15.06.2011

17 cəzaçəkmə müəssisəsi bağlanacaq

Hebsxana_507312309Mədət Quliyev: “Həmin müəssisələr korrupsiyaya yol açırdı”
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasının qanunla ləğv olunmasından sonra 17 xüsusi tipli cəzaçəkməmüəssisəsi bağlanacaq. Lent.az-ın verdiyi məlumata görə, bunuƏdliyyə Nazirliyi Dövlət Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib.
Onun sözlərinə görəhəmin müəssisələrdə 2000-2300 nəfər qeydiyyatdadır və onların cəzası başqa növ cəza ilə əvəzlənəcək. M.Quliyev həmçinin qeyd edib ki, göstərilən 17 xüsusi tip cəzaçəkmə müəssisəsi korrupsiyaya yol açırdı və onların bağlanmasını alqışlayır.

Mədət Quliyev onu da bildirib ki, Azərbaycanda məhbuslar üçün 24 protez hazırlanır. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində 24 əlil məhbus var.

Комментариев нет:

Отправить комментарий