21.05.2011

TÜRKİYƏNİN MİLLİYƏTÇİ HƏRAKAT PARTİYASI ÇÖKDÜRÜLÜR

MHP sədri Dövlət Baxçalının köməkçisi Osman Çakır, həm vəzifəsindən həm də millət vəkili namizədliyindən istefa verib



FaktXeber.com-un verdiyi məlumata görə, MHP porno görüntülərin internetdə yayılmasından sonra partiyadan istifa verənlərin sayı 7-yə yüksəlib. İndiyə qədər istefa verən 9 partiya funksioneri arasında 6 başqan köməkçisi var. Kaset skandallarıyla sarsılan MHP-də bu gün daha 5 nəfər istefa verib. Onlar partiyadakı bütün vəzifələrdən istefa verərək, millət vəkili namizədliyindən geri çəkiliblər.
"Farklı Ülkücüler" yəni " fərqli milliyətçilər"  internet saytının MHP başqanın köməkçisi Mehmet Ekiviyə aid görüntüləri yayımlayan və növbəti şəxsin Osman Çakır olduğunu bildirməsindən sonra ilk istefa xəbər gəlib. MHP sədri Dövlət Baxçalının köməkçisi Osman Çakır, həm vəzifəsindən həm də millət vəkili namizədliyindən istefa verib. Çakır verdiyi yazılı açıqlamada, "Milliyyətçi Hərakat Partiyasındakı vəzifəsindən, partiya üzvlüyündən, Samsun Millət vəkili namizədliyindən istefa verdiyini bildirib.


Mehmet Çakırdan sonra Mehmet Ekicidə istefa verib

MHP-dəki porno kasetlərin yayımlanması partiyanı demək olar ki, çökdürüb. Dövlət Baxçalının
köməkçisi Mehmet Ekici də, partiyadakı vəzifələrindən, partiya üzvlüyündən və Yozqat millət vəkili namizədliyindən istefa verdiyini açıqlayıb.

Daha bir istefa: Cihan Paçacı

Cihan Paçaçı, verdiyi yazılı açıqlama ilə "MHP sədr köməkçiliyindən, mərkəz idarə heyəti Üzvlüyü vəzifələrindən, partiya üzvlüyündən, Ankara Millət vəkili namizədliyindən istefa verirdiyini bildirib.

Ümit Şafak və Mehmet Taytak da istefa verdi


Milliyyətçi Hərakat Partiyası başqanın köməkçisi Ümit Şafak və Mehmet Taytak partiyadakı vəzifələrindən və millət vəkili namizədliklərindən istefa veriblər. Onlar partiya üzvlüyü və İstanbul millət vəkili namizədliyindən də istefa verdiklərini açıqlayıblar.



Ən son istefa Deniz Bölükbaşından

Partiyadakı ən son istefa xəbəri isə Deniz Bölükbaşından gəlib. Bölükbaşı mövzuyla əlaqədar açıqlama verərkən bildirib ki, "MHP-yə zərər verilməsin deyə istefa verdim. Bu böhtan və təhdidlərlə əlaqədar olaraq ədliyyə istintaq başladıb."



İstefalardan sonra partiya sədri Dövlət Baxçalı açıqlama verdi

MHP başqanı Dövlət Bağçalı: "Aydındır ki dövlət yox, yaxşı ki millət var onlara tərəf gedirəm. Bu insanların şəxsiyyətiylə oynamaq doğru deyil. Bunlar cəmiyyətdə çevrələri olan insanlardı. Partiyanı rahatlaşdırmaq üçün istefa verdilər. İstefalarını mən tələb etmədim"

 

Комментариев нет:

Отправить комментарий