15.06.2011

Azərbaycan yazıçıları üçün müsabiqə


1
2011-ci ilin görkəmli polyak şairi, Nobel mükafatı laureatı “Çeslav Miloş İli” elan olunması ilə əlaqədar Polşanın Bakıdakı səfirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə “Polşa haqqında hekayətlər” mövzusunda ədəbi müsabiqə elan edib.
Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, müsabiqədə yaşı 17-dən yuxarı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə bir bütöv və bitkin əsəri təşkil edən hekayələr və digər kiçik həcmli yazılar, həmçinin şeirlər göndərmək olar. İri həcmli əsərlərin hissələri və fraqmentləri, eləcə də mövzuya uyğun olmayan əsərlər müsabiqədə baxılmayacaq.
Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər təqdim oluna bilər.
Əsərlər Polşanın Bakıdakı səfirliyinə oktyabr ayının 15-dək göndərilməlidir.
Hər bir iştirakçı yalnız bir mətn (proza və ya poeziya nümunəsi) təqdim edə bilər.
İşlər Polşanın Bakıdakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə yaratdıqları komissiya tərəfindən qiymətləndiriləcək.


AzərTAc

Комментариев нет:

Отправить комментарий