21.05.2011

Dünyanın gizli təşkilatları

 İbrahim Sel           Professional Oxucu Liqası

 Dünyanı idarə edənlərin əslində onların olduğu deyilir. Milyardlarla dollarlıq sərvətləri və milyonlarla üzvləri var. Dünyanı idarə etdiyi iddia edilən ən gizli təşkilatlar hansılardır? Məqsədləri nədir, necə yaranıblar? Bu gizli təşkilatların nə qədər üzvü var?

 MASONLUQ. Masonluq dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. İngiliscədən tərcümədə “azad bənna" mənasını verir. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır.
 Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur. İlk Mason lojaları XVII əsrdə İngiltərədə meydana gəlib. Bəzi tədqiqatçılar masonluğun daha qədim keçmişə malik olduğunu bildirir. Onların fikrincə, masonluq öz əsasını səlibçilikdən və XIII əsr gildiya bənnaları ittifaqından götürür. Bəziləri isə bunu tarixi Süleyman Məbədinin tikilməsi ilə əlaqələndirir. Bəzi lojalarda icmaya ateist düşüncəli insanların qəbulu daha məqbul sayılsa da, ümumilikdə masonluq da dünyanın dini təhlilinə əsaslanır və üzvlüyü dini mənsubiyyətə görə məhdudlaşdırmır. Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir. Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindən alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. Masonluğun ümumqəbulolunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır. Digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır. Mason qaydalarını pozmuş mərhumun qəbir daşı üzərində yalnız Nebe (yoxluq) sözü yazılır.
 Bəzi müsəlmanlar bu təlimin yəhudilərə xidmət etdiyini bildirirlər. Onların fikrincə, bu özünü Əl-Əqsa məscidini dağıtdıqdan sonra Süleyman məbədini yenidən bərpa etmək cəhdlərində göstərir. Dünyanın əksər müsəlman dövlətləri öz hüdudları daxilində mason icmalarının fəaliyyətinə qadağa qoyub. Bununla belə, Türkiyə, Malayziya, Mərakeş, Livan, İraq və Misirdə Baş Lojalar fəaliyyət göstərir.
 Masonluğa namizəd olan şəxs ona zamin duracaq həqiqi üzvdən ilkin təklif almaq şərtilə yaşayış yerində fəaliyyət göstərən Lojaya müraciət etməlidir. Bəzi yurisdiksiyalarda üzvlüyə 3 dəfə müraciət olunmalıdır. Lakin bu tələb indi bir o qədər də geniş yayılmayıb. Namizədin Lojaya təklifi necə almasından asılı olmayaraq onun icmaya daxil olması qapalı səsvermə ilə müəyyən edilir. Üzvlüyün lehinə olanlar ağ kürəcik, əleyhinə olanlar isə qara kürəcik qaldırır. Dünyanın bir çox ölkəsində beş milyondan çox üzvü var. Yalnız İngiltərə, Şotlandiya və İrlandiyada 480 min, ABŞ-da isə iki milyona yaxın üzvü var.
 Mason olmaq üçün namizəd aşağıdakl şərtləri ödəməlidir:
-Cinsi kişi olmalı və mason olmaq qərarını könüllü qəbul etməlidir.
-Vahid Tanrı-Yaradana inanmalıdır.
-Yaşı minimal yaş həddindən çox olmalıdır (yurisdiksiyadan asılı olaraq 18-25).
-Sağlam düşüncə və əxlaqa malik olmalıdır.
-Azad doğulmalı (yəni qul olmamaıdır, lakin indi bu tələb əksər lojalarda ləğv olunub).
-1 və ya 2 masondan rekomendasiyası olmalıdır.
 İLLÜMİNATİ. Mənası “aydınlaşmış olanlar” olan İlluminati cərəyanının təməli 1 may 1776-cı ildə Almaniyanın Bavariya əyalətində, İngolstadt universitetinin mason professoru Adam Veyşaupt tərəfindən atılıb. 1784-1785-ci illərdə alman xristian ilahiyyatçılarının təkid və tələbi ilə İlluminati təşkilatı Bavariyada qadağan olunub. Təşkilat üzvləri ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu eyni zamanda masonluğun da Bavariyada sona çatması demək idi. Bavariyadakı bu hadisənin təsiri o qədər böyük olub ki, ABŞ prezidenti Corc Vaşinqton bu hadisənin təsiri ilə öz ölkəsindəki masonlara toxunulmazlıq təminatı vermək məcburiyyəti hiss edib.
 Bavariyanı tərk etməyə məcbur olmuş masonların böyük bir hissəsi Parisdə məskunlaşıb. İlluminati burada fəaliyyətinin məxfi şəkildə davam etdirməyə başlayıb. Burada onlar Yakobin klubunu qurublar. Bu klubun üzvləri 1789-cu ildə Fransız inqilabının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayıb. Bu vaxt Yakobin klubunun 1300-dən çox üzvü var idi. Lakin iclaslar tamamilə məxfi və qapalı keçirilirdi. Mövzu ilə bağlı araşdırma aparmış tədqiqatçıların qənaətinə görə, İlluminati və Yakobin klubunun kökləri “Məbəd Cəngavərləri”nə gedib çıxır.
Tədqiqatçı Vilyam Still “New World Order” (Yeni Dünya Nizamı) adlı əsərində belə yazır: “1789-cu ilin yaz və yay aylarında İlluminatistlər Fransanın ərzaq bazarında manipulyasiyaya əla ataraq süni taxıl qıtlığı yaratdılar. Elə bir iqtisadi böhran və qıtlıq yarandı ki, xalq qısa müddət ərzində qiyam qaldırdı. Bu işin ideya müəllifi eyni zamanda Orlean hersoqu olan “Fransa Böyük Şərq Lojası”nın böyük ustadı idi. Milli Məclisdə də siyasi böhran yaradaraq məsələnin yoluna qoyulması və böhranın aradan qaldırılmasına mane oldular. Nəticədə xalq qiyamının qarşısını almaq mümkünsüz oldu”.
 İlluminati varlığını və üzvlərini sirr kimi saxlayan, dəhşət saçan bir təşkilatdır. Bu gün demək olar ki, bütün ölkələrdə üzvləri var. İlluminatiyə üzvlər mərasimlə qəbul edilirlər. Lakin bundan əvvəl namizədin mütləq lazımi təlim və yoxlamalardan keçməsi tələb olunur. ABŞ prezidentlərinin bir çoxu İlluminati üzvüdür və ya bu təşkilat ilə sıx əlaqədədir. Təşkilata xəyanət etmək ölümlə cəzalandırılır. İlluminati NATO və Qladio kimi təşkilatlarla sıx əlaqə halındadır.
 OPUS DEİ. Latın dilindən tərcümədə “Tanrı işi” mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır. Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902-1975) tərəfindən yaradılıb, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlib. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanıb. 1930-cu ildə təşkilatın qadın bölməsi də yaradılıb. 1942-ci ildə Opus Deini Papa XII Piem “Provida Mater Ecclesia” konstitusiyası ilə təsdiqləyib. 1946-cı ildə isə keşiş Eskriva de Blaqer təşkilatın mərkəzini Romaya köçürüb.
 1931-ci ildə İspaniya respublika olduqdan sonra Opus Dei İspaniyanın mühafizəkar katolik dairəsini öz ətrafında birləşdirib. Franko tərəfdarlarının qələbəsindən sonra isə təşkilat İspaniyada daha geniş yayılıb. Franko rejiminin təşkilatla əlaqəsi olan siyasətçilərə, xüsusilə texnokratlara (sosial problemləri texnoloji metodlarla həll etməyi mümkün hesab edənlər) etimad göstərməsi sayəsində Opus Dei müharibədən sonra hakimiyyətin və iqtisadiyyatın idarə olunmasında mühüm rol oynayıb. 1982-ci ildə Papa II İohan Pavel Opus Deininin idarəsini əyalət yeparxiyalarının tabeliyindən çıxararaq birbaşa özünə tabe edib.
Təşkilata keşiş andı içmiş, “numerarilər” (həqiqi üzvlər) adlanan təbəqə başçılıq edir. Bu təbəqəyə yetmiş iki nəfərdən ibarət “inskriptlər” (əlavə edilmişlər) adlı qrup da daxildir. Onların vəzifəsi növbəti seçkilərdə idarəetmə heyətinin üzvlərini seçməkdir. Həqiqi üzvlər təbəqəsinə keşiş andı içməyən, sadə, sadiq əməkdaşlar da- supranumerarilər (ştatdan kənar olanlar) daxildir. Təşkilata üzv olmaq mərhələli prosesdir və xüsusi razılıq müqavilələri bağlamaqla mümkündür. Onun həqiqi üzvü olmaq üçün altı il namizədlik müddəti tələb edilir.
 Hazırda dünyanın 80-dən çox ölkəsində Opus Deinin mərkəzləri mövcuddur. 2,8 milyard dollar sərvəti, 15 universiteti, 97 texniki məktəbi, 36 ibtidai təhsil məktəbi olan Opus Dei ilə əlaqədar çoxlu müzakirələrin aparılmasına və mənfi münasibətin formalaşmasına baxmayaraq təşkilat hər hansı bir cavab verməyib.
 QURU BAŞ VƏ SÜMÜKLƏR TƏRİQƏTİ. Bu təriqət Nyu Havendəki Yale Universitetində 1832-ci ildə Vilyam Russelin başçılığı ilə bir qrup tələbə tərəfindən qurulub. Quru Baş və Sümüklər Təriqəti Yalenin digər gizli təşkilatları (Fərman və Açar, Kitab və İlan, Qurd Başı, Eliyahu və Berzelius) arasında ən köhnə və ən etibarlısıdır. Təriqətə universitetin son kurs tələbələri daxil ola bilər. Təriqətin ən böyük hədəfi Yeni Dünya Nizamını reallaşdırmaqdır.
 1898-ci ilə qədər ABŞ rəhbərliyi üzərində çox az təsiri olan Quru Baş və Sümüklər Təriqəti dünyanın ən zəngin və ən hörmətli insanlarını dünyanın ən əhəmiyyətli mövqelərinə yerləşdirmə səylərinə görə tanınır. Yeni Dünya Nizamının ən əhəmiyyətli fikir mərkəzlərindən biri olan Quru Baş və Sümük Təriqətinin masonluqdan sonra ABŞ-ın ən təsirli təşkilatı oldugu deyilir.
 TRİLATERAL KOMİSSİYA. 1973-cü ildə David Rokefeller, Henri Kissenger və Zbiqnev Bjezinski tərəfindən yaradılan gizli təşkilatdır. Komissiya toxumları ABŞ-da atılan “Yeni dünya nizamı” fikrini Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaya bilmək üçün yaradılıb. Bjezinski 1973-1976-cı illərdə təriqətə başçılıq edib. Təriqətin simvolu bu şəkildədir: bir kürənin üç tərəfindən üç üçbucaq kürənin ortasında görüşürlər, amma birləşmirlər. Üçbucaqlar birləşəcəyi halda tək böyük üçbucaq meydana gəlir. Hər bir üçbucaq trilateralin üç hissəsini əks etdirir. Üçbucaqlar böyük ehtimalla piramidanı göstərir. Böyük üçbucaq da böyük piramidadır. Böyük piramidanın birləşməmiş olması, vahid dünya dövlətinin hələ qurulmamış olduğunu göstərir.
 BOHEMA KLUBU. 1872-ci ildə yaradılmış təşkilatdır. Respublikaçı prezidentlər və prezidentliyə namizədlərin hamısı bu birliyin üzvüdür. Fəaliyyətləri son dərəcə gizli olan birliyin xüsusi sahəsinə girişə dövlət tərəfindən maneə yaradılır. Mərkəzdəki sahə eyni anda yüzlərlə adama həftə sonu toplantılarına qatılmaq imkanı verir. ABŞ-ın bütün ştatlarında məbədləri var. Simvolları bayquşdur. Mərasimlərdə bayquşa müraciət edilir.
 Okkult güclərə gəldikdə isə onlar haqqda çox bilgi yoxdur. Deyilənə görə, onlar Misirdən çıxıb. 22 İerofant (falçılar) çıxıb, iki 11 nəfərlik qrupa bölünüb və dünyaya dağılıblar. Amma hamısı bir oyunu oynayır. Bu oyunun analoqu futboldur- iki 11 nəfərlik komanda yer kürəsini ayaqları ilə qovalayır. Ola bilər ki, ierofantlar- sağ qalmış Atlantida kahinlərinin törəmələridir. Onlar Lüsefer- İblisin balalarıdır. Və biz onları dayandırmalıyıq. İllüminatilər Lüsiferdən və satanistlərdən sonra gəlir. Onların quruluşu bir dollarlıq pulların arxasında göstərilib. Bu, qızıl Misir piramidasının yüksək hissəsi 13 təbəqədən ibarətdir.
Rotşild tribunalı
Sovet 13
Sovet 30
Komitə 300
Bnay Brit
Boyük Şərq
Komunizm
Şotland dairəsi
Rotarianlar
Şirlər
İoanitlər
Qalstuksuz masonlar
Humanizm

Комментариев нет:

Отправить комментарий