08.05.2011

"Kül" bayramı


Nərmin Həsənli


Hər bayramın tarixçəsi olur. "Gül Bayramı"nın heç bir tarixi yoxdur.
Ümumiyyətlə, "Gül Bayramı" termini çox gülüncdür.
Hər halda həmin günün Heydər Əliyevin doğum günü ilə üst-üstə düşməsi təsadüf deyil. Məktəbli olanda həmin gün mən də Bulvara çıxıb orda qeyri-adi gülləri görüb, nəcə deyərlər, kef edirdim.
Səhv etmirəmsə, o vaxtlar indiki qədər pul xərclənmirdi. Mən böyüdükcə "Gül Bayramı"na olan qayğı artdı. "Gül Bayramı"na olan xərclər də artmağa başladı. Xərclər artdıqca sevgim çevrildi nifrətə. Nifrət təsadüfi deyil

Nə baş verdi?


2 il bundan öncə ADNA-da baş verən terrordan sonra nəinki matəm saxlanılmadı, əksinə bayram edildi. Milyonlarla xərclər çəkildi.
Mən onda başa düşdüm ki, onlar üçün insanların hissləri önəmli deyil.
Üstündən bir il keçdi. Mart-aprel ayı kəndləri su basdı. Neçə ailə evsiz qaldı. Ancaq bir neçə ailəyə ev verildi. Hələ də evsizlər var.
Həmin insanları ehtiyacları ödənmək əvəzinə milyonlarla xərc çəkib xaricdən güllər gətirdilər.  Halbuki güllərə verilən pulun bir faizi ilə neçə ailənin qayğısına qala bilərdilər.
İndi üç dörd nəfər dahi çıxıb deyəcək ki, hər şeyə etiraz edirsiniz, heç nəyi bəyənmirsiniz.
Birinci, gül keçid, körpü, bina deyil ki, xərc çəkilsin ən azından sonradan xeyri olsun. Körpüyə milyonlar xərclənsə də, ən azı bilirik ki, yerində durub.
Güllər xaricdən çox baha qiymətə gətirilir, iki-üç gün sonra parklardan yığışdırılır. Gülləri kim hara aparır, məlum deyil. Çox güman ki, kasıb məmurlarımız bağlarına daşıyırlar gülləri.
Absurd şeylərə milyonların xərclənməsi Azərbaycanda adi hala çevrilib. Avroviziyaya , bayraqlara, mərmərli parklarımıza çəkilən xərclərdən isə danışmaq belə istəmirəm.

"Gül Bayramı" əvəzinə...


"Gül Bayramı"nın Azərbaycana bir xeyri varmı? YOX!
Yaxşı olmazdı ki, xeyirli iş görsünlər. Məslən, gül bayramına çəkilən xərc  20-25 milyon manat arasında dəyişir. Hər il bu qədər pulla əməliyyata ehtiyacı olan minlərlə insanı əməliyyat etdirmək olar.
Mən gənc olaraq "Gül bayramı" yox, gül kimi gələcək istəyirəm. 20 milyonla ən azı ildə 2-3 min gənci xaricə oxumağa yollaya bilərlər.

Gül Bayramını boykot edin!


Hakimiyyəti dəstəkləməməyimin səbəblərindən də biri budur.
“Neftlərini” satıb özlərinə, Bakının gözəlliyinə xərcləyirlər. Bir neçə ilə binalara, körpülərə, keçidlərə, güllərə xərclədiyi pullar kimə xeyir verəcək? Daşa, divara, böcəyə pul yatırmaq iş yerləri açmaqdan dahamı pisdir? Olmaz ki, bir fabrik, zavod, şirkət açılsın və heç olmasa 100 nəfər işlə təmin olunsun?
İnsanları düşünən yoxdu. H.Z.Tağıyev sağ olsaydı, ağıllı başlı qınayardı bunları.

Комментариев нет:

Отправить комментарий