07.01.2012

ABŞ-İRAN MÜHARİBƏSİ VİRTUAL ALƏMDƏ


ABŞ və İran arasında artan gərginlik virtual aləmə də keçib. Tehran, İrana hücum təşkil edən Amerika "Battlefield 3" kompyuter oyununa cavab olaraq "Təl-Əvivə hücum" oyununu yaxın günlərdə satışa buraxacaq.

İran Milli Kompyuter Oyunları təşkilatının rəhbəri  Bəhruz Minayi bildirib ki, İranın digər sahələrdə olduğu kimi virtual aləmdəki strategiyası da hücuma qarşı hücumdur. Buna görə də İran əleyhinə hazırlanan "Battlefield 3" oyununa cavab olaraq yeni kompyuter oyunu ilə cavab verəcəyik.

Minayi ABŞ yerinə niyə İsraili seçdiklərini isə belə cavab verib: "Vaşinqtona ediləcək hücum oyunu ABŞ-ı, Təl-Əvivə ediləcək hücum kimi narahat etməzdi. Ona görə İsraili seçdik."

İranlı rəsmilər həmçinin bildiriblər ki, oyunla bağlı ABŞ-a rəsmi etirazlarını bildiriblər. Ancaq cavab gəliməyib.

Qeyd edək ki, "Battlefield 3" adlı oyununun bəzi yerlərində Amerika əsgərləri İrana hücum edərək paytaxt Tehran küçələrində İran əsgərləri döyüşürlər.

Комментариев нет:

Отправить комментарий