Страницы

07.01.2011

Kənan Hacının "Yag kimi" kitabı çapdan çıxdı

               “Ən yeni ədəbiyyat” seriyasından Kənan Hacının kitabı işıq üzü gördü

Realist üslubda yazılmış bu roman cəmiyyətdə yeri səhv düşmüş bir insanın faciəsindən bəhs edir. Onun necə yaşaya bilməməsi melodramatik situasiyalar yaradır. Özünün uydurduğu yalanın qur­banına çevrilmiş “şair” nə həyatla ayaqlaşa bilir, nə də həyat onunla hesablaşır.

O, məşhurlaşmağın müxtəlif yollarından istifadə etsə də hər dəfə fiaskoya uğrayır, cəmiyyət onu məsxərəyə qoyur, stula çıxardıb şeir oxudur. Əsərdə onun həyatının bütün qatları əhatə edilir və onun simasında yeri səhv düşmüş adamların faciəsi təsvir olunur. Əsər boyu qəhrəmanın genetik kodları da araşdırılır və onun xarakterinin naqis cəhətlərinin hardan qaynaqlandığını anlatmaq üçün keçmişə qısa ekskurs edilir.

“Yağ kimi” romanında öz taleyini yaxşıya doğru dəyişmək və ya yenidən yazmaq istəyi son nəticədə illüziyaya çevrilir. Bu tip öz sosial aləminə elə alışıb ki, bu mühitdən qopmaq iqtidarında deyil. Onun istəyinin cığırı heç yerə gedib çıxmayacaq, əksinə zaman burulğanında itib gedəcək.


                                                                                               qanun.az

Комментариев нет:

Отправить комментарий