15.06.2011

Dönməzlik


-Koba, bizim yolumuz dəmir yolu kimi paralel xətt tək uzanır. Bir qatarla getsək də, yolumuz ayrıdır. (“Dönməzlik”)
“Dalğa” Gənclər Təşkilatına təşəkkür edirəm.
Teyyub Qurban imzasını araşdırmalarla tanısam da, bədii əsərini heç oxumamışdım.
Bakı-Gəncə yolunda oxudum kitabı.
Cumhuriyyətin ilk mərkəzinə gedərkən bundan daha yaxşı yol kitabı düşünmək olmazdı.
Əsər Rəsulzadənin həyatından müxtəlif franqmentləri ümumi bir xətt üzrə təqdim edir, bütün silahdaşları öldürülsə də, ailəsi sürgün edilsə də, həyat məhz Cumhuriyyət dəyərlərini yaşatmaq üçün Rəsulzadəni yaşadır.Daha dərin düşündükcə, gerçəkdən dönməz bir insanın həyat öyküsü ilə qarşı-qarşıyayıq.
Yoxdan yaradılan bir cumhuriyyət qəsbkarlar tərəfindən devrilir, qəsbkarların tərəfdarları tərəfindən cumhuriyyətin dirəkləri-N.Yusifbəyli, F.Xoyski və digərləri məhv edilir, ailəsi darmadağın edilir, amma o yaşayır!!!
Cumhuriyyətin üçrəngli bayrağını sinəsinə bağlayaraq bir an olsun ağlından çıxarmır.
Həyat onu Atatürklə, Hitlerlə görüşdürür.
Azərbaycan Cumhuriyyəti haqqında əsərləri ilə Azərbaycanın haqq səsini dünyaya çatdırır.
Bir gün istiqlal bayrağının bir daha dalğalanacağı inancını itirmir.
Üç dəfə Azərbaycan deyərək ölür.
Amma qutsal yolundan dönmür.
Dönməzlik məhz budur!!!

Комментариев нет:

Отправить комментарий