15.06.2011

Çe Gevaranın naməlum gündəliyi dərc edildi


komandante-1
Kubada, 1959-cu ilin inqilab komandanı Çe Gevaranın bundan öncə məlum olmayan gündəliyi dərc edilib.
ANN.Az-ın “BBC”-yə istinadən verdiyi məlumata görə, məşhur inqilabçının dul qadını Aleyda Marçın sözlərinə əsasən, Çenin gündəliyini redaktəsiz dərc etdirmək fikrinə gəlib. Məqsəd Çe Gevaranı olduğu kimi təqdim etməkdir.
Əlyazma Çe Gevaranın Kubaya gəlməsindən (1956-cı ilin 2 dekabr tarixi) diktator Fulhensiyo Batistanın devirilməsinə qədər olan zaman kəsiyini əhatə edir.
Naşirlər deyib ki, komandanın xəttini açmaq olduqca çətin olub və deşifrə prosesi uzun zaman aparıb.

Комментариев нет:

Отправить комментарий