15.06.2011

Mekonq – həyat və ölüm çayı – FOTOLAR


mekonq
Mekonqun deltası dünyanın ən sıx məskunlaşan yerlərindən biridir. Kəndlər və şəhərciklər burada bir-birinə keçir, amma bu tropik bitkilərin çoxluğundan hiss olunmur. Yolların əvəzinə deltada kanallardan istifadə edilir.

Mekonq dünyada çoxlu sayda insanı balıqla təmin edir. Burada panqasius balığının ümumi istehsalının 90 faizi cəmləşir.
Ərazidə həmçinin quş qripinin yayılma mənbələri, Denge qızdırması və bir sıra digər ağır xəstəliklərin mənbələri yerləşir.
Bu əslində təəccüblü deyil, çünki Mekonq çayı boyu on milyonlarla insan yaşayır və onlar çoxlu sayda quşları və ev heyvanları saxlayırlar. ANN.Az dünyanın həyat və ölüm çayından fotoları oxucularına təqdim edir.

Fotolar: İ. Rozental                       ANN.Az

Комментариев нет:

Отправить комментарий