15.06.2011

Ən çox şərab İtaliyada hazırlanır


italian-wine-1Şərabın istehsal olunması üzrə İtaliya dünyada birinci yerə qalxıb. Onun əzəli rəqibi Fransa isə 2-ci yerdə qərarlaşıb. Bu haqda İtaliyanın nüfuzlu kənd təsərrüfatı istehsalçılarının assosiyasiyası olan “Koldiretti”-nin nümayəndələri danışıb.
ANN.Az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, 2010-2011-ci illərdə İtaliyada 49,6 milyon hektolitr şərab hazırlanıb, Fransada isə bu rəqəm 46,2 hektolitrə bərabərdir.
Mütəxəssislərin fikrincə, buna səbəb Apenninlərdə bu sahənin stabilləşməsi və Fransada şərab istehsalının azalmasıdır. Onların sözlərinə görə, İtaliyada istehsal edilmiş şərabın yarısından çoxu yüksək sorta aid şərablardır.

Комментариев нет:

Отправить комментарий