07.06.2011

Sezen Aksu və ailəsi - Fotosessiya

Fatma Sezen Yıldırım 1954-cü ildə Türkiyənin Dənizli Sarayköy deyilən bölgəsində dünyaya gəlib. Anası ibtidai sinif müəlliməsi Şəhriban xanım, Atası riyaziyyat müəllimi Sami bəy olub. Ailəsi Sezeni nə qədər sərt qaydalarla böyütmək istəsələr də, o, yaramaz uşaq kimi tanınıb. Hətta adı “Cücə bəla” kimi çıxıb. Hamının diqqətini özünə cəlb etməkdən xoşlanan bu qız hətta diqqət çəkmədiyini gördükdə durduğu yerdə özünü ürəkgetməsinə vururmuş. 

Sezen Aksu 1981-ci ilin 10 iyul tarixində Sinan Özer ilə evlənir. Dörd ay sonra isə noyabrın 11-də oğlu Mitat Can dünyaya gəlib. 

Hazırda 30 yaşında olan Mitat Can Türkiyə mətbuatında əsasən sevgililəri ilə gündəmdə qalır. 

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий