16.06.2011

Cavid Qurbanov İlham Əliyevi biabır etdi

Saatlı yolunun bir ay keçməmiş dağılması «Azəryolservis» şefinin yalanının üstünü açdı
“Azəryolservis”in şefi Cavid Qurbanov çətin duruma düşüb. Mayın 5-də Ilham Əliyevin təmtəraqla açılışını etdiyi Saatlı-Musalı-Mərzəli yolu dağılıb. Bu fakt Cavid Qurbanovun, ümumiyyətlə hakimiyyətin “yol siyasəti”ni ifşa edib.
Hər dəfə yenicə təmir olunmuş yolların qısa müddətdə dağılması məsələsi gündəmə gələndə Cavid Qurbanov məsuliyyəti iri tonnajlı avtomobillərin üzərinə yıxırdı. Artıq “Azəryolservis” şefinin bu bəhanəsi də əldə çıxıb. Çünki indi iri tonnajlı avtomobillərə qarşı reyd keçirilir, onların yolu “dağıtmalarına” imkan verilmir. Bundan başqa Saatlı yolu heç bir ay deyildi ki, təmir olunmuşdu. Hətta iri tonnajlı maşınlar bu yolun üzərindən şütüsə belə onu bir aya dağıda bilməzdilər. Əgər yol Cavid Qurbanovun Ilham Əliyevə təqdim etdiyi şəkildə təmir olunubsa. Cavid Qurbanov isə açılış mərasimində dövlət başçısına yolu belə təqdim etmişdi: Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib, tikinti zamanı böyük həcmdə torpaq işi görülüb, ümumilikdə, 326 min kubmetrə qədər qum-çınqıl, 31 min tona qədər asfalt-beton işləri yerinə yetirilib.
Bir ay keçmədi ki, Cavid Qurbanovun yalanı ifşa olundu. Təmtəraqla lent kəsən Ilham Əliyev də biabır oldu. Görəsən, Cavid Qurbanov dövlət başçısını növbəti dəfə nə vaxt biabır edəcək?
azadliq.info

Комментариев нет:

Отправить комментарий