16.06.2011

Hökumət neft pullarına xaricdə əmlak alacaq

Şahmar Mövsümov: «Xaricdə daşınmaz əmlaka sərmayə yatırmağı planlaşdırırıq»
Azərbaycan Dövlət Neft Fondunun hazırda müzakirə olunan yeni investisiya strategiyası çərçivəsində gələcəkdə Fond tərəfindən daşınmaz əmlakın alınması və beləliklə daşınmaz əmlaka sərmayə yatırılması planlaşdırılır(APA). Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, həmin daşınmaz əmlak, həmçinin Azərbaycanın xaricdə Ticarət Evlərinin yaradılması məqsədi ilə də istifadə oluna biləcək.
Qeyd edək ki, hazırda Fondun yeni investisiya strategiyası üzrə iş aparılır və 2011-ci ilin sonunadək bunun başa çatacağı gözlənilir. Belə olan halda, ARDNF artıq gələn il xaricdə daşınmaz əmlakın alınmasına başlaya bilər.

Комментариев нет:

Отправить комментарий