08.06.2011

Təqdimat: AZƏRBAYCAN YAŞILLAR PARTİYASI

Танки Онлайн – увлекательный браузерный боевик. Играй бесплатно!
Azərbaycan Yaşıllar Partiyası NATO-nun genişlənməsini, o cümlədən Qafqazda genişlənməsini ciddi təhlükə hesab edərək pisləyir

2011-ci il iyunun 7-də Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədri Mayis Gülalıyev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib.

Görüşdə ölkədəki mövcud ümumi vəziyyət, qeyd olunan partiyaların iştirakı ilə yaradlacaq yeni formatın müəyyənləşdirilməsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. AYP, VİP və ALP sədrləri eyni zamanda, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçakla keçirilmiş görüşün nəticələrini dəyərləndiriblər. Bundan başqa, AYP-nin həmsədri Təranə Məmmədovanın Moskva və Budapeşt səfərinin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb.
Partiya rəhbərləri qarşıdakı dönəm üçün nəzərdə tutulan birgə fəaliyyətin növbəti istiqamətlərini və tədbirlər planını nəzərdən keçirərək, müvafiq qərarlar qəbul ediblər.
Azərbaycan Yaşıllar Partiyası Azərbaycanın "Qoşulmayanlar hərəkatına" üzv qəbul edilməsini müsbət qiymətləndirir.



Bu gün (29 mart 2011) Azərbaycan Yaşıllar Partiyasının həmsədri Təranə Məmmədova Avropa Yaşıllar Partiyasının novbəti toplantısında iştirak etmək üçün Budapeştə yola düşür. Toplantıda Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələr, Yaponiyada zəlzələdən sonra atom elektrik stansiyalarının vəziyyəti və radiasiya təhlükəsi, dünyada enerji və ərzaq problemləri və sair məsələlərin müzakirəsi gözlənilir. Toplantıdan sonra Azərbaycan Yaşıllar Partiyasının həmsədri ilə Avropa Parlamentinin Avropa Yaşıllarından olan bir neçə üzvünün ikitərəfli görüşləri də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, Azərbaycan Yaşıllar Partiyası 2008-ci ildən Avropa Yaşıllar Partiyasının məşvərətçi səs hüquqlu üzvüdür və Avropa Yaşıllar Partiyasının tədbirlərində yaxından iştirak edir.
Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev RİA-NOVOSTİ agentliyinə müsahibə verib. (14.02.2011)
Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev "Faktxeber.com" saytına müsahibə verib. (26.01.2011)

18 Dekabr 2010-cu il tarixdə Gürcüstan Yaşıllar Partiyasının bir qrup nümayəndəsi Azərbaycanda səfərdə olmuşlar. Səfər çərçivəsində Azərbaycan Yaşıllar Partiyasının Siyasi Şurasının üzvləri, "İnsan naminə" siyasi partiyalar blokuna daxil olan partiyaların rəhbərləri ilə görüşlər keçirilmişdir. Görüşdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temurxan iştirak etmişlər. Görüşdə Cənubi Qafqazda ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ, Cənubi Asetiya və Abxaziya münaqişələri geniş müzakirə edilmişdir.
Azərbaycan Yaşıllar Partiyasının Gənclər Təşkilatının web səhifəsi artıq fəaliyyətdədir. Gənclər təşkilatının fəaliyyəti haqqında mütəmadi məlumatları bu saytdan öyrənə bilərsiniz: http://www.youngreens-az.com (05 dekabr 2010)
Bu günlərdə AYP-nin 4 il bundan əvvəl Ədliyyə Nazirliyinə qeydiyyatla bağlı təqdim etdiyi sənədlərə Ədliyyə Nazirliyi heç bir əsas olmadan mənfi cavab verib. Odur ki, Azərbaycan Yaşıllar Partiyası Ədliyyə Nazirliyini "birləşmək azadlığının pozulması" faktı ilə məhkəməyə verir. (10 noyabr 2010)
Azərbaycan Yaşıllar Partiyası 7 Noyabr 2010-cu il Milli Məclisə seçkiləri qeyri-demokratik adlandıran bəyanat qəbul etdi. (8 Noyabr 2010)
Azərbaycan Yaşıllar Partiyasının üç üzvü, Sevinc Kərimova, Abdülməcid Məcidov və İbrahim İsmayılzadə Milli Məclis seçkilərdə deputatlığa namizəd kimi qeydiyyata alındı (15 Oktyabr 2010)
Azərbaycan Yaşıllar Partiyasının 7 nəfər üzvü Milli Məclisə seçkilərdə mübarizə aparacaq.(28 Sentyabr 2010)
Azərbaycan Yaşıllar Partiyası Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiya (ALP) ilə birgə "İnsan Naminə" siyasi patiya bloku formalaşdırmaq qərarı verdi (25 Avqust 2010)
Azərbaycan Yaşıllar Partiyasının bir qrup münayəndəsi 26-30 Noyabr 2009-cu il tarixlərində Regional Konfransda iştirak etmə üçün Tbilisi şəhərində olublar.Tədbir Gürcüstan Yaşıllar Partiyasının təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə İsveç Yaşıllar Partiyasının nümayəndələri də iştirak edib. Konfransda Azərbayan Yaşıllar Partiyasının həmsədri Təranə Məmmədova çıxış edib. Çıxışın xülasəsini təqdim edirik.
1 İyun 2009-cu il tarixdə Azərbaycan Yaşıllar Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsasən iki məsələ müzakirə edilmişdir.
1. 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində AYP –nın iştirakı;
2. AYP-nın aylıq ictimai-siyasi jurnalının təsis edilməsi
    Siyasi Şurada birinci məsələ- 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində AYP –nın iştirakı geniş müzakirə edilmişdir. Əksmərkəzləşmə prinsipinin AYP üçün mühüm olduğu nəzərə alaraq, partiyanın seçkilərə qatılması qərara alınmışdır. AYP-nın digər siyasi qurumlarla və ya bloklarla əməkdaşlığı məsələsi də ciddi müzakirə edilmişdir. Partiyanın icraçı katibi Əli Əsədova və həmsədrləri Mayis Güləliyevəvə Təranə Məmmədovaya tapşırılmışdır ki, qarşıdan gələn bələdiyyə seçkilərində əməkdaşlıq məsələləri siyasi partiya və bloklarla müzakirə edilsin.
    • Gündəlikdə duran ikinci məsələ- Azərbaycan Yaşıllar Partiyasının aylıq jurnalının təsis edilməsi məsələsi də Siyasi Şura tərəfindən geniş müzakirə obyekti olmuşdur. Qeyd edilmişdir ki, partiyanın mətbu orqanının olması onun ideyalarının həm partiya üzvləri, həm də cəmiyyətdə geniş yayılmasında mühüm rol oynaya bilər. Jurnalın adı “Yaşıl Alternativ” kimi qəbul edilmişdir. Jurnalın Ədliyyə Nazirliyində qeydiyyata alınması və fəaliyyətə başlaması üçün zəruri olan texniki işlərin yerinə yetirilməsi üçün redaksiya heyəti müəyyənləşmişdir.

Azərbaycan Yaşıllar Partiyasının bir qrup nümayəndəsi Gold Smith Kollecin tədqiqat qrupu ilə birgə Azərbaycan regionlarında əhali ilə görüşlər keçirmişdir. Görüşlərdə əsas məqsəd Azərbaycan Yaşıllar Partiyasının bu ilin sentyabr ayında “Əsrin Müqaviləsinin” on beş illiyinə hə edilmiş beynəlxalq konfransa hazırlıq məqsədilə tədqiqatların aparılması olmuşdur. Görüşlər Ucar, Samux rayonlarında və Gəncə şəhərində keçirilmişdir. Əhali ilə görüşlər zamanı neft hasilatının son 15 ilə əhalinin sosial-iqtisadi həyatına təsirləri, BTC boru kəmərinin ekoloji təsirləri və icmaların gündəlik həyatına təsirlər tədqiq edilmişdir.
Görüşlər insidentsiz ötüşməmişdir. Belə ki, Samux rayonunun Hacallı kəndində görüş zamanı görüşün keçirildiyi evə 11 nəfərdən ibarət polis dəstəsi, Milli Təhlükəsizik Nazirliyinin Samux rayonu şöbəsinin nümayəndələri, Hacallı kəndi üzrə icra nümayəndəsi və bələdiyyə sədri daxil olaraq tədqiqat qrupunun dərhal ərazini tərk etməsini tələb etmişlər. Onlar BP/Azərbaycan şirkətinin prezidenti Şreyderin imzaladığı təlimata əsaslandıqlarını qeyd etmişlər. Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev Azərbaycan ərazisində BP/Azərbaycan şirkətinin yox, Azərbaycan Konstitusiyasının və Azərbaycan qanunlarının işlədiyini əsas gətirərək, Samux rayon polis idarəsinə getməkdən imtina etmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Samux rayon şöbəsinin nümayəndəsi ilə aparılmış bir saatlıq söhbətdən sonra tədqiqat qrupu üç saat polis nəzarətində qalmış sonra isə azad buraxılmışlar.
Azərbaycan Yaşıllar Partiyanın həmsədri Mayis Güləliyev bu hadisəni BP-nin Azərbaycan Konstitusiyasına və qanunlarına məhəl qoymaması ilə izah edir. O qeyd edir ki, hələ BTC çəkilməmişdən biz, BTC-nin keçdiyi ərazilərdə insanların gərginlik altında saxlanacağı ilə bağlı öz narahatlığımızı bildirmişdik. Təəssüf ki, bu belə də oldu. BTC-nin keçdiyi regionlarda BTC-nin təhlükəsizliyi bəhanəsi ilə insanların hərəkətinə ciddi məhdudiyyətlər qoyulur və onlar lüzumsuz yerə narahat edilirlər. Hadisə ilə bağlı BP/Azərbaycan şirkətinə etiraz edilmişdir. BP/Azərbaycan şirkətinin Azərbaycan Konstitusiyasına və insan hüquqları ilə bağlı beynəlxalq sənədlərə zidd olan təlimatı haqqında Böyük Britaniya hökumətinə məlumatlar verilmişdir. 

Azərbaycan Yaşıllar Partiyasının həmsədri, “Yaşıl Siyasət” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Mayis Güləliyevin müsahibəsini təqdim edirik http://www.express.com.az/second.asp?id=105963
Avropa Yaşıllar Partiyasının həmsədri, Avstriya Parlamentinin üzvü Ulrike Lunacek və İsveç Yaşıllar Partiyasının nümayəndəsi, Avropa İttifaqı parlamentinin keçmiş üzvü Per Kahrton Azərbaycanda dörd günlük (İyun ayının 9-dan 12-dək) səfərdə olmuşlar. Səfər çərçivəsində bir çox siyasi partiya və QHT ilə görüşlər keçirilmişdir. Səfər çərçivəsində Azərbaycan Yaşıllar Partiyasının Ali Məclisinin, Siyasi Şurasının və Gənclər Təşkilatının üzvləri ilə də görüşlər keçirilmişdir.
19 Aprel 2008-ci il tarixdə Azərbaycan Yaşıllar Partiyası Məclisinin növbəti iclası keçirilmişdir. İclasında AYP-nin növbəti prezident seçkilərində iştirak forması müzakirə edilmişdir. Mövcud ictimai-siyasi vəziyyəti və digər partiyalarla strateji fərqləri nəzərə alaraq AYP növbəti prezident seçkilərinə öz namizədi ilə - “yaşıl” namizədlə getməyi qərara almışdır. Məclis üzvlərinin yekdil razılığı ilə AYP –nin həmsədri Mayis Güləliyevin 2008-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsi qərara alınmışdır.
Azərbaycan Yaşıllar Partiyası (AYP) 16 Dekabr 2006-ci ildə keçirilən Təsis Qurultayında rəsmi olaraq təsis edilmişdir. Təsis Qurultayında Partiyanın Nizamnaməsi və Proqramı qəbul edilmişdir. (Azərbaycan Yaşıllar Partiyasının Qısa tarixi ilə yaxından tanış olun)
Mövcud ictimai siyasi proseslərə münasibətdə AYP-nın mövqeyi ilə digər siyasi partiyalar və siyasi hərəkatlar arasında ciddi fərqlər vardır. Belə fərqli baxışlar NATO-ya münasibətdə, Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycandakı fəaliyyətinə münasibətdə, Dağlıq Qarabağ probleminin dinc həlli yollarının müəyyənləşməsində və sair digər sahələrdə özünü göstərir. Belə ki,
Azərbaycan Yaşıllar Partiyası
• Xəzər regionunun, xüsusilə Xəzər hövzəsinin hərbiləşməsinin qəti əleyhinədir;
• Dağlıq Qarabağ probleminin DİNC YOLLA həllinə tərəfdar çıxaraq, hər cür zorakılığı, o cümlədən milli eqoizmi, şovinizmi və separatizmi pisləyir;
• NATO-nun genişlənməsini, o cümlədən Qafqazda genişlənməsini ciddi təhlükə hesab edərək pisləyir;
• Cənubi Qafqaz ölkələrinə “ayrılmaz siyasi orqanizm” kimi yanaşaraq bu ölkələrin hərbi neytrallığını təbliğ edir;
• Azərbaycanın mövcud Konstitusiyasında dövlət idarəçiliyinin təkmilləşməsini təklif edir;
• Seçki sisteminin təkmilləşməsini, həm parlament seçkilərində, həm də yerli özünüidarə qurumlarında proporsional seçki sisteminin tətbiqini təklif edir;
• Təyinatlı yerli idarəetmə qurumlarının geniş səlahiyyətlərinin seçkili bələdiyyə qurumlarına ötürülməsini təklif edir;
• neft hasilatını kəskin azaltmağı təklif edir;
• neft gəlirlərinin şəffaflığının təmin edilməsini tələb edir;
• neft gəlirlərindən bütün vətəndaşların bəhrələnmə imkanlarının yaradılmasını təklif edir;
• qeyri-neft sektorunun inkişafını təbliğ edir;
• alternativ enerji sahələrinə investisiyaların qoyulmasını təbliğ edir
• Beynəlxalq Maliyyə İnstitutlarının fəaliyyəti üzərində ictimai Nəzarətin təmin edilməsini təbliğ edir
• Cəmiyyətdə qadınların rolunun genişləndirilməsini təbliğ edir;
• Korrupsiyaya qarşı dayanıqlı mexanizmin yaradılmasını təklif edir;
• “Yaxşı idarəçiliyin” əsaslarının yaradılmasını təklif edir;
• İqtisadiyyatda ekoloji yanaşmanın vacibliyini önə çəkir
• Tullantıların azaldılmasını təbliğ edir, tullantıların idarə edilməsinin yeni texnologiyalar əsasında yenidən qurulmasını təklif edir
• Ərzağın və digər istehlak malların, xüsusilə enerji istehlakının azaldılmasına yönələn digər tədbirlərin həyata keçirilməsini təklif edir;
• Azərbaycanda atom energetikasının genişlənməsinin əleyhinə çıxış edir;
• Digər ölkələrlə, xüsusilə qonşu ölkələrlə dost münasibətlərin yaradılmasını təbliğ edir;
• Azərbaycanda yaşayan etnik qrupların dil və mədəniyyətlərinin, özünəməxsusluğunun inkişaf etdirilməsini vacib sayır.
10 Aprel tarixdə Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarının bir qrup nümayəndələri ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycanda prezident seçkisi öncəsi ictimai-siyasi vəziyyət, ölkədəki iqtisadi vəziyyət və müxalifət partiyaları qarşısındakı əsas vəzifələr müzakirə edilmişdir. Azərbaycan Yaşıllar Partiyası ilə Azərbaycan Demokrat Partiyası arasında əməkdaşlıq məsələləri də geniş müzakirə edilmişdir. Seçki Məcəlləsinin demokratikləşdirilməsi, əhalinin siyasi aktivliyinin artırılması məqsədilə birgə tədbirlərin keçirilməsinin vacibliyi qeyd edilmişdir. Görüş zamanı qərara alınmışdır ki, hər iki partiya arasında belə görüşlər müntəzəm keçirilsin.
Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev RİA Novosty Agentliyinin “Kür çayının ekoloji vəziyyətinə dair” təşkil etdiyi Telekörpüdə iştirak etmişdir. Telekörpüdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup nümayəndəsi və Gürcüstan tərəfindən Gürcüstan Yaşıllar Partiyasının Baş Katibi Georgi Kaçeçiladze və bir neçə ekoloq iştirak etmişlər. Telekörpüdə müzakirə edilən məsələlərə dair Mayis Güləliyev “Lider” və “İTV” televiziyalarına müsahibə vermişdir.
Azərbaycan Yaşıllar Partiyası 12 Mart tarixdə saat 15-də Azərbaycanın ekoloji təşkilatları və mütəxəssisləri ilə birgə tullantıların idarə edilməsinə və Ətraf Mühitə dair Dövlət Proqramına həsr ediləcək Dəyirmi Masanın hazırlıq görüşü keçirilmişdir.
27 Fevral 2008-ci ildə Gürcüstan Yaşıllar Partiyası ilə Azərbaycan Yaşıllar Partiyası Kosovonın birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə bağlıBIRGƏ BƏYANAT yaydılar
Kosovanın müstəqilliyi və bu hadisənin Dağlıq Qarabağ konflikti üçün presedent ola bilməsi Yaşıllar Partiyasının da müzakirə obyekti olmuşdur. Bu məsələlərlə bağlı Mayis Güləliyevin “Reytinq” və “Nəbz” qəzetlərində dərc edilmiş “Kosovo və Qarabağ” məqaləsini diqqətinizə çatdırırıq.
(16 Dekabr 2007)
(05 Dekabr 2007)
(01-02 Dekabr 2007)
(02 Dekabr 2007)
(27 Noyabr 2007)
(02 Noyabr 2007)
(05 Oktyabr 2007)

Комментариев нет:

Отправить комментарий