07.06.2011

Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş

«Heydərizm» 70-ci illərdən başlayır
Qambay Məmmədovun işini aparan mühüm işlər müstəntiqinin və 70-ci illərin arxiv sənədlərinin əsasında...
SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko kitabları ilə bağlı yazır: “1998-ci ildə mən özümün birinci kitabımı yazdım. Kitab ”140 milyard" işi haqqında, yaxud müstəntiqin həyatından 7060 gün" adlanırdı. Mən bu kitabı bir yerdə çalışdığım istedadlı və qədirli istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri rəşadətə və peşəkarlığa ithaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı. Ilkin razılaşmaya görə, kitab “Olimp” nəşriyyatında 3000 tirajla çap edilməliydi. Amma kitab 1000 tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə nəşriyyatın direktoru Kaminskinin anbarından başqa anbara  aparmışdılar, orada da yoxa çıxmışdı. Kaminski bu yoxolmanın səbəblərini aydınlaşdırmaq istəmədi"
***
Yeri gəlmişkən, bu kitabda Kaliniçenkonun Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair məqalələr də ©er almışdı. “Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı Sumqayıt”.
Əliyevlə kəsişən yollar...
Oleq Ivanoviç Koliniçenko söhbətə aramla başlayır:
“Qazaxıstan Kommunist partiyasının birinci katibi Kunayevin 69 yaşı tamam olurdu. Siyasi büronun üzvləri, üzvlüyə namizədlərin hamısı Alma-Ataya gəlmişdilər. KQB-dən olanlar mənə danışdılar ki, Azərbaycan KP MK-nın birinci katibi Əliyevin təyyarəsi yerə enəndən sonra çox gözəl çemodanlar daşınmağa başlandı: ”Onların içində nə vardı, deyə bilmərik, lakin çemodanları biz daşıdıq. Hər birinin üstündə yazılar vardı: “Kunayevə”, “Rəşidova”, “Brejnevə” və siyasi büronun digər üzvlərinə. Mən bu çemodanların içində pul olduğunu söyləyə bilmərəm. Ola bilsin ki, gözəl farfor, digər hədiyyələr vardı. Amma ad günündə qələm də bağışlamaq olardı. Kiçik hədiyyəni gətirmək üçün çemodan lazım deyildi..."
Azərbaycanın keçmiş prokuroru Heydər Əliyev haqqında iki cinayət işi açmışdı...
- Respublika rəhbəri təyin olunan Əliyev vicdanlı və namuslu adamlardan qisas alırdı. Mən bunu sonradan Sumqayıt hadisələrini tədqiq edəndə, Nadir Quliyevin işini aparanda bir daha yəqin etdim. Qanunu məqsədinin formasına salanlar, ölkəni feodal münasibətlərlə idarə edənlər onu daha böyük  problemlərlə üz-üzə qoydular. Məhz həmin çətin günlərdə qanunun deyil, münasibətlərin gülləsinə tuş gələn Saşa Babayev kimi ağıllı və vicdanlı istintaqçılara ehtiyac vardı. Əl buyruqçuları üçün fərqi yoxdu, təki onlara tapşırıq verən olsun..."
Mən söhbətə müdaxilə edirəm:
- Siz Əliyev haqqında danışmağa başladınız. Sizin yollarınız harada kəsişib? Hansı məsələdə?
- 1979-cu ildə Azərbaycanın baş prokuroru Qambay Məmmədov - o əfsanəvi bir insandı, Stalinqrad döyüşlərinin iştirakçısı,.. atüstü minaatan rotanı da o fikirləşmişdi - Azərbaycan SSR Ali Sovetinin sessiyasında kürsüyə çıxdı və Əliyevi “cinayətkar” adlandırdı. Əsasən, pambıq “pripiskasından” danışdı. O, vəzifəsindən çıxarılmışdı, amma  deputat olaraq qalırdı. Hirslənmiş deputatlar onu sürüyüb kürsüdən düşürdülər.
“Onlar məni ikicə günə öldürərlər”
- Burada söhbətə ara verib 1979-cu ilin dekabrına qayıdaq. Bir dəfə Məmmədov mənə dedi: “Bütün yoxlama materialları məhv edilmişdi. Anonim məktublardan cinayət işi açmışdılar”. Həmin günlərdə Əliyev Bakı Şəhər partiya komitəsinin konfransında, az sonra MK plenumunda Məmmədovu “cinayətkar” adlandırdı. Məmmədov ağır şəkər xəstəsiydi, onu nə gözlədiyini yaxşı bilirdi. Mənimlə söhbətində, o, dedi: “Həbsimə hazırlıq gedirdi, həbsxanada mənə iki gün insulin vurmayacaqdılar və mən komaya düşüb öləcəkdim. Mənim aradan götürülməyim üçün belə bir variant düşünülmüşdü. Sonra cinayət işini bağlayar və məni istədikləri kimi günahkar çıxarardılar”. Amma Məmmədov DTK işçilərini və ona nəzarət edənləri aldada bilmişdi.
- Hansı yolla?
- Özünü elə apardı ki, evində yatıb, onu gözdən qaçırdılar. Özü səhər saat 4-də yuxudan durub, maşınına oturub Yerevana gedir. Çünki hava limanı və dəmir yolu vağzalı nəzarətdə idi. Yerevanda bilet alır və Moskvaya uçur. Moskvada Məmmədov müxtəlif vəzifə sahiblərinin qəbuluna gedib Əliyevin pambıqla bağlı cinayətlərindən danışır və bütün bunlara görə onun özünü məhv etmək istədiyini söyləyir. Həqiqət axtaran bu adama sadə bir yol göstərdilər. Onu Sov.IKP MK-ya dəvət edib dedilər: “Siz Heydər Əliyevə inanmaya bilərsiniz, Azərbaycan KP MK bürosuna inanmalısınız! Yoxsa, siz onları da cinayətkar hesab edirsiniz?” Məmmədov cavab verir: “Əlbəttə, cinayətkar hesab etmirəm”.
“Onda Bakıya qayıdın, Ali Sovetin sessiyasında dedikləriniz barədə büroya məlumat verin. Qoy, yoldaşlarınız qərar qəbul etsinlər”.
Əliyev haqqında iki cinayət işi...
Məmmədovun dediyinə görə, müharibədən sonra “KQB”-nin istintaq idarəsinin rəisi kimi Əliyev haqqında iki cinayət işi açıb. Bu işlər perspektivli olub. Amma onları bağlayıblar. Buna görə Əliyevlə aralarında mübarizə gedib. Mən otağa daxil olanda Əliyev ayağa durdu. “Aydındır, sus” - dedi. Sonra üzünü digər büro üzvlərinə tutdu: “Mənim  təklifim var, partiyaya yaraşmayan hərəkətinə və  vəzifəsindən sui-istifadəyə görə Məmmədovun partiyadan xaric edilməsini təklif edirəm. Kim lehinədir?”...
“Qambay Məmmədov Əliyevin yüksəlişini ədalətsizlik hesab edirdi”
Koliniçenko Məmmədov-Əliyev savaşının dərinliklərinə gedir:
- Müharibə qurtarandan sonra Stalinqrad döyüşlərinin qəhrəmanlarından biri, sinəsi orden-medalla dolu zabit, səyyar minaatan batalyonun komandiri Qambay Məmmədov Azərbaycana qayıtdı. Onu “KQB”-yə işə götürdülər, bir müddət sonra istintaq idarəsinə rəis keçirdilər. O vaxt heç kimin tanımadığı Heydər Əliyev də “KQB”də işləyirdi. Xoşbəxtlikdən, ya bədbəxtlikdən,.. ötən əsrin 50-ci illərində Əliyevlə bağlı iki işin istitaqını Q.Məmmədov aparmalı oldu.
Hər iki işə xitam verildi. Ancaq Əliyev Qambay Məmmədovdan həmişə çəkinirdi, hərdən onun qarşısında dili dolaşırdı. Qambay Məmmədov prinsipiallığı və vicdanlı mövqeyi ilə SSRI prokurorluğunda böyük hörmət sahibi idi. 60-cı illərdə respublika prokuroru məsələsi həll ediləndə Məmmədovun namizədliyi müdafiə olundu. Heç kim onun əleyhinə getmədi.
Əliyevin də işləri yaxşı getməyə başladı. Azərbaycan “KQB”-sinin sədri, Brejnevin yaxın adamı Sviqunla dostluğu onun yollarını açdı. Sviqun Moskvaya dəyişdiriləndə Əliyev onun yerini tutdu. Amma Əliyevin 14 iyul 1969-cu ildə birinci katib təyin olunması hamı üçün gözlənilməz idi. Bu təyinat Qambay Məmmədovun da ürəyincə deyildi. O, hörmət etmədiyi bir adamın belə yüksəlişini qəbul etmək istəmirdi. Məmmədovun etirazı Əliyevin bu vəzifəyə layiq olmaması ilə  bağlı idi və Əliyev haqqında açıq danışmaqdan belə, çəkinmirdi. Heç barışmaq fikri də yoxdu.
Amma respublika prokurorunun bütün söhbətləri birinci katibə çatdırılırdı. Əliyev çox dözdü, prokuroru yola gətirmək istədi, ətrafındakılarla ona xəbərlər göndərdi. Artıq “təhlükəli şahidin aradan götürülməsi üçün” oyunlar qurmağın vaxtı çatmışdı.
Əliyev məxfi dosyeləri işə salır...
Əliyev “KQB”-nin müavini, daha sonra sədri olanda Azərbaycan KP MK-nın birinci katibi, büro üzvləri, digər rəhbərlər və bir qədər üzdə olan adamlar haqqında məxfi məlumatlar yığmışdı. Xüsusilə, hüquq-mühafizə orqanları haqqında məlumatları bir neçə dəfə Vəli Axundovla bölüşmüşdü, amma bir nəticə olmadığından faktları özündə saxlamışdı. Indi həmin faktlardan istifadənin zamanı gəlmişdi. Əliyevin prokurorluğun istintaq şöbəsinin rəisi Ibrahim (Saşa) Babayevin “bəzi əməllərindən” xəbəri vardı. Onu prokurora qarşı qaldırmaq, ondan ifadə alaraq eyni zamanda, yola gəlməyən prokurorun da məsələsini həll etmək olardı. “KQB” Saşanı izləməyə, nəzarətə götürməyə başladı. Telefonlarına qulaq asdılar, görüşlərini lentə aldılar. Ortaya onun və Izik Quliyevin “gizli sex sahiblərinə himayədarlığı” məsələsi atıldı. Guya Saşa Babayev və Izik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini “qoruyurdular”.
(ardı var)
azadliq.info                   Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий