15.06.2011

“Yad”ın kənarındakı ərəb


Albert Kamyunun absurd fəlsəfəsindən doğan “Yad” povestini oxumağı bitirərkən bir tərəfdən gilyotin altına düşən qəhrəmanın ölümünü düşünməklə yanaşı (halbuki biz onun edam səhnəsini görmürük) faktik öldürülən ərəbin də taleyini göz önünə gətirirəm.
…İnsanın otuz və ya yetmiş yaşında ölməsinin heç bir mahiyyətinin olmaması düşüncəsini yazar öz qəhrəmanının yaşamında əks etdirsə də, öldürülən ərəb üçün yaşamın nə anlam daşıdığını təəssüf ki, görə bilmirik.
Cənab Merso yaşam yaşamağa dəyməyən və ya nə cür yaşamağın heç bir önəmini axtarmayan bir düşüncəyə sahiblik etsə də, ərəbin öldürülməsinin əhəmiyyətsizliyinə haqq qazandırılması doğrudurmu?
Aydındır ki, povestdə məhkəmə qəhrəmanı cinayətkar, anasının ölümünə də üzülə bilməyən qorxunc bir varlıq kimi səciyyələndirir, amma qəhrəman gilyotinə getdiyi ana qədər özündə hər hansı bir günahkarlıq hissi görmür. Bir halda ki, qəhrəman öz yaşamının mənasız olduğu düşüncəsindədir, başqa birinin öldürülməsi qəhrəman üçün sıradan bir olay olduğu anlaşılır.
Hətta fransız Salamanonun iti ilə münasibətdə obrazın iç dünyası açılsa da, öldürülən ərəbin dünyası heç bir önəm daşımır.
Raymond ərəb qadını döydüyü halda, Mersonun onun lehinə şahidlik etməsi də bu qəbildəndir.
Yəni suçlu tərəf bütün hallarda fransızlar olduğu halda, heç bir iç dünyası açılmayan ərəblərin taleyini absurd fəlsəfəyə bağlamaq doğrudurmu?
Bilindiyi kimi, əsərin yazılmasından üç il sonra fransızlarla əlcəzairliləri soyqırıma uğradırlar.
Dilqəm ƏhmədEynilə Mersonun ərəbi öldürdüyündə yaşadığı etinasızlığı, fransızlar da Əlcəzairdəki ərəbləri öldürərkən göstərdilər.
Bu Kamyunun dahiliyi idi.
Fransızların nihilizmə sürükləndiyini öncədən görə bilmişdi.



Dilqəm Əhməd

Комментариев нет:

Отправить комментарий