03.10.2011

Sionizm anti-semitizmi qızışdırır


Mayis Güləliyev

Sionistlər digər ölkələrdə yaşayan yəhudilərin cəmiyyətə inteqrasiyasına təhlükə yaratmaq və onların bir mərkəzdən idarə edilməsinə nail olmaq istəyirlər

Azərbaycan cəmiyyətində sionizm haqqında, onun iqtisadi və siyasi mahiyyəti haqqında, sionizm və anti-semitizm haqqında  çox az məlumatlar vardır. Görünür elə bunun nəticəsidir ki, İsrail-Fələstin arasındakı çox illik  münaqişə, həmçinin Yaxın Şərq problemləri ictimai və siyasi diskussiya obyekti ola bilmir. 2006-cı ildə İsrail-Livan müharibəsi də Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmadı. Nəzərə almaq lazımdır ki, Sionizm ideologiyası, ABŞ-ın  Yaxın Şərq siyasəti və Azərbaycanın gələcəyi bir birindən o qədər də uzaq olmayan problemlərdir. Odur ki, Yaxın Şərq problemlərinin başa düşülməsi üçün sionizmin mahiyyətinin, onun anti-semitizmlə əlaqəsinin araşdırılmasına ciddi ehtiyac vardır.
Tarixi faktlar göstərir ki, sionizm ideologiyası  hələ tam formalaşmamışdan əvvəl Avropada bəzi yəhudi qrupları “yəhudi məsələsini” gündəmə gətirərək öz iqtisadi və siyasi maraqları üçün mövcud vəziyyətdən istifadə etməyə cəhd göstərirdilər. Bu ölkələrdə kifayət qədər güclü iqtisadi mövqeyə malik olan yəhudi oliqarxları yəhudilər üçün müstəsna siyasi hüquqların əldə edilməsinə və bununla da yerli hökumətləri  nəzarətə  almağa cəhd göstərirdilər.   Bu qruplar sadə yəhudilərin və  yerli hökumətlərə rəğbəti olmayan xarici ölkələrin dəstəyini qazanmaq üçün cəmiyyətdə yəhudilərə qarşı diskriminasiyanın genişlənməsində  maraqlı idilər. Sionizmin formalaşmasından sonrakı dövrlərdə də sionistlər anti-sionizmi bütün yəhudilərə qarşı planlı mübarizə kimi xarakterizə etməyə cəhd göstərmişlər. Bu tendensiya bu gün də davam edir. Belə ki, sionistlər anti-sionizmi hətta anti-semitizmlə  eyniləşdirməyə cəhd göstərərək öz irqçi mahiyyətlərini və bu ideologiya arxasında dayanan qlobal iqtisadi maraqları  pərdələməyə çalışırlar. Anti-semitizm və anti-sionizm arasındakı ciddi fərqlərlə bağlı  xeyli məqalələr yazılmış və diskussiyalar aparılmışdır.
Semitlər kimdir?  Semitlər Yaxın Şərqdə yaşayan, etnik və antropoloji cəhətdən bir-birinə yaxın qohum olan xalqlardır. Bu xalqlar eyni kökə malik olan dillərdə danışırlar. Bu xalqlardan   ən çoxsaylı olanı ərəblərdir. Statistik məlumatlar göstərir ki, yəhudilər semit xalqlarının təqribən 10  faizini təşkil edir.
Anti-semitlər isə semit xalqlarının, yəni ərəblərin, yəhudilərin və digər semit xalqlarının hüquqlarının digər xalqların malik olduqları hüquqlara nisbətən məhdudlaşdırılmasına çalışan və cəmiyyətdə onların diskriminasiya olunmasına cəhd edən hər bir fiziki və ya hüquqi şəxsdir. Anti-semitizmin belə təyinindən aydın olur ki, İsrail dövlətinin hər hansı siyasətinin tənqid edilməsinin anti-semitizm kimi xarakterizə edilməsi kökündən səhvdir. İsrail-Fələstin  qarşıdurmasında fələstinin xalqının hüquqlarının müdafiə edilməsi və ya İsrail-Livan müharibəsində İsrail təcavüzünün pislənməsi anti-semitizmdirmi? Əlbəttə yox! Bəs İsrail qoşunları tərəfindən minlərlə fələstinlilərin və digər ərəblərin öz yurdlarından qovulması anti-semitizmdirmi?  Sionist ideologiyasını qəbul etməyən və İsrail dövlətinin Yaxın Şərqdə gərginlik ocağı olduğunu deyən yəhudilər anti-semitdirmi? Göründüyü kimi, sionistlər anti-semit deyəndə semitlərə qarşı və ya  yəhudilərə qarşı diskriminasiyanı deyil, əslində sionistlərə qarşı hər hansı fəaliyyəti,  tənqidi nəzərdə tuturlar. Əlbəttə, belə yanaşma təsadüfi deyil. Sionistlər belə yanaşma ilə sionizmin irqçi mahiyyətini gizləməklə yanaşı, həm də digər ölkələrdə yaşayan yəhudilərin cəmiyyətə inteqrasiyasına təhlükə yaratmaq və onların bir mərkəzdən idarə edilməsinə nail olmaq istəyirlər. Belə addımlar sionizmin təşəkkül tapdığı dövrdən sonra daha ciddi xarakter almışdır. Başqa sözlə desək, anti-semitizm sionizmin ideoloji dayaqlarından biridir və onun mahiyyətindən doğur.
1975-ci ildə  BMT-nın Baş Assambleyasının 30-cu sessiyası sionizmi  irqçi ideologiya adlandırsa da İsrailin Yaxın Şərqdə digər xalqlara qarşı irqçi təcavüzünün qarşısının alınması istiqamətində konkret tədbirlər görülməmişdir. Bu onunla bağlıdır ki, sionizmin irqçi xarakteri əslində böyük dövlətlərin iqtisadi və Yaxın Şərqdəki siyasi maraqları ilə üst-üstə düşür. Artıq hec kəsə sirr deyil ki, sionizmin əsas himayəçisi ABŞ-dır. İsrail dövləti nəinki ABŞ-ın Yaxın Şərqdə müttəfiqidir, hətta onun Yaxın Şərq üzrə siyasətinə ciddi təsir göstərir. “Biz Amerika siyasətinə nəzarət edirik və Amerika xalqı bunu bilir” deyən Ariel Şaronun fikirləri ilə razılaşmamaq olmur. Belə ki, 1948-ci ildən başlayaraq ABŞ tərəfindən İsrailə  edilmiş maliyyə yardımlarının miqdarı ABŞ-İsrail əməkdaşlığında əsas hədəflərin heç də yalnız iki ölkə arasındakı adi müttəfiqlik münasibətləri səviyyəsində olmadığından xəbər verir. Məsələn, 1949-cu ildən 1997-ci ilədək ABŞ tərəfindən İsrailə 85 milyard dollar maliyyə yardımı edilmişdir. Bu hər bir İsrail vətəndaşına 15 min dollar kömək deməkdir. Görəsən bu vəsaitlər yalnız İsraildə yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına sərf edilibmi? Əlbəttə yox! Bu məbləğin böyük hissəsi İsrailin hərbi qüdrətinin möhkəmlənməsinə  və digər ölkələrdən yəhudilərin İsrailə axınını təşkil etməyə sərf edilmişdir. İsraildə həyat şəraitinin ABŞ maliyyə yardımları ilə süni olaraq yaxşılaşdırılması, ilk baxışda, sadə yəhudilərin İsrailə qayıdışını stimullaşdırmaq məqsədi güdsə də, əslində, digər ölkələrdə yəhudilərə qarşı anti-semit əhval-ruhiyyəsinin güclənməsinə də səbəb olmuşdur.  Belə bir siyasət sionizm ideologiyası formal olaraq yaranandan sonra Avropa ölkələrində geniş istifadə edilmişdir. Məsələn, 1933-cü ildə hələ Hitlerin hakimiyyətdə tam möhkəmlənmədiyi vaxtda sionist ideologiyasını müdafiə edən Amerika  Yəhudi Konqresi Almaniya mallarının alınmasını boykot etdi. Bu haqda məlumatlar Londonun Daily Ekspress qəzetində “Yəhudilər Almaniyaya müharibə elan etdilər” başlıqlı yazıda geniş yayıldı. Yazıda Almaniyaya qarşı Yəhudilər tərəfindən “müqəddəs müharibənin” başlandığı elan edilirdi. Qəzet Alman mallarının boykot edilməsini və   Almaniyanın iqtisadi maraqlarına qarşı mübarizəyə qalxmağı təbliğ edirdi. Qəzet yazırdı ki, “ indi Almaniya onun maliyyəsinin, ticarətinin və sənayesinin boykotu ilə üz-üzə dayanıb. Nyu-Yorkda, londonda, Parisdə və Varşavada yəhudi biznesmenlər Almaniyaya qarşı iqtisadi “səlib  yürüşünə” başlayırlar”.  Bu məqalə dünyanı Almaniyaya qarşı etiraz mitinqlərinə çağırırdı. 27 Mart 1933-cü ildə Hitler əleyhinə keçirilən mitinqdə 40 mindən çox  insan toplanmışdır. Bir daha qeyd edək ki, bu hələ Almaniyada Hitlerin kifayət qədər güclü olmadığı  dövrdə və Almaniyada anti-semit şüarlarının “yada düşmədiyi” vaxtlarda baş vermişdir. Məhz bundan sonra, yəni 28 Mart 1933-cü ildə, Hitler yəhudi mağazalarının və mallarının boykot edilməsi haqqında çıxış etdi. Anti-sionist yəhudilərin özləri bu hadisəni sionistlər tərəfindən düşünülmüş və həyata keçirilmiş təxribat kimi qiymətləndirirlər.
Tarixi faktlar sübut edir ki, Almaniyada sonrakı dövrlərdə sadə yəhudilərə qarşı anti-semit əhval-ruhiyyəsinin artması, təkcə faşist Almaniyasının xarakterindən irəli gəlmirdi, həm də, bu addımı atmağa onu təhrik edən sionist ideologiyasının mahiyyətindən və bu ideologiya arxasında gizlənən iqtisadi və siyasi məqsəddən irəli gəlirdi.   Əlbəttə Hitlet Almaniyasının bu addımı sionistlərin məqsədlərinə tam uyğun oldu və Almaniyada yaşayan çoxlu sayda  yəhudini Fələstinə köçməsinə “stimul” yaratdı.  
Tarixi faktlar göstərir ki, sionizm ideologiyası nəinki  mahiyyətcə anti-semitdir, həmçinin müxtəlif ölkələrdə anti-semitizmin qızışdırmasında onun rolu az deyil. Sovet İttifaqının süqutu və Yaxın Şərq  hadisələrində sionizmin dağıdıcı rolu  danılmazdır. Lakin unutmaq lazım deyil ki, hər bir dağıdıcı qüvvə cəmiyyətlərdə “sosial və siyasi immunitet” yaradır. Təbiətin öz-özünü tənzimləmə gücü var. Onun harmoniyası pozulanda fəlakət baş verir. Təbii fəlakətlər təbiətdə pozulmuş harmoniyanın bərpa prosesidir. Cəmiyyət də harmoniya ilə  yaşamalı və idarə edilməlidir. Ölkələrarası münasibətlər də cəmiyyət üçün vacib olan təbii və obyektiv qanunlarla tənzimlənməlidir. Hər bir cəmiyyətdə müxtəlif qanunlar və adət ənənələr hökm sürsə də, tarixin sınağından yalnız  elələri keçə bilir ki,  təbii qanunauyğunluğu və harmoniyanı pozmasınlar.  Müasir dövrdə cəmiyyətin harmonik inkişafının əsasında dayanan “insan hüquqları” anlayışı əslində insan cəmiyyəti formalaşdığı dövrdən bu günə qədər onlar arasındakı   münasibətlərin mahiyyətini müəyyən edib. Bəzən bu aydın sezilməsə də hadisələrin gedişinə və inkişafına dolayısı ilə təsir edib. Dünya tarixi “müharibələr tarixi” kimi deyil, “insan hüquqlarının müdafiəsi və inkişafı tarixi” kimi öyrənilərək yazılsaydı daha başa düşülən və ibrətamiz olardı. Belə yanaşa ölkələrarası münasibətlərdə bu gün aparıcı olan “cəngəllik qanununun” daha aydın başa düşülməsinə və ona aşkar müqavimətin formalaşmasına dəstək ola bilərdi. Belə yanaşma “terrora qarşı müharibə” adı ilə bütöv bir xalqın maddi və mənəvi  məhvinə rəvac verən ABŞ hegemonluğuna  son qoymaq üçün tərəqqipərvər  bəşəriyyəti birləşdirə bilərdi. Belə yanaşma sionizm ideologiyasının və Yaxın Şərq problemlərinin, Beynəlxalq Maliyyə İnstitutlarının maliyyə fırıldaqlarının və ya humanitar yardım göstərmək adı ilə dünyaya səpələnmiş ABŞ fondlarının  mahiyyətini daha düzgün anlamağa kömək edə bilərdi. Belə yanaşma bir daha təsdiq edə bilər ki,  sionizm də, digər millətçi ideologiyalar kimi, öz xalqını təhlükəyə sürükləyərək, əslində bu və ya digər qurumların iqtisadi və siyasi maraqlarına xidmət edir və insan hüquqları dəyərlərinə ziddir. 

Комментариев нет:

Отправить комментарий