08.06.2011

Kiyan Xiyav, şeir


Bir urmiyə üzümlə
bir şəki almayla
bir bahar yaşıl xalıyla gəldim;
soyuq tavanlar altında
qara torpaqlar üstündə oturdum
və bir şey ummadım getdim
ən uzaq xəyallara.
Mən həp düşüncələrimdən
bir ulu dağ dikəldərək
çıxdım şeirlərin yüksəkliyinə:
Bakı gecələri rəsim kimiydi
Təbriz küçələri rəsim kimi.
Azərbaycan
göy çəmənli bir bağ rəsimi sanki.
Bir gün də bağsız, rəsimsiz
və soraqsız bir dünyaya gedəcəyəm.
yenə bir şey ummadan.
Yalnız
bağçamıza bahar gələn çağda
bir də sarı bülbüllərin səsi gələn zamanda,
bir urmiyə üzümünü, bir şəki almasını
bir də məni unutmayın, dostlar!
Məni əsla unutmayın!

Комментариев нет:

Отправить комментарий