15.06.2011

Vaynşteyn qardaşları Madonnanın yeni filmini aldılar


madonna“The Weinstein Company” şirkəti Madonnanın rejissoru olduğu ikinci filmin kirayə hüqunu alıb. Şirkətin yaydığı press-relizdə belə deyilir.
Bundan əlavə, “Biz Sevgiyə inanırıq” (W.E.) adlı bu filmin süjeti məlum olub. Hadisələr Nyu-York sakini Uolli Uintrop ətrafında cərəyan edir. Bu qadın kral VIII Eduardın amerikalı Uollis Simpsonla macərasına pərəstiş edir və bunu ideal sevgi əhvalatı hesab edir. Xatırladaq ki, Simpsonla evlənmək üçün Eduard taxt-tacdan qardaşı VI Georqun xeyrinə imtina edir.
Uintrop bu cütlüklə bağlı əşyaları alır və onların birgə həyatlarını bütün təfərrüatlarına qədər bərpa etmək istəyir. Tezliklə məlum olur ki, Simsponla Eduardın münasibətləri idealdan çox uzaq imiş.
Filmdə baş rolları Ebbi Korniş (Uolli Uintrop),  Ceyms D`Arsi (VII Eduard) və Andrea Rayzboro (Uollis Simpson) ifa edirlər. Ekran əsərində  Madonnanın qızı 14 yaşlı Lurdes də çəkilib. O, qəhrəmanın gəncliyini canlandırır.
Lent əsəri 2011-ci ildə efirə çıxacaq. Maraqlıdır ki, film üzərində iş zamanı Madonnaya kral ailəsinin üzvləri də məsləhətçi qismində yardımçı olublar.

Комментариев нет:

Отправить комментарий