10.05.2011

600 LİVİYALINI APARAN GƏMİ BATDI

                                Artıq yüzlərlə imiqrantın boğulduğu bildirilir



FaktXeber.com-un verdiyi məlumata görə, 600-ə yaxın liviyalı immiqrantı Avropaya aparan gəmi, Tripoli şəhərinin sahillərdə batıb. Liviya sahillərində batan gəmidəki insanların həyatı təhlükədədir. Artıq yüzlərlə imiqrantın boğulduğu bildirilir. BMT-nin mühacirlərlə əlaqədar komissarlığından verilən məlumatda, ikisi körpə olmaqla, 16 cəsədin tapıldığı açıqlanıb. NATO dəniz qüvvələri isə gəmidəkilərə kömək etməkdən imtina edib.
              
Qeyd edək ki, "Guardian" qəzetinin verdiyi məlumata görə, gəmidə olan 61 nəfər aclıq və susuzluqdan dünyasını dəyişib. BMT baş verən hadisəni son illərin ən dəhşətli qəzalarından biri sayıb.

Комментариев нет:

Отправить комментарий