşlı
Nişan alıb, bizlikdir.
Ürək quzu tək mələdi,
Sındı - piyalədir…
Barış, bu taledir -
Nə bizlik, nə sizlikdir!

“Qadın obrazı kimi erotika da mədəniyyətin ən başlıca mövzularından biridir”

Ayaz Salayevlə müsahibə  

“Çəkdiyim film haqqında o adamlar danışırdılar ki, onların olduğu vəziyyətdən heç bir xəbərləri yox idi”
 

Müsahibimiz rejissor, ssenarist, kinoşünas, pedaqoq və böyük sənətkar Ayaz Salayevdir. Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinoşünaslıq fakültəsini bitirib. 1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "Müasir film" fənnindən dərs deyib. Əməkdar incəsənət xadimi son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyir. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.
Onun azərbaycanlı tamaşaçının kino zövqünün formalaşmasında müstəsna xidmətləri var. Vaxtilə apardığı "Retro" verilişi ilə kinosevərlərin düşüncəsində əməlli-başlı inqilab edib.
Tanınmış kinorejissor Ayaz Salayevlə çoxdandır ki, hazırladığımız və gözləməyə dəyən bu müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

- Ayaz Salayev Azərbaycan kinosunun bu günkü durumunu necə qiymətləndirir və kinonun inkişafına gənc rejissorların işlərinin hər hansı bir təsiri varmı?
- Azərbaycan kinosunun bugünkü durumunu belə xarakterizə edərdim ki, son dövr kinoya yeni bir nəslin gəlməsinin ab-havası qoyulur. Bu, sadəcə yeni nəsilin ilk addımlarıdır. Bu gün ümumiyyətlə, çətinlik ondan ibarətdir ki, dünya kinosu çox sürətlə inkişaf etməyə başlayıb və bizim kinodan xeyli qabaqdadır. Artıq dünya kinosunu qabaqlamaq hər kəs üçün çətindir. O cümlədən, özüm üçün də çətindir.
Dünya kinosunda tamaşaçı uğrunda deyərdim ki, qızğın bir mübarizə gedir. Haqqında dediyim yeni nəsil öz sözünü deməyə çalışır. Sadəcə, danışdığım məsələləri və tamaşaçını nəzərə almaq lazımdır. Onlara dünyadakı reallıq və gerçəkliklərə, inkişafa, inqilabi çevriliş və dəyişikliklərə daha diqqətli yanaşmağı arzulayıram.
- Azərbaycan kinosunu inkişaf etdirmək üçün nə etmək lazımdır? Maddi vəziyyətin aşağı olması buna təsir edirmi?
- Gənc nəsil baş verən dəyişikliklərə diqqət yetirməlidir. Bilirsiniz, necə deyim, “Alma” qəzetinin istiqaməti elədir ki, çox tərifləri qəbul etmir. Amma deyim ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər şey edilir. İstəməzdim ki, bu yaltaqlıq kimi çıxsın.
- Fikirlərinizə hörmətlə yanaşırıq və hamısı müsahibədə yer alacaq.
- Mən səmimi deyirəm ki, Mədəniyyət və Turizm Nazirliyində kinonun inkişafında canlarını qoymağa hazır olan insanlar var. Kinonun inkişafına yeni tiplərin gəlməsi, yeni hisslərin yaranması da təsir edir. Buna dünya kinosunun inkişafı da demək olmaz. Amma kino dəyişir və dəyişikliklər gedir. Maddi vəziyyətin olmaması böyük problem deyil. İndi kinoya pul ayrılır. Rejissordan iki şey tələb olunur. Birinci, rejissor dəqiq bilməlidir ki, nə istəyir, ikinci, öz işində tələbkar olmalıdır. Yəni istədiyi şeyi prodüserdən tələb etməlidir.
- Rejissor film çəkərkən hansı normativlərə uyğun aktyor seçimi etməlidir? Və ya Ayaz Salayev film çəkərkən aktyorları necə seçir?
- Bu, yaxşı sualdır. Mən deyərdim ki, aktyor daxilən məzmunlu bir adam olmalıdır. Təbii ki, peşəkarlıq da olmalıdır. Mənim aləmimdə aktyorun səviyyəsi, mahiyyəti onda olan daxili məzmunla bağlıdır. Aktyor elə bir şəxsiyyət olmalıdır ki, diqqətimi çəksin. O dəqiqə onun gözlərindən, davranışından onun aktyor olduğu bilinir. Belə aktyorlar hər yerdə çox deyil, bizdə də azdır.
- Sizin qadınlara baxışınız tam fərqlidir. Qadın obrazını filmlərinizdə necə yaratmaq ürəyinizdən keçir? Və yaxud qadını filmə necə çəkmək həm maraqlı, həm də gözəl olar?
- Qadın mövzusu mən deyərdim ki, incəsənətin, nəinki kinonun, ümumiyyətlə, bütün insan mədəniyyətinin ən başlıca mövzularından biridir. Qobustandakı qayanın üstündəki qadın rəsimlərindən tutmuş, qadın bütlər, hər şey qadın üzərində gözəldir. Qədim küplər olub ki, qadın formasında qurulub. Bu günkü gündə də qadın kinonun ən başlıca və maraqlı olan bir mövzusudur. Qadın mövzusu uzun bir söhbətin müzakirəsi ola bilər. Qadın mözusuna da yanaşmalar minlərlə ola bilər. Mən özüm isə qadını naməlum, əldə olunmayan bir aləm kimi qəbul edirəm.
Qadın torpağa daha bağlıdır. Kişi göylə bağlıdır. Göydən düşən yağış torpağı mayalandırır. Torpaqla bağlı olan qadın kişiyə nisbətən nadir hallarda səhv edir. Qadın çox zaman məntiqə yox, daxili intuisiyaya əsaslanır. Ona görə də çox zaman qadının dedikləri düz çıxır.
- Sənət baxımından filmdə erotik səhnələrin olması vacibdirmi? Bəzi rejissorlar belə səhnələrin olmasına qarşı çıxır. Bəs siz buna necə baxırsız? Ümumiyyətlə, belə səhnələrin hansı üslubda çəkilməsinin tərəfdarısız?
- Necə çəkilməsi deyəndə gərək burada mühazirə oxuyam. Sənət əsəri erotika tələb edəndə təbii ki, çəkilməlidir. Sənətdə bununla bağlı məhdudiyyətlər görmürəm. Qadın obrazı kimi erotika da mədəniyyətin ən başlıca mövzularından biridir. Erotika həmişə cəlbedici olub, cəlbedici də olacaq. Erotika mövzusu dünya mədəniyyətini və insan həyatını hər dəqiqə, hər an müşayiət edir. Deyərdim ki, bu mövzu mədəniyyətin və sənətin ayrılmaz bir mövzusudur.
Erotikaya əbədi maraq insanların dünyaya gəlməsi və sevincləri ilə bağlıdır. Mən hardan dünyaya gəlmişəm? Qadının içindən. Mən nəyin nəticəsində yaranmışam? Sevgi, erotika nəticəsində. Ona görə də erotika mövzusuna maraq və məhəbbət həyata olan sevgidən irəli gəlir.
- Bir neçə ay bundan qabaq film çəkirdiniz. Adının “Ehram TV” olduğu bildirilirdi. Bu film haqqında mətbuatda müxtəlif fikirlər səsləndi. Filmin bağlandığı və qayçılanacağı barədə məlumatlar yayılmışdı. Filmin aqibəti necə oldu?
- Birinci deyim ki, filmi çəkib qurtarmamışam. Film üzərində işlər gedir. Film haqqında o adamlar danışırdılar ki, onların mövcud vəziyyətdən heç bir xəbərləri yox idi. Ordan-burdan hansısa şayiələrdən bəhrələnib söhbət açırdılar. Filmin üzərində iş gedir.
- Filmə hər hansı bir dəyişiklik ediləcəkmi?
- Dəyişikliklər yox, filmə əlavələr olacaq. Artıq mən bu əlavələrimi etməyə başlamışam. Hesab edirəm ki, bu dəyişikliklər yalnız və yalnız filmin xeyrinə olacaq. Çox nadir hallarda rejissorun əlinə belə bir fürsət düşür. Müəyyən bir vaxt keçəndən sonra materiala kənardan baxıb maraqlı əlavələr etmək olar. Bir qayda olaraq kino istehsalı buna heç vaxt imkan vermir. Nadir hallarda belə imkan rejissorun əlinə düşür ki, sənətinə məsuliyyətlə yanaşanlar ondan tam istifadə etməlidirlər. Edəcəyim dəyişikliklər də filmin xeyrinə olacaq.
- Film çəkilən kimi xarici festivallara göndərilməsi ilə bağlı məlumatlar da yayılmışdı. Bu xəbər düzdür?
- Yox. Film hələ tamamlanmayıb.
- Beş-altı ay bundan əvvəl “Alma” qəzetində Günel Mövlud sizə sizdən giley dolu bir məktub ünvanlamışdı. Kim haqlıydı, siz ya Günel?
- (gülümsünür...) Bilirsiz, mən belə deyərdim ki, bu məktuba münasibətim ikilidir. Əfsuslar olsun ki, bir tərəfdən bizdə bir çox sahələrdə adət olub ki, nədənsə, heç xəbəri olmadan söz deyirlər. Bu baxımdan məktub müəllifinin vəziyyətdən heç bir xəbəri yox idi. Elə bil ki, hər şeydən xəbəri var, bu hər şeyi bilir.
Amma digər tərəfdən, məktubu yazan xanımda müəyyən bir romantika var, idealizm var. Bunu çox müsbət qarşılayıram. O, xanım bu cür romantikanın içində idealizmi ömür boyu saxlasa yaxşı olar. Hesab edirəm ki, onun yaxşı gələcəyi var. Cavan qızdır?
- Bəli...
- Romantik bir xanımdır. Bu baxımdan haqqında yazdığı vəziyyətdən, mənim həyatımdan xəbəri olmasa da dünyaya baxışı mənim çox xoşuma gəldi.
- Allah sizin üçün nədir, nə olan şeydir? Bədii həqiqətin kolliziyalarının həllində ona söykənməyi mümkün hesab edirsinizmi?
- Yeganə sualdır ki, mən bu barədə danışmaq istəməzdim. Bilirsiz necədir, intim həyatımdan da danışa bilərəm. Mənim aləmimdə bu intim sualdır. Bu mənim üçün müqəddəs və intim bir şeydir ki, istəməzdim bu barədə danışam. Hər halda həmişə çalışıram ki, Allaha arxalanım. Amma ətraflı danışmaq istəməzdim. Hər bir çətinliyi Allahın göndərdiyi bir sınaq kimi qəbul etməyə özümdə iradə axtarıram.
- Ədəbi-bəşəri dəyərlər və cəmiyyətləri irəli aparan güclü şəxsiyyətlər. Onların əksəriyyəti xaraktercə siniklərdir və bu dəyərlərə məhəl qoymurlar. Böyük sənətdə bunun həllini necə görürsüz?
- Maraqlı sualdır. Belə deyərdim, bu sual ayrıca bir müsahibənin səbəbi ola bilər. Bu sualı özüm üçün başqa formada ifadə edərdim. Mənəviyyat və sənət həmişə üst-üstə düşür, ya yox? Yəni sənətkarlar özləri çox zaman sinik olurlar. Həyatda bunun saysız nümunələri var. Fransua Yon böyük fransız şairidir. Dünya poeziyasının dahilərindən biri olan bu şair eyni zamanda qatil olub. Pula görə adam öldürürmüş. Artur Rembo da böyük fransız şairidir. Bu şair də həyatının birinci yarısında dünya poeziyasının inkişafı ilə məşğul olub, həyatının ikinci yarısını isə qul alveri etməklə keçirib. Puşkin deyib ki, şər və dahilik bir-biri ilə birləşə bilər, ya yox? Bunlar böyük problemdir, mədəniyyətin ən başlıca məsələlərindən biridir. Bulqakov da belə bir fikir irəli sürüb ki, cənnətlə cəhənnəm adi adamlar üçündür, sənətkarlar üçünsə nəysə ayrı bir şey var. Hesab edirdi ki, onlar nə cənnətə düşə bilərlər, nə də cəhənnəmə. Mədəniyyət din və elmlə bağlıdır, amma tam uyğunlaşa bilmir. Elə bilin ki, tam ayrı bir dünyanı təşkil edir. Məsələn, dində hər şey birmənalıdır. Şər şərdir, xeyir də xeyir. Başqa yolu yoxdur. Mədəniyyətdə isə məsələ çox mürəkkəbdir. Həyatın içindəki sirrə elə ən yaxınlaşan da elmdən və dindən çox, incəsənətdir. Sinizm ondan yaranır ki, insanın içində yaxşı nə varsa, hamısını sənət əsərinə verir, özləri isə belə vəziyyətə düşürlər. Məsələn, Azərbaycanda da belə şəxslər var. Yazanda gözəl əsərlər yazırlar, amma həyatda özlərini həmin qəhrəmanların mənfi personajları kimi aparırlar. Əsərlərində nəyə qarşı çıxırlarsa, həyatda onları özləri yaradırlar.
- Gələcək işləriniz barədə nə deyə bilərsiz?
- Çəkdiyim film məndən çox enerji aparır. Ona görə bu haqda hələ fikirləşmirəm. Müəyyən bir sifariş ola bilər. Çünki işsiz qalmamalıyam. Həqiqi yaradıcılıq planlarım isə hələ naməlumdur. Çünki o mənimlə bağlı deyil. Həyat özü dəyişir. Ümidim axırıncı filmimədir.

Söhbətləşdi: Elmin Bədəlov                                                          "Alma" qəzeti