15.06.2011

Küçələr şampunla yuyulur

Küçələr şampunla yuyulur thumbnail
Moskvanın yollarının qışa hazırlanması başlanılıb.
Yay ərzində asfalt örtüyünün üzərinə hopmuş çirk bu gün şampunla yuyulacaq. Susəpən maşınlar “Çistodor” adlanan xüsusi şampunla doldurulacaq Bu şampun asfaltın üzərindəki neft örtüyünü yollara zərər vermədən təmizləyir. Yollar şampunla yuyulduqdan iki saat sonra isə təmiz su ilə təkrar yuyulacaq.
Moskva meriyasından verilən məoumata görə, bir neçə ildir yay və qıh mövsümləri ərəfəsində yolların yuyulması vacib prosedura çevrilib: “Şəhər yollarındakı çirkin 80 faizini avtomobil yanacağından əmələ gələn neft tullantıları təşkil edir. Yollar bu izlərdən tamamilə təmizlənməlidir ki, qışda buzlaşma əleyhinə vasitələrdən effektli şəkildə istifadə edilə bilsin”.
Texnologiyaya görə küçələr şampunla iki dəfə yuyulur. Moskvada bunun üçün hər mövsüm 100 min tondan çox şampundan istifadə edilir. “Çistodor” ilk dəfə 2002-ci ilin payızında sınaqdan keçirilib. O vaxt yaradılan komissiya nəticədən razı qalmışdı.

Qafqazinfo.az


Комментариев нет:

Отправить комментарий