08.06.2011

Kənan Hacıdan Səlim Babullaoğluna



Sevgili oxuculara bildirm ki, Kənan Hacını tanımıram. İlk kəz olaraq bu adı duydum. Ancaq Səlim bəyi çox yaxşı tanıyıram. Səlim Babullaoğlu, Bakılı günlərimdə ən sevimli dostum idi. Bu adam olduqca unurlu kişi oğlu kişidir. Gerçəkdən arxadaşlıq da güvəniləsinin biridir. Biz on ildir ayrılmışıq. Aramızda çox uzaqlıq vardır. Ama Səlim bəy mənim üçün yenə də Səlim bəydir.
Öpdüm Səlim bəyi
Ərğəvan. Berlin              http://www.qurtulush.info/



Getmək
son ucda çıxdığın nöqtəylə toqquşmaqdı
gəldiyin yolu qayıtmaqdı həm də
və bu ucuz fəlsəfəylə baş qatmaqdı getmək...
isbatı olmayan düstür,
içi lax çıxmış yumurta,
qarsalanmış ümid-
bunların hansından zəhərlənmisən?
tərəddüd çemodanının üstündə oturub
fikirləşməyə hələ ki vaxtın var, dost...

Комментариев нет:

Отправить комментарий