15.04.2011

HÜSNÜ MÜBARƏK EDAM OLUNA BİLƏR

                      Diktator Mübarəkin günahkar olduğu təsdiqlənsə edam olunacaq


FaktXeber.com-un verdiyi məlumata görə, Qahirə Apelyasiya Məhkəməsinin rəhbəri Zəkəriyə Şalaş, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin cinayəti sübuta yetiriləcəyi təqdirdə, diktatorun edam olunacağını bildirib. Əgər diktator Mübarəkin dinc aksiyaçılara qarşı silah istifadə olunmasının əvvəlcədən planlaşdırıldığı sübut olunarsa, onu edam, sübut olunmayacağı təqdirdə isə ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, Hüsnü Mübarəkin devrilməsindən sonra müvəqqəti olaraq hakimiyyəti nəzarətə götürən Misir ordusu, artıq diktatorla birgə, onun iki övladını da istintaqa cəlb edib. Həbs olunan hər üç Mübarəkin istintaq müddəti 6 ay davam edəcək.

Комментариев нет:

Отправить комментарий