16.06.2011

Əyyubovun şəriki “Azadlıq”dan qaçdı

Ədalət Şükürovu döyən Qalib Məmmədov baş verənlərə aydınlıq gətirməkdən yayındı

Müğənni Ədalət Şükürovun “Neon” şadlıq sarayında döyülməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, müğənni toyda fonoqram oxuduğuna görə döyülüb. Ədalət Şükürovu döyən isə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun şəriki, məşhur iş adamı Qalib Məmmədov olub. Müğənnini toya da elə Qalib Məmmədov dəvət edib.
Ədalət Şükürov da “Azadlıq”a açıqlamasında xəbəri təsdiqləmişdi. Müğənni bildirmişdi ki, onu vuran şəxs sonradan üzr istəyib: “Məni vurdu, payını aldı, sonra da üzr istədi. Bu olay fonoqramla bağlı olmayıb. Sadəcə həmin şəxs içkili olub”.
Dünən Qalib Məmmədovla əlaqə saxlayıb onun da məsələylə bağlı mövqeyini öyrənmək istədik. Lakin dəfələrlə zəng vursaq da, iş adamı telefonu açmadı. Sonradan Qalib Məmmədovun nömrəsindən redaksiyanın mobil telefona zəng gəldi. Bizimlə söhbət edən şəxs bildirdi ki, Qalib Məmmədovun dostu olduğunu bildirdi. “Qalib müəllim, telefonunu unudub” deyən həmsöhbətimiz iş adamını nə üçün aradığımızı öyrəndi. Biz də Ədalət Şükürovla bağlı insident barədə Qalib Məmmədovun adının hallandığı deyərək onun da mövqeyini öyrənmək istədiyimizi bildirdik. Iş adamının dostunun cavabı isə belə oldu: “Qalib müəllim, gələndə deyərəm sizinlə əlaqə saxlasın”. Lakin axşam saatlarına qədər gözləsək də, Qalib Məmmədovdan zəng gəlmədi. Yenidən özümüz zəng vurduq. Bu dəfə də iş adamının telefonu susdu.
Beləliklə Bəylər Əyyubovun şəriki Ədalət Şükürovla bağlı iddiaları cavablanlırmaqda yayındı.

Комментариев нет:

Отправить комментарий