Murad KOHNƏQALA
Ölkəmizdə aparılan uğurlu kadr siyasətindən sonra yeni təyin olunmuş kadrlar bölgələrdə güclü iclaslar keçirirlər. Gələn xəbərlərə görə, ən zəhmli iclaslardan birini Sumqayıt şəhərinin təzə başçısı Eldar Əzizov keçirtmişdir. Qəzetlərdə yazılanlara görə, Eldar məllim Gəncədən çıxdığını əvvəldən eşidən kimi dərhal 40-a yaxın sərəncam imzalayıb. İmzalanan sərəncamlar torpaq sahələrinin və ticarət obyektlərinin satılması ilə bağlı olub. Həm də bu sənədlərdəki tarixi xeyli irəli çəkib ki, təzə gələn başçı şübhələnməsin.
Eldar məllimin keçirtdiyi iclas öz spesifikasına görə son dövrdə keçirilən iclaslardan çox fərqlənib. Başçı iclasın gedişində milli-mənəvi dəyərlərimizdən istifadə edərək çıxışını uğurlu sonluqlarla bitirib. Fikrimi yaxşı izah eləmək üçün bu yerdə məcburi haşiyə çıxmalıyam. Yadınızdadırsa, bir gün Koroğlu öz dəliləri ilə bir çayın qırağında yeyib-içirmiş. Birdən gözü yanındakı Giziroğlu Mustafaya sataşır. Giziroğlu ağıldan az, qoldan qüvvətli bir igid imiş. Koroğlu şeşə bığlarını eşib Mustafa bəyə deyir, gəl bu çəmənlikdə güləşək. Mustafa bəy bilir ki, Koroğlunun ona gücü çatmaz, güləşsələr, Koroğlu dəlilərin yanında biabır olacaq. Deyir, Koroğlu, bilirəm kefin kökdü, sən atanın goru, əl çək, mənim sənə gücüm çatmaz.
Koroğlu əl çəkmir ki, yox, mən sənnən mütləq güləşməliyəm. Giziroğlu durub ordan aralanmaq istəyəndə Koroğlu qəfil onun ortasından yapışır. Giziroğlu məcburən onunla güləşir. Onlar güləşə-güləşə yumalanıb çaya düşürlər. Çayın içində Giziroğlu Mustafa bəy Koroğlunu basmarlayıb altına alır. Koroğlunu suda yaxşıca isladır. Onlar quruya çıxanda Koroğlu “güləşimiz hələ başa çatmayıb” deyib də yenə Giziroğlunun üstünə cumur. Onlar yenidən süpürləşir. Adətən qarşıdakı dov gələndə Koroğlu sonuncu gücünü işə salardı, yəni nərə çəkərdi. Koroğlu nərə çəkəndə qarşısında heç bir rəqib dayana bilməzdi, nərə səsindən dağ-daş lərzəyə gələrdi.
Bu dəfə də belə eləyir. Koroğlu Giziroğlunun qurşağından yapışıb dəli bir nərə çəkir, Giziroğlu özünü itirən kimi onu hop götürüb dizinin altına alır. Dəlilər onların başına yığışıb təzədən yeyib-içirlər...
Xəbərlərdə deyildiyinə görə, Sumqayıtdakı iclasda qətiyyətlə çıxış eləyən Eldar məllim də hər cümləsinin sonunda nərə çəkirmiş. Hər dəfə də nərəsinə bir adam yıxılırmış. “Aydındımı?!” Bir bələdiyyə sədri özündən gedir. Əvvəlcədən çağırılan təcili tibbi yardım dəstəsi ağac qırıb kalan torpaq sahəsi satmış bələdiyyə sədrinin üzünə su, damarına iynə vurur. “Başa düşdünüzmü!?” Arxa partada oturan məktəb direktoru tirtap uzanır. Həkimlər onun qalstukunu açıb sinəsini süpürgə ilə yelləyirlər. “Simasız quldurlar!” Bu dəfə ayrı bir bələdiyyə sədri altını isladaraq yerə sərilir. Həkimlər və tibb bacıları öz şəfqətlərini ondan da əsirgəmirlər.
“Sizin hamınızı dama dolduracam!” Bu dəfə bazar direktorunun boynu çiyninə düşür, oturduğu yerdən sürüşüb döşəməyə yıxılır. Onun cibindən tökülən mandarin və qoz-fındıq diyirlənərək həkimlərin ayaqları altında dayanır. “Rüşvətxorlar!” Bu dəfə bir JEK rəisi tok vurmuş adam kimi yerində bir xeyli əsəndən sonra bayılır. Həkimlər cəld onun oturduğu yerə qaçırlar. “YAP-çılar!” Bu dəfə bir xəstəxananın baş həkimi qapqara qaralıb yerə sərilir. Onun həkim dostları cəld yardım göstərərək damarına dəxli olmayan bir iynə zoplayır.
“Şəhəri xaraba qoymusunuz!” Bu nərəni eşidən bir zavod direktoru qışqıraraq qabaq partaların birində qəşş eləyib yerə sərilir. Həkimlər onun da qalstukunu boşaldıb ağ köynəyinin düymələrini açırlar. İclasın uzanacağını görən təcili yardımın başçısı əlavə iki dənə də briqada çağırır. “Hökuməti niyə dağıdırsınız?!” Nərə qulaqlarda cingildəyən kimi təcili yardımın baş həkimi yerə sərilir. Şəfqət bacıları göz yaşı içində onu əhatələyir.
Bu zaman Eldar məllimin köməkçisi qaça-qaça zala girib əlindəki telefonun videogörüntüsünü ona göstərir. Videoda Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Elmar Vəliyev şəhərin məsul adamlarını yığıb keçirdiyi iclasda çıxış eləyir: “Şəhəri xaraba qoyub gedib, elə bilir mən onun korrupsiyasının üstünü örtəcəm. Gəncə kimi gözəl bir şəhərin bu günə salınmasını mən heç kimə bağışlamayacam! Qoy keçmiş başçı məhkəmə qarşısında cavab versin!”
Bu dəfə videonu diqqətlə seyr edən Eldar məllimin özü bayılıb yerə sərilir...

Комментариев нет:
Отправить комментарий