07.06.2011

KÖLGƏNİN ÖLÜMÜDÜR QARANLIQ


Xaqani Has

bir axşamın qaralmasıdır fevral, oxunmur
və sürünərək yavaşa səbəb olur mart
sarıyla hesablaşmışıq
ilk ağlayışım sevmədiyim meyvədə getdi
-almada
qızdırmalı uşağın üzü qaldı sarıya
o qadının səsində sirli nəsə var
yağışı ağlamaq üçün gözləyənlərdəndi
son dəfə açanda pəncərəsini
ucsuz-bucaqsız ölüb gələcək zaman
yol verməməliyik misraya,
misrada çoxala bilər
o qadında sirli nəsə var, güldü
günün hər vaxtına düşmür bu açar
sevincin kilidinə ümidin qandalına düşmür
sübhlə köməkləşib almışıq qəddardan
günün hər vaxtına düşmür
məqsədim təzədən razılaşmaqdır dünyayla
uşaqların təkcə üzləri görür sabahı,
ayaqları görmür
göndərlməyən məktubları o uşaq yazıb
bəlkə də uşağın əlndən tutub o qadın yazıb
elə indicə harasa getməliyəm
gecikirəm özümə, ünvanımı dəyişməliyəm
məqsədim təzədən razılaşmaqdı dünyayla
uşaqların gözləri görür sabahı
ayaqları görmür

Комментариев нет:

Отправить комментарий