15.06.2011

Tarixçi alim avtodayanacaqda gözətçi işləyir

Tarixçi alim avtodayanacaqda gözətçi işləyir thumbnail
Kürd zülmü davam edir!

Tanınmış publisist, türkoloq alim Bəxtiyar Tuncay uzun axtarışdan sonra özünə iş tapıb. Tarixçi alim bir neçə dövlət qurumuna işlə müraciət etsə də, nəticə hasil olmamışdı. Bu günlərdə Bəxtiyar müəllim özünə iş tapa bilib. İndi o avtomobil dayanacağında gözətçi işləyir. Ötən il 50 yaşı tamam olmuş Bəxtiyar Tuncayın bu günə qədər yüzlərlə publisistik, onlarla sanballı elmi məqalələri çıxıb. B.Tuncay Azərbaycan və qədim türk xalqlarının tarixindən bəhs edən “Türkün gizli tarixi”, “Yunus Oğuza məktublar”, “Sakların tarixi, dili və ədədbiyyatı” çap olunub. Bu günlərdə “Qanun” nəşrlər evində müəllifin “Qafqaz albanlarının dilli və ədəbiyyatı” kitabı nəşr olunub. “Azərbaycan imperatorluqları” kitabı isə maddi çətinlik üzündən hələ də çap olunmayıb. Ümid edirik ki, dövlət orqanları, vətənsevər iş adamları tanınmış tarixçi alimin durumu ilə maraqalanacaq, onun Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli olan kitabının şapına yardımçı olacaqlar. Bəxtiyar Tuncayı əlaqə nömrəsi: (055) 795 18 48

kuluar.az

Комментариев нет:

Отправить комментарий