Страницы

16.11.2011

Əxlaqsızlıq da dəb olarmış...

Ancaq bizdə oxuyun!


Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı

Ölkənin adlı-sanlı xəbər saytlarından biri əməlli-başlı qatıqlayır. Saytın işi-peşəsi inəkdodaqlı, ayı bədənli Poşik Güneli izləməkdir. Guya sənəti, gözəlliyi, qadınlığı və səviyyəsi olmayan bu pişiyin həyatı oxucular üçün çox maraqlıdır. Axı kimin nəyinə lazımdır Günel hara getdi və ya kiminlə nə etdi. Bu günlərdə isə xəbər saytlarından biri yazır ki, teleaparıcılardan biri özünə səhərə qədər ad günü keçirib. Varlığa nə darlıq. Amma teleaparıcının Pamela Andersona oxşadığını görəndə onun gerçəkdən çox varlı birisi olduğunu qət etdim. Dünyaca ünlü pornoulduz Pamela Anderson deyəndə hamının gözləri önünə iri, slikonlu döşlər gəlir. Bu döşlərin sayəsində Pamela məşhur oldu, varlı oldu, pornoulduz oldu, xülasə, hər şey oldu.

Deyirlər ki, bizim Pamelanın səhərə qədər etdiyi ad günündə ölkə şouxanasının adlı-sanlı maviləri və lezbiyanları iştirak edib. Onların arasında elə mavi stlistlər olub ki, hətta ad gününün sona çatmadığını görüb, artıq hisslərini gizlədə bilməyiblər, elə adamların ortasındaca bir-birlərini yalaşdırmağa başlayıblar. Əslində burda pislənəsi və ironiya ediləsi heç nə yoxdur. Biz Avropaya inteqrasiya olunuruqsa, belə şeylərə gözümüz alışmalıdır. Amma məni yandıran başqa zaddır e. Bu mavi stilistlər, bu cinsi bilinməyən silikon sinəli, gel dodaqlı “canlıların” bəzədiyi qadına hansı normal kişi qadını kimi baxa bilir? Bir sözlə bu ölkədə aləm qarışıb bir-birinə, it yiyəsini tanımır ki, tanımır.
Ad günündə üstəlik, klipmeykerlər Nail Naiboğlu, Zöhrab Ağayev, prodüser-təşkilatçı Roland Bayramov, Pərviz Fəqan, müğənnilər - Səidə Dadaşova, Elnur, Natavan Həbibi, Niyaməddin Səlami, Vüqar Muradov, Vaqif Şıxəliyev, Əkbər, o cümlədən stilistlər Anar Ağakişiyev və Anar Məmmədov, modelyer Sako və başqaları da iştirak edib. Lakin müğənni Samira bu məclisə qoşulmayıb. Çünki şouxanamızda əxlaqı olan bir –iki nəfər qadından biri də Samirədir. Təşəkkür edirik Samirə.
Ad günü xəbərində onu da qeyd ediblər ki, paytaxt restoranlarının birində təşkil olunan bu məclis daha sonra prodüser Roland Bayramovun və Kamal Cenk İçtənin rəhbəri olduqları gecə klubunda bəzi qonaqların iştirakı ilə davam edib. Deyirəm, bu Çenk İştəni Türkiyədən Azərbaycana ötürənin goru yansın və ya sağdırsa baldırına yara çıxsın, oyum-oyum oyulsun. Bu Çenk bu ölkəyə gəldi-gəlmədi telekanallarımız döndü şouxanaya. Gündə şou yarışması, gündə vur-çatlasın. Nə isə, dərdimiz deməklə qurtaran deyil.

Nəvəsini orta məktəbə yola salıb, ərə getdi və...

“Deyirlər ki, çoxdan Bakıda deyiləm. Əslində, bir neçə günlük Türkiyəyə getmişdim. Əsas iş yerim buradır, yeni mahnılar yazdırıram. İki-üç gün sonra isə Xanım İsmayılqızının bəstələdiyi yeni mahnını yazdıracağam. Bəlkə klip də çəkdirdim. Hələ bilmirəm”.
Bu sözləri müğənni Sevda Əliqızı deyib. Sevda Əliqızı deyəndə nədənsə gözlərimin önünə manıs Səməd Səmədov gəlir. Özü də qara iti ilə. Yəhudi mənşəli manıs nədənsə bu itini yaman çox istəyir. Həmişə Səmədi görəndə fikirləşirəm ki, görəsən bu manıs qara itini çox istəyir, yoxsa sarışın Sevanı? Əntiqə sualdır hə?
Xülasə, nənəm demişkən, bu sözü qoyub, o sözə keçdim, amma mövzu yenə də Sevda xanımdır. O bildirib ki, bir vaxtlar duet oxduğu Səməd Səmədovla indi yalnız toylarda çıxış edir. Efirdə isə ancaq solo oxuyacaqlar: “Kiminləsə duet oxumağı hələ ki, fikirləşmirəm. Onsuz oxumağın çətin olacağını düşünmürəm, çünki həyatım boyu tək oxumuşam. Səmədlə 12 ildir, oxuyuram, amma əvvəllər tək olmuşam. Bunu hamı bilir. Sadəcə, onunla illər boyu birlikdə oxuduğumdan hamı düşünür ki, duetimiz var. Lakin bu, yanlış fikirdir. Hətta onunla işləyəndə də yaradıcılığımla məşğul olmuşam. Amma artıq yetər, duetlərin sonu çatdı!” Çox dəhşətli bəyanatdır. Ola bilsin bu bəyanatdan sonra Səməd Səmədov manıslığın daşını atıb, üz tutdu rahibliyə. Dəhşət. O zaman görün, şouxanamız nə boyda simasını itirəcək. doğrudan da şouxanamızın siması manıs Səmədin simasına bənzəyir.
Amma sonda S.Əliqızı həmkarları Aygün Kazımova və ya İradə İbrahimova təki Türkiyə şou-biznesinə qatılacağından danışıb:
“Qoy, bir az vaxt keçsin. Ona görə də burada çoxlu işlərim var, onlarla məşğulam. Təkliflər alıram. Lakin tələsmirəm, görək sonra nə olur”. Bah, guya Türkiyədə Aygünü və ya İradəni tanıyan var. Qətiyyən, belə deyil. Türkiyədə azərbaycanlı manıs Yüngülvari Günellə, biknili Günaydan başqa heç kimi tanımırlar. Hətta bu günlərdə bunu Türkiyədə yaşayan manıs Səidə Dadaşova da etiraf etdi. O deyib ki, Türkiyədə heç bibim Brlliant Dadaşovanı da tanımırlar.
Sözümün canı var e, bu Sevdaya deyən gərəkdir ki, sən nəvəni orta məktəbə yola salıb, türk sevglinə ərə gedəndə bir gün geri dönəcəyini “duetlərinə” “son” deyəcəyini heç düşünmürdün?

Sən demə, anadan olandan səhnədə hoppanıb düşən Sevdanı növbəti əri səhnəyə qısqanmayıb. Niyə də qısqansın axı? Axmaqdır bəyəm? Ağıllı kişidir görünür, yəqin deyib ay arvad, get oxu, oyna nə istəyirsən elə, amma axşam evə cibidolu gəl. Əla.

Vay anam, vayyyy, Cəmilə gəlliiiiir...

Eviniz tikilsin, day başımıza hər cür zad gəldi, bircə bu qalmışdı elə. İndi də lütbala manısımız Cəmilə aparıcılıq edəcək. A-namus əldən getdi ki. Deyir neçə vaxtdır Cəmilənin başı elə bu şou-proqramın çəkilişlərinə qarışıb.
Xəbər saytı bu xəbəri çox maraqlı tərzdə elan edib: “Elit-star Cəmilə tamaşaçıların qarşısına yeni görkəmdə və yeni formatda çıxacaq”. Çox maraqlıdır, görəsən Cəmiləni hansı dizayner format edib? Zalımın qızı elə bil kompyuter zaddır ki, bunu da formatlayırlar.
Heç soruşmadınız axı bu Elit-Star olmamış Cəmilənin  şou-proqramının adı nədir? Sizcə nə olar? Əlbəttə “Elit-şou”. Məncə bu əsl “Elit-rəzalət” olacaq.
Hələ bu harasıdır, Cəmilə Əl Oyunları Sarayında solo konsert verəcək. İlahi, görəsən, Cəmilə bu konsertdə əyninə paltar geyinəcək? Məni indidən dərd götürüb e...

İbrahim Borçalı, yoxsa, Nadir Qafarzadə?

İbrahim Borçalı həmkarı Nadir Qafarzadənin Rusiya şou-biznesinə qatılma fikirində olduğu zaman hətta adını belə dəyişdirdiyini sərt şəkildə tənqid edib. Deyirəm, bu İbrahim Borçalı lap geridəqalmışdır e. Adamdan soruşarlar ki, ay bala, əgər Nadir adını dəyişib, onu Rusiya şou-biznesinə soxuşduran iş adamı İlqarın adına uyğun Eldar qoymasaydı və ya burnunu kəsdirib fındığa döndərməsəydi kimə gərək idi? Əslində bütün bunları Borçalıdan olan manıs yaxşı bilir e, amma özü altdan-altdan köz qoyur ki, Nadir tüstüləsin. Heş nə, əslində quruca paxıllıqdan başqa bir şey deyil bu. Çünki yazıq Nadir min dəfə telekanallarımızın baş mərsiyəçiləri Nanə Ağlamalinskinin və İlham Gözüyaşlının verilişində zarıyıb, göz yaşı axıdıb, lap arvad kimi hönkürüb ki, vallah-billah mən səhnəyə peraşki sata-sata çıxmışam. İndi camaat nədənsə Nadirin CİP-ni həzm edə bilmir də. Heç nə vallah quru paxıllıqdan başqa bir şey deyil.

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий