15.06.2011

Türk tarixi -2

İbrahim Sel                                    Professional Oxucu Liqası 


Haradan gəldiyini bilməyənlər hara getdiklərini bilmirlər, çünki, harada durduqlarından xəbərsizdirlər.

                   Erix Fayql.

II hissə: Mənim elim çinli paltarı geyinməz Çin adətlərini qəbul etməz

 441-ci ildə Atilla bizansların Konstansa bağlaşmasına riayət etməmələri səbəbindən Trakiyaya tərəf ilk səfərinə başladı, lakin Rum dövlətinin vasitəçiliyi ilə bu səfəri dayandırdı. Bizans tarixçisi Priskosun yazdığına görə, savaş tanrısı Arəşin itmiş olan qılıncı bir hun çobanı tərəfindən tapılıbmış Atillaya verilibmiş. Onun üçün, heç bir qüvvət Atillanın qarşısında dayana bilməzdi. Bu müəllif göstərir ki, həmin vaxtlar bütün jermenlər Atillaya tabe olub, Şimal dənizi Manş sahilinə qədər bütün yerlər Hun hakimiyyətinə girmişdi
 448-ci ildə Bizans imperatoru hundan qaçanları himayə etdiyinə vergiləri vermədiyinə görə, Atilla ikinci səfərinə başladı az müddətdə Bizans paytaxtını mühasirəyə aldı. Elə bu zamanda Bizans imperatoru tərəfindən keşiş Anatoliyus Atillaya barış xəbəri aparıb, barış bağlamağa müvafiq oldu. Bu barışın şərtlərinə görə, vergi üç bərabərə çıxıb, Dunay çayının güneyindəki Bizans torpaqlarının mühüm bir qismi hunlara verilir ayrıca altı min librə (funt) qızıl savaş xəsarəti ödəniləcəkdi. Bizans imperatoru Teodozyus üçün veriləcək illik vergi (2100 librə qızıl) mümkün deyildi, ona görə Atillanı aradan aparmaq üçün plan qurmağa başladı. Bigilan bu işə məmur edilərək, tarixçi Priskosun daxil olduğu bir heyətdə Atillanın yanına göndərildi. Atilla heyətlə gələn Edekonun vasitəsilə sui-qəsddən xəbərdar oldu qurduğu açıq məhkəmədə Bigilanı etirafa məcbur etdi.
 Atilla gələn nümayəndələrin heç birini cəzalandırmadı. O, Bzans imperatoruna həqarətaməz bir məktub yazdı. Məktubda belə yazdı: «Teodozyus Atilla kimi əsl bir atanın oğludur. Atilla atası Muncuqdan aldığı əsaləti mühafizə etmiş, lakin Teodozyus Atillanın vergi ödəyəni olmaqla, qul vəziyyətinə düşmüşdür. Teodozyus qulluq şərəfİni qoruya bilməmişdir. Çünki ağası olan Atillanın canına qıymaq istəmişdir».
 İmperator təşvişə düşdü, üzr istəmək üçün tezliklə yeni bir heyət göndərdi. Bu heyət Macarıstanın mərkəzində Atillanın paytaxtına gəldi. Heyət Atillanı gözlədiklərindən daha sakit gördü, çünki bu zamanda onun siyasəti dəyişmiş Ruma hücumun vaxtı çatmışdı.
 425-ci ildə Rum imperatorunun bacısı Honorya Atillaya nişan üzüyünü göndərdi. Atilla bu təklifin qəbulu ilə evlənmək cehizi olaraq imperatorluğun yarısını, yaxud ölkənin idarəsində şirkət qarışmaq haqqını istədi. Rum impreratoru Valentin baş komandan Aeitus bu təklifi rədd etdikləri üçün, Atilla iki yüz min nəfərlik ordusu ilə Rum dövlətinin müttəfiqi hamisi olan Qalliyaya yürüş elədi. Atilla ordusunun yarısını hunlar, qalan yarısını isə tabe olan qövmlər təşkil edirdi. Atillanın ordusu Reyn çayını keçib, Qalliyaya girdi Paris yaxınlığındakı Orlean şəhərinə gəldi. Bu zaman 200 min nəfərlik Rum ordusu da Aetiusun komandası ilə Atilla ordusunun qarşısına çıxıb, savaşa başladı. 24 saat çəkən bu savaşda hər iki tərəf ağır itki verdi (165 min nəfər) sonra geri çəkildilər.
 Ertəsi il (452) Atilla yüz min atlı ilə Ruma tərəf hücum etdi o günlər Rumun paytaxtı olan Ravenna şəhərini təhdid etdi. Rum imperatoru senat vəhşətə düşdülər, hər bahasına olursa-olsun barış istədilər. Bunun üçün məşhur papa Leo ilə bir heyət göndərildi. Bu heyət Minsyo çayının Po çayına qovuşduğu yerdə ordugah qurmuş Atillanın yanına gəldi ondan Rumu himayəsi altına almağını istədi. Atilla heyətin təklifini qəbul edib, ordusu ilə geri çəkildi Sasanilərə hücum etməyi düşünərək dünya imperatoru olmaq arzusuna düşdü. Elə bu ərəfədə bir gecə (ehtimala görə toy gecəsi) burun ağzından qan açılmasından öldü (453).
 Atillanın öümündən sonra xatunu Arıkkadan olan üç oğlu İlək, Dəniz İrnək atalarının yerini tuta bilmədlər. İlək Ətrişdə yağı olan jermenlərlə savaşda öldü. Dəniz imperatorluğun birliyi üçün mübarizə edərkən bir bizanslı tərəfindən öldürüldü. İrnək isə ordusu ilə Qara dənizin qərb sahillərinə geri çəkildi.
 Bundan sonra hunlar qərbi şərqi olaraq iki dəstəyə ayrıldılar: Azov dənizinin şimal-qərbində yaşayan kotriqurlar daha şərqdə, Don çayının Qara dənizə tökülən hissəsində oturan otriqurlar. Bunlar Bizanslıların təhriki ilə bir-birlərilə mübarizə edib savaşmağa başladılar nəhayət, VI əsrin ikinci yarısında avarların hücumu qarşısında məğlubiyyətə uğrayıb, onlara tabe oldular. Bundan sonra güney Rusiya çöllərinə avarlar hakim oldular.
 Atilla siyasəti Avropada dövlət quran indiki macarlar bolqarların təşəkkülündə böyük rol oynamışdır.
*****
 GÖKTÜRKLƏR. Tarixdə ilk dəfə türk adı ilə dövlət quran türk elləri göktürklərdir. Göktürk elləri müstəqil dövlət qurmazdan əvvəl cuan-cuanlara bağlı idilər- 552-ci ildə göktürklərin Aşina ailəsindən olan başbuğu Bumın cuan-cuanları yenərək, istiqlalını elan etdi Göktürk xaqanlığını qurdu. Göktürklər xaqanlıq qurmazdan əvvəl, yəni VI əsrin ilk yarısında Altay dağının şərqində həmsərhəd yerlərdə (Yarkənd, Kaşar, Kovçə b.) yaşayırdılar, əsasən dəmirçiliklə məşğul olub, cuan-cuanlara silah yayırdılar. Bumın xaqan olandan sonra qədim dövlət mərkəzi olan Otugeni paytaxt seçdi.
 Dövləti iki cinaha (şərq-qərb) bölmək qədim türk üsulundan gələn bir haldır. Ta qədimdən xalqımız qərblilər şərqlilər adlı iki cinaha ayrılıb
*****
 Bumın xaqan Qərb cinahının başına, istiqlal mübarizəsində onunla birlikdə çarpışmış kiçik qardaşı İstemi xanı seçib, həmin il vəfat etdi. Şərqi Göktürk xaqanlığına isə Bumının oğlu Kolo seçildi, lakin tez öldüyü üçün burda qardaşı Mu xan rəhbər oldu (553).
 Mu xanın zamanında dövlət çox qüdrətləndi. Şərqdə xətənlər quzeydə qırğızlar mərkəzi dövlətə tabe oldular. Mu xanın qızı Aşina Çin imperatoru Vuqi ilə evləndi (568).
 Bu zaman İstemi xan Sasanilər sülaləsindən olan İran şahı Ənuşirəvanla birləşərək eftaliləri aradan apardılar onların hakimiyyət məntəqəsini öz aralarında bölüşdülər. Ceyhun çayının (Amu-Dərya) quzey qismi türklərə verildi yenə ipək yolu türklərin əlinə düşdü. İstemi xanın qızı Ənuşirəvanla evlənərək İran məlikəsi oldu.
 572-ci ildə Mu xan öldü qardaşı Tapo xaqan oldu (572-581). Bu zamanlar Çinin şimalı türklərə tabe idi xaqan Çin impertorlarına «Oğlum» deyərək xitab edirdi. Tapo Tsi şahzadəsi ilə evləndi Budda məzhəbinə keçdi. Bu məsələ türklər arasında ixtilafa səbəb oldu, türk qayda ənənələrinin süstləşməsinə gətirib çıxardı. İmperatorluq zəyifləyib çökməyə başladı.
 Bizans tarixçilərinin yazdığına görə, Mu xan zamanında Göktürk imperatorluğu Mancuriyadan Qara dənzə qədər genişlənmişdi.
 İstemi xan öləndən sonra oğlu Tardu Qərbi Göktürk dövlətinin rəisi (yabğusu) oldu bu zaman iki Göktürk dövlətinin cinahlarında ixtilaf ayrılıq artdı.
 Tapo öləndən sonra isə Bumının nəvəsi İşbara şərq xaqanı oldu. Lakin Tardu onun hakimiyyətini tanımadı bu tarixdən sonra iki cinah müstəqil oldu (582).
 İşbara bədbin olduğu üçün ətrafdakıları özündən uzaqlaşdırdı o qədər zəif oldu ki, Çindən kömək diləyib bu dövlətin himayəsi altına girdi. Çin dövləti bu məsələdən faydalanıb, türklərdən Çin paltarı geymələrini Çin dilində danışmalarını, Çin qayda-qanunlarının qəbulunu istədi. Türk xaqanı Çin imperatoruna yazdığı məktubda belə deyir: «Sizə bağlı qalacayıq, xərac verəcəyik qiymətli atlar hədiyyə edəcəyik, amma dilimizi dəyişdirə bilmərik, dalğalanan saçlarımızı sizinki kimi kəsə bilmərik. Mənim elim çinli paltarı geyinməz Çin adətlərini qəbul etməz. Mümkün deyil, çünki millət bu xüsusda çox həssasdır döyünən tək bir ürək kimidir. İmperator Sui dünyanın həqiqi hakimidir. Göydə iki günəş olmadığına görə yerdə iki şah ola bilməz».
 Xaqanın Çinə təslim olması ilə üsyan qarışıqlar çoxaldı. Bu zamanda İşbara öldü (587), canişinləri Çulo Tulan da vəziyyəti islah edə bilmədilər. Çünki Çin səfiri türk xaqanlarının çinli arvadları daxildə qəsd intriqa törədirdilər. Nəhayət, 630-cu ildə çinlilər tərəfindən məğlub edildilər Çin imperatoru özünü rəsmən göktürklərin xaqanı elan etdi.
 582-ci ildə Tardu Qərbi hissənin istiqlalını bildirib, Şərqi hissəni özünə tabe etmək istədi. Bunun üçün o, Çinə hücum etdi. Çinlilər onun qoşununun keçdiyi yolların sularına zəhər qatıb, Tardunun əsgərlərini zəhərləyib qırdılar. Bu səbəbdən Tardu geri çəkildi (600). O, Şərqi Göktürkün bir çox məntəqələrinədək irəliləyib, bir müddət imperatorluğu demək olar ki tamamilə ələ aldı Bilge xaqan ləqəbini götürdü (Bilge- ağıl fərasət sahibi mənasındadır).
 Tardu çox sərt qaba olduğu üçün el arasında iğtişaşlara səbəb oldu monqollarla savaşda itib getdi (603).
 Tardudan sonra üsyanlar artdı. 618-ci ildə Tardunun nəvəsi Tunk Yabğu xaqan olub, bir müddət vəziyyətə hakimlik etdi. Lakin bir müddət sonra Nuşiyi Qarluq elləri üsyan elədlər. Bu üsyanlarda Şərqi Göktürk xaqanı Kiye-Linin əli vardı. Tunk Yabğu xaqanlığın qərb qanadı Tolular iligi (kiçik xaqanı ya yabğusu) olan əmisi Baqaturla mücadilədə öldü (629). Ondan sonra Qərbi xaqanlıq parçalandı Çin himayəsini qəbul etdi, nəhayət, 658-ci ildə Çin tərəfindən darmadağın edildi.

Комментариев нет:

Отправить комментарий