07.06.2011

Dənizkənarı Bulvarda qalmaqal

Kürd rejiminin incəlikləri


Sən demə, Dənizkənarı Milli Parkda müsiqi ifa etmək üçün Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyindən icazə almaq lazımdır


Bir neçə gənc Dənizkənarı Milli Parkda toplaşaraq gitara çalaraq mahnılar oxuyublar. “Qafqazinfo”nun məlumatına görə, müddətdən sonra onların ətrafında xeyli insanlar, xüsusilə də gənclər toplaşıblar. Bu isə Bulvar mühafizəçilərinin narahat edib. Onlar gitara çalan gənclərə dərhal parkın ərazisini tərk etməyi və burada gitara çalmamağı tapşırıblar. Səbəbinə gəldikdə isə mühafizəçilər bildiriblər ki, ərazidə müsaqi ifa etmək üçün Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyindən icazə almaq lazımdır. Gənclər buna tabe olmadıqda tərəflər arasında qarşıdurma yaranıb. DBİ-nin mühafizə dəstəsi dərhal əraziyə göndərilib və qarşıdurma daha da böyüyüb. Təxminən yarım saat davam edən mübahisəni izləyən çoxlu sayda insan hadisə baş verən ərazidə toplaşıb və böyük izdiham yaranıb. Buna baxmayaraq, mühafizəçilər birmənalı olaraq gənclərin Bulvarda gitara çalmasına imkan verməyiblər və onları ərazidən uzaqlaşdırıblar.

Комментариев нет:

Отправить комментарий