15.06.2011

Bakını “qıjılar” basıb…


Cavid BehruzCavid Behruz
Facebook-da gəzərkən dostlarımdan birinin statusunda: Xalqlar Dostluğu parkında (Heydər Parkı) birinci dəfədir oturdum. İlahi burada nə qədər “qıjı” var… İnsan həyata nifrət edir. Qıjılar məskəni!” – yazısına rast gəldim. Çoxdan toxunmaq istədiyim bu mövzu haqqında yazmaq qərarına gəldim.
Axı nə deməkdir bu “qıjı”?
Biologiya dərsliklərində bitkilərin inkişafı mövzusundakı qıjıkimilərin bəhs etdiyimiz “qıjı” larla yaxından və ya uzaqdan əlaqəsi yoxdur. Bəlkə yaranma prosseslərində oxşarlıq ola bilər amma bu qıjılar başqa qıjılardır…
Şəhərdə gəzmək qızlar üçün sözün əsl mənasında problem olub. “Gücü verib” aldığı bahalı telefonuna “Əzizbəyov mahnılarından” yüklədib səsini sonuna qədər açan namı–digər “ağcorablılar” parklara istirahət etmək üçün deyil, sanki istirahətə gələnlərin keyflərini pozmağa gəliblər. Əylənməyin nə və necə olduğunu bilməyən bu “formalaşmamış canlılar” qarşılarına çıxan hər kəsə sataşır, söz atır hətta bəzən fiziki təmas da edirlər.
Mentalitetində qeyrəti, namusu, şərəfi ön plana çıxarmış bir millət olaraq bir hərəkəti etdiyimizdə mütləq bunun özümüzə qarşı olunduğunda necə reaksiya verəcəyimizi fikirləşib addım atmaq lazımdır. Qarşısına çıxan nəcib cinslərə sataşanlar öncə fikirləşməlidirlər ki, o xanımların yerində onların anası və ya bacısı ola bilər və onun öz yerində isə də bir başqası. Belə bir hadisəni görəsən özləri necə qarşılayar? 
Bu tərbiyədən yoxsun məxluqların düşüncə tərzləri budur: “Onların anasına, bacısına heç nə olmasın, qalan hər kəs fahişə də ola bilər.” Bu qədər insani dəyərlərdən yoxsun insanları yetişdirən mentalitet mənim mentalitetim ola bilməz. Mən qərbi xarakterizə edərkən ilk orada rastlaşdığım və məni valeh edən xüsus insanlara sadəcə insan olduğu üçün dəyər verməyi bacarırlar. Bu onlarda anadan gəlmə olmayıb. Bunu görüb öyrəniblər indi isə yaşayırlar. Qərbdən soyunmağı öyrənəcəyimizə ilk olaraq sözün əsl mənasında mədəniyyət öyrənək, öyrədək.

Комментариев нет:

Отправить комментарий