15.06.2011

Yaşamaq üçün ən yaxşı ölkə

Yaşamaq üçün ən yaxşı ölkə thumbnail

BMT ekspertləri yaşamaq üçün ən yaxşı ölkəni müəyyənləşdirib.
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Norveçdir. 2001-ci ildən başlayaraq, «İnsan potensialının inkişaf indeksi» məhz bu ölkədə ən yüksək həddədir.
Son açıqlamada bildirilir ki, norveçlilər orta hesabla 81 il yaşayır. Onların orta illik gəliri 58,8 min dollardır.
Norveçlə yanaşı, yaşamaq üçün ən yaxşı ölkələrin ilk beşliyində Avstraliya, Yeni Zelandiya, ABŞ və İrlandiyanın adları yer alıb. Siyahıda ən sonuncu – 169-cu pilləni Zimbabve tutur.

Комментариев нет:

Отправить комментарий