07.06.2011

Almaniyanın "Sinema" jurnalının seçdiyi qalmaqallı filmlər



Lolita, Antixrist. Əndəlus köpəyi, Monzadan olan rahib

Almaniyanın «Sinema» jurnalı kino tarixində bütün dövrlərin ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran  70 filmin adını açıqlayıb. Bu siyahıya düşən filmlərdən daha çox maraq doğuranları təqdim edirik.

Siyahının ilk pilləsində  dahi ispan rejissoru Luis Bunyuelinekranlaşdırdığı və kino tarixində ilk qalmaqal şokunu yaradan «Əndəlus köpəyi» filmi (1929) dayanır. Ülküclə gənc qızın gözünün kəsilməsi indiyədək dünya kinosunun ən amansız səhnələrindən biri sayılır.

Siyahıda ikinci yerin sahibi yenə də sürrealist Bunyuelin filmidir:«Qızıl əsr» (1930). «Parnoqrafik» film kimi damğalanan «Qızıl əsr»i qəzetlər həm də bolşevizm əhval-ruhiyyəsinə görə günahlandırırdı. O zaman filmin nümayişinə yasaq qoyuldu, surətləri isə müsadirə edildi.
Amerikalı rejissor Tod Brovninqin fiziki cəhətdən qüsurlu olan sirk aktyorlarının və dəhşət elementləri ilə dolu «Eybəcərlər» (1932) filmində normal insanlar onlara qüsurlarına görə istehza edir, təhqirlərə məruz qoyurlar. Film əslində humanist, əxlaqi dəyərləri təbliğ etsə də, bir çox ölkələrdə tamaşaçıların pisxoloji cəhətdən buna hazır olmadığını əsas gətirərək qadağan edilib.
Hətta Amerikanın bəzi ştatlarında «Eybəcərlər»in nümayişi indiyə kimi qadağandır.
O dövrün bəzi məşhur aktyorları fiziki qüsuru olan sirk aktyorları ilə eyni filmdə oynamaqdan imtina ediblər.
1994-cü ildə isə film bədii dəyərinə görə Amerikanın Milli Kino siyahısına daxil olub.
Faşist Almaniyası dövründə çalışan ən tanınmış rejissorlardan biri Leni Rifenştalın «Oimpiya» sənədli filminin (1938) indiyədək «sənət əsəri» yoxsa «arilərə pərəstiş» olub-olmaması müzakirə edilir. 
XI yay olimpiya oyunları zamanı ekranlaşdırılan film sağlam, mükəmməl insan bədəninin tərənnümünü ön plana çəkir. Mübahisələrə baxmayaraq «Olimpiya»  1956 -cı ildə bütün dövrlərin ən yaxşı filmləri sırasına daxil edilib.
Stenli Kubrikin məşhur rus yazıçısı Vladimir Nabokovun «Lolita»romanı əsasında çəkilmiş  (1962) ekran işində səs-küyə səbəb azyaşlı qız ilə intim səhnə idi və «Katolik legion» təşkilatı məlum səhnəyə düzəlişlər olunmasını tələb etmişdi.

Fransa kinosunda «yeni dalğa» cərəyanının ən görkəmli nümayəndərindən biri Jan Lyuk Qodarın «Nananın hekayəti» (1962) filmi bədənilə alver edən qadınların həyatının görünməyən tərəflərini anladır və fransız cəmiyyətini ifşa edir.
İtalyan  Luçano Odoriziotun «Monzadan olan rahibə» (1969) nunsploitation (tamaşaçının diqqətini cəlb etmək üçün  əsasən erotik, zorakı elementlərin əks olunduğu film janrı) janırında çəkilmiş ilk amansız dramdır. Film bir rahibənin qadın düşgünü olan kişiyə vəhşi ehtriasından bəhs edir. 
Alman və Britaniya kinematorqafçılarının birgə istehsalı olan «İblisin möhürü» (1970) filminə vaxtilə 30-a yaxın ölkədə qadağa qoyulub. Hadisələr XVIII əsr Avstriyasında cərəyan edir. Film  qadınların çoxuna cadugər damğası vurularaq yandırılması kimi zorakı səhnələrə görə tənqidlərə məruz qalmışdı.
Stenli Kubrikin radikal «Portağal mexanizmi» (1971) ekran əsərində zorakalıqlar törədən və bundan zövq alan cinayətkar dəstədən danışılır. Kubrik filmi ilə cəmiyyətin əxlaqının pouzlması probleminə toxunur və riyakar siyasi oyunları tənqid edir.
İtalyan Bernardo Bertoluççinin «Parisdə son tanqo» (1972) dramında cəmiyyətin, ailə dəyərərinin saxtalığı tənqid olunur, dini dəyərlər ironiya obyektinə çevrilir. Tamaşaçıları həm də açıq -saçıq səhnələrlə heyrətləndirən film bir müddət Avropada qadağan olunub.

Dəhşət, qorxu filmlər ustası, amerikalı Ues Kreyvenin «Soldan üçüncü ev» (1972) filmini bu günə kimi də əsəbləri zəif olanların izləməsi məsləhət görülmür: bir qrup cinayətkar iki gənc qıza qarşı vəhşiliklər törədir.
İtalyan Marko Ferrerinin  (1973)  «Böyük tıxama» filmi cəmiyyətdə böyük nüfuz sahibi olan bujuazların həyatlarının tamaşaçıda ikrah doğuran qaranlıq tərəflərini ekrana gətirir.
Fransız Klod Faraldonun dünya kinematoqrafiyasında inqilabi kult sayılan  «Temrok» (1973) sürrealist fantaziyasında bir fəhlə gündəlik, adi axarda keçən kasıb həyatının absurdluğna etiraz edərək əmlakını məhv edir, şəhər əhalisi də ona qoşulur və hadisələr ölkədə anarxist üsyana gətirib çıxarır. 
İtalyan Liliana Kavaninin «Gecə gözətçisi» dramı (1974) keçmiş nasisitin və həbs düşərgəsində olmuş məhbusun məhəbbəti haqdadır. Rejissor faşizmin dəhşətini sadomazoxist sevgi romanı ilə anladır. Vaxtilə keçmiş sovet məkanında film qadağan edilmiş, Avropa və Amerkiada isə müəyyən yaş kateqoriyaları üçün nəzərdə tutulmuşdu.
Paolo Pazolininin dünya kinosunun incilərindən sayılan «Salo və ya Sodomun 120 günü» (1975) ağlasığmaz, tükürpədici  səhnələrlə doludur. Rejissor bu filmi ilə faşizim ideologiyasının anatomiyasını və insanın iblisanə istəklərinin sərhədsizliyni ustalıqla göstərib.
Tinto Brassın tarixə ən qəddar, məkrli şəxsiyyət kimi daxil olan qədim Roma imperotru Kaliqulanın əxlaqsız hakimiyyətindən bəhs edən«Kaliqula» filmini Vatikan mənfur, dəyərsiz bir şey adlnadıraraq ona etiraz etmişdi. Çılpaq və qanlı səhnəlrin  bolluğu səbəbindən «Kaliqula»ya16 yaşına qədər uşaqların baxması qadağan edilib.

Martin Skorsezenin «İsanın sonuncu günahı»  filmində (1988) rejissorun yozumuna görə, Allah tərəfindən seçilmiş adi dülgər İsa taleyin  çətin yükünü daşımağa məcburdur. Əgər çarmıxdan azad olsa onun son istəyi gələcək həyatını Məcdəlli Məryəm ilə bağlamaqdır. Qızğın mübahisələrə səbəb olmuş film  katoliklər tərəfindən «kafirlik» kimi dəyərləndirilmişdi.
Avstriyalı Mixail Hanekenin eksperimental qorxu filmi «Məzəli oyunlar»da (1997) iki gəncin bir ailəyə dəhşətli psixoloji və fiziki işgənclərindən bəhs edir.

Yapon Kinji Fukasakusun «Kral döyüşü» (2000) filmində  məktəb şagirdləri bir-birini silahla öldürülməyə məcbur edilir. 
Mel Gibsonun «İsanın əzabları» (2004) dramında İsa Məsihin çarmıxa çəkilməsinə fərman verən yəhudilərin son dərəcə mənfi boyalarla göstərilməsi dünya yəhudilərinin etirazlarına gətirib çıxarmışdı.
Dünya kinematoqrafiyasında hələ ki son qalmaqal 2009-cu ildə danimarkalı Lars fon Trierin «Antixrist» filmi ilə bağlıdır. Amansız intonasiyada film çəkən, ənənəvi dini dünyagörüşə qarşı çıxan rejissoru əksəriyyət eyni zamanda qadınlara nifrətdə suçlamışdı. Kannda soyuq qarşılanan «Antixrist» festivalın ekumenik jürisi tərəfindən «Antimükafat»a layiq görülüb.

Çevirən: Sevda Sultanova

Комментариев нет:

Отправить комментарий