15.06.2011

"Nə qələmimiz, nə də ki kağızımız var"


AXC-Müsavat hakimiyyəti dövründə, 1992-ci ilin yayında o zaman dövlət katibi işləyən Pənah Hüseynov məni təcili olaraq yanında çağırtdırdı.
Bu sözləri millət vəkili Eldar Quliyev 15 İyun Milli Qurtuluş günü ilə bağlı keçirilən tədbirdə səsləndirib.

O qeyd edib ki, mən o vaxt yəni müavin işləyirdim: “Bir gün ölkənin ikinci şəxsi olan Pənah Hüseynov mənim yanında çağırdı, o vaxt test komissiyasının rəhbəri olan Vurğun Əyyubov da orada idi. Pənah mənə dedi ki, iki gün sonra test imtahanlarını keçirəcəyik. Amma nə qələmimiz nə də ki, kağızımız var. Sənin Moskva ilə əlaqələrin yaxşıdır. Xahiş elə bizə köməklik etsinlər. Beləliklə, mən Moskvadakı dostlarımızdan xahiş etdim. Onlar da, bizə kağız qələm göndərdilər. İki gün sonra P.Hüseynov mənə yenidən zəng edərək, yanına çağırtdırdı. Elə bildim ki, təşəkkür etməyə çağırıb. Kabinetində girəndə gördüm ki, kimlərinsə arxasınca əclaflar, yaramazlar deyə gileylənir. Soruşdum ki, nə baş verib. Dedi ki, bəs səinin göndərtdiyin ləvazimatları bizim yaramazlar oğurlayıb İrana satmağa aparıblar. Pənah məndən yenə də Moskvadakı dostlarımızdan xahiş etməyimi istədi. Amma sağolsunlar dostlarımız bizim sözümüzü bu dəfə də, eşidib yenidən kağız qələm göndərdilər. Pənaha dedim ki, ləvazimatlar gəlir indi aeroporta 3-5 avtomatlı göndər bunu da oğurlamasınlar. Elə oldu ki, test imtahanı günü həmin ləvazimatlar gəlib çatdı. Səhər saat 11-də onu payladılar. Yadımdadır imtahanın da vaxtını bir qədər də geri çəkmişdilər", - deyə E.Quliyev vurğulayıb.
SİA

Комментариев нет:

Отправить комментарий