15.06.2011

Hüseyn Dəryanın arvadı gecə klubunda əylənərkən yaxalandı (FOTOLAR)


Repper Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova tək gecə klubların birində görünüb.
Fotokameralara tuş gələn Sona Muradova rəfiqələrinin əhatəsində rəqs edərkən diqqəti üzərinə çəkib. S.Muradova əcnəbi mahnını rəqs edərkən müxbiri görüb, özünü ələ alaraq gülümsəməklə kifayətlənib.

Xəbər portalının müxbiri Sona Muradovaya yaxınlaşaraq, Hüseyn Dəryanın klubda olduğunu soruşduqda cavabında “Mən dostlarımla, öz rəfiqələrimlə əylənmək üçün gəlmişəm. Mənə elə gəlir ki, Hüseyn yanımda olsa, özümü tam sərbəst hiss edə bilməzdim,” - cavab verib.

- Hüseyn Dəryanın burada olduğunuzdan xəbəri var?

- Yox, deməmişəm. Özüm bilet alıb, gəlmişəm.

- Çingiz Mustafayevin fanatısınız?

- Fanat yox, bir musiqiçi kimi bəyənirəm.

Qeyd edək ki, S.Muradova müğənni Çingiz Mustafayevin konsertində rəqs edərkən diqqəti cəlb edib.
milli.az

Комментариев нет:

Отправить комментарий