21.05.2011

İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI

Sayt xəbərin başlığında yazır ki: "Bakıdan unikal fotolar: İsrail "Eurovision" qalibini necə hazırladı?"



Xəbər verdiyimiz kimi Azərbaycan Eldar Qasimov və Nigar Camalın çıxışı ilə "Eurovision" 2011 müsabiqəsində birinci yer tutdular. Onların bu qələbəsi dünya mətbuatında öz əksini tapdı. İsrail mediası isə Eldar Qasımovun nailiyyətində böyük əməklərinin olduğunu yazdılar.

FaktXeber.com-un "İzrus" saytına istinadən verdiyi məlumata görə, rus dilində fəaliyyət göstərən sayt Eldar Qasımovun qalibiyyətində  İsrail rejiminində rolu olduğunu vurğulayıb.

Sayt xəbərinin başlığında deyir: "Bakıdan unikal fotolar: İsrail "Eurovision" qalibini necə hazırladı?""

Xəbərdə həmçinin bildirilir ki, Eldar Qasımov "Evrovision" beynəlxalq müsabiqəsində birinci yeri tutduğuna görə, artıq Azərbaycanın yeni milli qəhrəmanı kimidir. Çox az adam bilir ki, o ilk addımlarını İsrailin mədəniyyət mərkəzlərində atıb.

Eldar Qasımov və onun tərəf müqavili Nigar Camal 14 may tarixində  Almaniyada keçirilən "Evrovision" müsabiqəsində Azərbaycanı birinci etdi. Yerli mətbuat onları qəhrəman elan edib. Onları İlham Əliyev və xanımı Mehriban Əliyeva təbrik edib.

Bakıdakı İsrail səfirliyi bildirib ki, Eldar 2007-ci ildə İsrail mədəniyyət mərkəzindən Bakıya gəlib və xalq artisti Mübariz Tağıyevdən dərs alıb.

İsrail mədəniyyət mərkəzinin rəhbəri olmuş Rimma Barkan isə bildirib ki, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri zamanı Eldar Qasımov İsrailin himnini ivrit dilində oxuyub.

Qeyd edək ki, Eldar Qasımov İsrail mədəniyyət mərkəzində 4 il fortepiano dərsləri keçib. Mədəniyyət mərkəzindən bildirilib ki, "biz çox şad olduq Eldarın uğuruna. Siz əmin ola bilərsiniz ki, israillilər onu sevir və unutmur."










Комментариев нет:

Отправить комментарий