08.06.2011

Mahaçqalada institut rektoru qətlə yetirilib


Mahaçqalada ilahiyyat və beynəlxalq münasibətlər institutunun rektoru Maqsud Sadikov axşam ibadətindən sonra evinə gedərkən naməlum avtomobildən açılan atəş nəticəsində öldürülüb. Maqsud Sadikov və qardaşı oğlu aldıqları güllə yaralarından hadisə yerində keçiniblər. Hücumçular isə qaçaraq gizlənə biliblər. Faktla bağlı yaradılan istintaq qrupuna Rusiya İstintaq Komitəsinin baş istintaq idarəsinin müstəntiqləri də qoşulublar. Hadisə yerindən silah-sursat müsadirə edilib. Qətlin Makqud Sadikovun peşə və ictimai fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir.


İlahiyyat institutunun rektoru ilahi dualarla yola salınacaq...

Комментариев нет:

Отправить комментарий