15.06.2011

22 yaşlı qız Milli Parkda özünü dənizə atdı

İyunun 12-də Səbail rayonu ərazisində, Milli Pakda intihar hadisəsi baş verib. Səbail rayon Prokurorluğundan verilən məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lalə Məmmədova intihar məqsədilə özünü dənizə atıb.

O, dərhal yaxınlıqda olan vətəndaşlar tərəfindən sudan çıxarılıb. L.Məmmədovanın özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Комментариев нет:

Отправить комментарий