22.05.2011

Quba torpaqları sionistlərin hədəfində

Gün keçir pərdə-pərdə,
Qatlaşmaram hər dərdə,
Yurdum-yuvam dağılıb,
Qalmışam quru yerdə.

Vallahi-billahi, belə getsə bizim cənnət-məkan Qubamız məmləkət əhlinin qurbanına çevriləcək!
Hərdən oturub özümçün, bakılılar demişkən, dərin "dumkaya" gedirəm. Və başlayıram bittə-bittə barmaq hesabı "vur-çıx"a. Amma nə illah eləsəm də heç cürə sayıb-hesablayıb, ortaq bir məxrəcə gələ bilmirəm ki, bilmirəm.
Adə, başı bəlalı kasıb bəndənin, yəni pulu alma, qax qurusu, alça turşusundan və ahu-zardan çıxan zavallı qubalının cibində nə vaxtdan beş manat əmək pulu qaldı ki, o da aparıb həmin o qəpik-quruşu İsrailin Quba elinin yeddi "minlik ailəsi" üçün tikdirdiyi nəhəng-nəhəng gözdələn" banklarda yerləşdirsin?! Şər deməsən, xeyir gəlməz, deyirəm bəlkə də qubalının dədə-baba torpaqlarının pulunu qoyacaqlar bu banklara?!
Di gəl ki, qayıdıb öz-özümə ərz eləyirəm ki: Yox, mənim əzizlərim, elə şey ola bilməz. Nöşün ki, yəhudi olan kəs, qubalı olan kəsə boş-boşuna o qədər pul verməz ki, o biçarə də, durub gündəlik "rasxod"undan kəsib qoysun o banklara. Bir də... "ves" dünyavi-vahan, (o cümlədən, biz köhnə bakılılar), bilir ki, bu "cuhud" deyilən millət çox qənaətcil, pulunun, malının qədrini, dəyərini yaxşı, lap yaxşı bilən, necə deyərlər "huvayı" yerə bir qara qəpik də xərcləməyən və Hacı Qaraya "fora" verən bir nəsnədir.
Dədə-babalarımızdan eşitmişik ki, küçələri, həyət-bacaları gəzib iynə-sap, öskük, muncuq, sancaq, lampa piltəsi satan cuhudlar, hələ o vaxtlardan maliyyə-kresit əməliyyatlarının incəliklərinə qədər bildikləri üçün bizim, (yəni azərbaycanlıların) "əntiqfüruş", "zərgər", "əttar", "baqqal", "qəssab", "faytonçu", hətta tacirlərimizdən də varlı idilər. Nöşün ki, bu cuhud səndən baha qiymətə aldığı torpaqdan (qubalılar nəzərdə tutulur) birə-on (bəzən də birə-yüz!) qazanmazsa, heç vədə havayı yerə böyük-böyük məbləğlər verməzlər. Versələr də...
... Hələ Fətəli xanın dövründə çoxlu sayda dağ yəhudisi Quba ərazisində məskunlaşmışdı. Bu məskunlaşma Quba xanının humanistliyi idi, ya güman hissi idi, bunu indiyəcən bilib anlayan yoxdur. Hər halda, bu məskunlaşma yəhudilərin fələstinlilərin dədə-baba torpaqlarınıa yəhudilərin köç edib, orada "qoy özümə yer eləyim, sənə neyləyim!" məsələsinə bənzəyirdi. Bəli, əsasən də Qırmızı Qəsəbədə oturub, məskunlaşam bu sadə dağ yəhudiləri, insafla desək, Quba əhli ilə daim mehriban, dost münasibətdə olublar. Amma, son zamanlar, yatıb nə yuxu görüblərsə... başladılar bala-bala sionistləşməyə!.. Yəni elə ki Beynəlxalq sionizm özləri öz qara caynaqlarını itiləyib bütün dünya üzərində gərməyə başladı, ilk öncə Azərbaycanı, ələlxüsus da onun dilbər guşəsi olan Qubanı diqqətdən kənarda qoymağı (Bə necə? Belə də gözəl-göyçək yeri əldən vermək olar?!) özləri üçün qəbahət saydılar. Ərz elədiyim kimi, gizli-gizli öz bədxah niyyətlərinə bürünüb bura elə bir nöys salmağa başladılar ki, gəl görəsən!.
Əziz oxucu, elə zənd eləmə ki, Nyutonun başına düşən alma xalis Quba almasına bənzədiyi və bu alma onu "ves" dünyaya tanıdığı üçün, bu sionistlər alma sorağına gəlirlər?! Xeyir və yenə də xeyir! Onların qarınlarının ağrısı tam bam-başqadır. Və bunu bütün Şərq ölkələri, o cümlədən Fələstin xalqı gözəlcə bilir, habelə onları Livanda, Beyrutda, Qəzzada və digər yaşayış məntəqələrində törətdikləri əməllərindən tanıyır. Lap bel, dabbaqda gönünə belə bələddir. Iş budur ki, biz də onları tanıyırıq! Əmma... nə isə.... bəlkə də...Yəqin ki, bu məkanın almasının tərkibində olan külli miqdarda dəmir metal çönüb qızıl olub, xəbərimiz yoxdur. Və "mossad" gözünə döndüyüm bundan, yəni bu "soverşenno sekretno"dan xəbər tutub tələsik Qubaya cumub?!
Əmma, əyri oturub, düz fikirləşəndə görürsən ki, heç bu da ağlabatan deyil. Nöşün ki, məlum olduğu kimi yəhudilər maddi cəhətdən kalandılar. Lap kalan... həm də klan! Hələ üstəlik, onların müttəfiqi, dostu-qardaşı və Qərbdə ən böyük postu olan ABŞ-ın, İngiltərə və Fransanın Şərqdən "olacaq təhlükənin" qabağını almaq məqsədilə onlara səxavətlə verdikləri pay-püş o qədərdi ki, əgər Quba almasının nəinki tərkibi, lap özü-çərdəyi, qabığı da daxil olmaqla büsbütün qızıldan olsa bel, ona gözucu da baxmazlar. Sadə dağ yəhudiləri də həmçinin. Çünki Qubada yaşayan dağ yəhudiləri neçə əsrdi Quba əhli ilə qaynayıb-qarışıb can-ciyər olublar. Amma indi bu mason-sionistlər min cür fitnə-fəsad işlədib, bu sadə bir-biriylə can bir-dil bir yaşayan bu iki xalqı, türkün sözü, bir-birinə can-ciyər elmək istəyirlər. Əfsuslar ki, bəzən bu bədxh niyyətlərinə nail olurlar da. Belə ki, sionistlər bəzi-bəzi xaxamların qulağını doldurub - alladıb, ələ alır və onların əiylə də Qırmızı Qəsəbədəki sinaqoqun həyətinin tam ortasında özlərinin sionist bayrağını dalğalandırır, Quba-Qusar yolunun kənarındakı yəhudi qəbristanlığının hasarlarında sionist rejiminin gerbini həkk etdirib və daha min oyundan çıxırlar.
Quba əhlinin uzaqgörən, tükü-tükdən seçən, "qızıl əhmədi"ni "anton" almasından ayıra bilən şəxsləri nəql eləyirlər ki, sionist başıbilənləri ölkəmizdə nə az, nə çox - düz 35 dənə bank tikdirməyi planlaşdırıblar. Və necə deyərlər, bunun da 5-6-sı "polnıy xod" işə başlayıb. Işləri avand olur - nə qədər ki, xalqlar avam olur!
Bu banklarda kimlərin fəaliyyət göstərməsi heç nə önəmli deyil. Nöşün ki, orada olan pulların və sərmayələrin sayı, məbləği, hətta rəngi ancaq və ancaq sionistlərin özlərinə məlum olacaq. Bunun nə qubalılara, nə də dağ yəhudilərinə heç bir isti-soyuğu yoxdu. Odur ki, qubalıların o banklarda işləməsinə baxmayaraq, ən əsası isə, ondan yararlanması, mənfəət görməsi qeyri-mümkündür. Bir də o banklarda ABŞ, Fransa, Rusiya, israil pulları yəni dollar, "Avro" və rubllardır. Və daha bu "Şafranı", "Qızıləhmədi", "Palmet", "Ranet" alması deyil ki, qubalılar onu kilo-kilo satıb pulunu saya bilsin. Atam-qərdeşim, bu "dollar"dır, "avro"dur, "funt-sterlinq"dir. Bizim neftimiz, qazımızı, maddi sərvətlərimizi, bəzilərimizin əxlaqını, mənəviyyatını, hətta qeyrətini, vicdanını ala bilən dollar, avro!!!
Bir də, babalı deyənlərin boynuna, söyləyirlər ki, layihəsi Moskvada işlənib, hazırlanmış bu bankların tikilməsində əsas məqsəd Qubaya 7000 yəhudi ailəsini köçürüb, bununla da guya Qubada yaşayan 7000 yerli əhali arasında balans yaratmaqla Sidney tipli şəhər salmaqdı. Yəni ikinci mini İsrail yaratmaq. (Əslində İsrail özü də mini dövlətdir. Əmma əməllərinə, qoltuğunda gizlətdiyi top-tüfəngə, bomba-mombaya görə sute... superdir!) Odur ki, bu niyyətlə sionist "qardaşlarımız"Quba əhlini iqtisadi böhrandan, kasıblıqdan, işsizlikdən "qurtarmaq" üçün onların Gendov deyilən ərazidən Rusiyanın sərhədlərinə qədər olan dədə-baba torpaqlarını (100 hektarlarla) böyük-böyük məbləğlərə, (əlbəttə ki, böyük-böyük əməllərini həyata keçirmək məqsədilə) alır, qırmaqlayır, yağmalayırlar. Və bizim "uzaqgörən", müştəbeh", məmurciyəzləriniz də o torpaqları "canına yel dəyməsin" deyə əlüstü (əlbəttə yüksək məbləğdə) sionistlər üçün özəlləşdirib, onların "dədə-baba" torpaqlarına çevirirlər.
Adə, ay məğmun oğlu məmur, elə deyək, o sadə, kasıb, işsiz qubalı ehtiyac üzündə, yaxud da tamahından bu torpaqları, tanımadığı, bilmədiyi və mahiyyətini dərk etmədiyi üçün satır. Sən ki, ay diplomlu (əgər varsa), ay savadlı (bu bir az şübhəli oldu), ay ağıllı (bu isə deyəsən lap ağ oldu) məmurum! Heç olmasa, televizordan, qəzetdən-jurnaldan bu sionistlərin bu növ istəklərini, hiyləgərliklərini dərk elə!!! Onların "alqı-satqısı" nəticəsində fələstinlilər hələ indi də "torpaq", "torpaq" deyə özlərinin torpaqlarını diri-diri basdırırlar!
Bir gizli mətləb də var ki, ondan nə biz kasıb-kusub xalq, nə də ki, "uzaqgörən", hər bir siyasi məqamdan "baş çıxara bilən" "politoloqlarımız" bilir. Yəni bu layihənin Moskvada hazırlanması, eləcə də vaxtı ilə Yeltsini, Primakovun Qubaya səfərinin məqsədi, mahiyyəti və bu məqsədin məramının indiyə qədər "yeddi qapı arxasında" qalmasının özü də bermud üçbucağı kimi müəmmalı deyilmi?!
İsrail rejimi artıq Azərbaycanda Parlamentə də nüfuz etmişdir. Belə ki, özünü İsrail rejiminin təmsilçisi kimi göstərən Yevda Abramov nəinki müsəlman Azərbaycan xalqının islam təəssübkeşliyinə qoşulur, hətta ağız bəhəm edib Qəzza qətliamını həyata keçirən qaniçən sionist qəsbkarlarına haqq da qazandırır.
Insaf naminə qeyd edək ki, sadə dağ yəhudiləri musəvilər və farsdilli etnos olduqları üçün sionistləri qəbul etmirlər. Lap belə qəbul eləsələr də həzm eləyə bilmirlər.
Ancaq fitnəkarlar həmin o sadə dağ yəhudilərini nəyin bahasına olursa-olsun öz məkrli torpaqlarına salmaq istəyirlər.
Tədbirli və ehtiyatlı olaq! Nöşün ki, ehtiyatlı igidin anası ağlamaz.

                                                                         “Faktlar” 

Комментариев нет:

Отправить комментарий