07.01.2012

“ABŞ-ın sabiq prezidenti homoseksual olub”

Riçard Niksonun “Bəbə” ləqəbli sevgilisi ilə şəkli yayımlanıb 

“Watergate” qalmaqalından sonra istefa verən ABŞ-ın sabiq prezidenti Riçard Niksonun homoseksual olduğu iddia edilib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, araşdırmaçı jurnalist Don Fulsom “Niksonun ən qaranlıq sirləri” adlı kitabında ABŞ-ın 37-ci prezidentinin “Bəbə” ləqəbli yaxın dostu Karles Gregoy Rebozonun əslində “sevgilisi” olduğunu yazıb. 

Cütlüyün masanın altında əl-ələ tutduqlarının göründüyü də iddialar sırasındadır. Kitabda Riçard Niksonun “Bəbə” ləqəbli sevgilisi ilə şəkli yayımlanıb. Don Fulsom çox spirtli içki qəbul edən Riçard Niksonun arvadını döyüb, təhqir etdiyini də yazıb. 

Qeyd edək ki, iki uşaq atası olan Riçard Nikson 1994-cü ildə vəfat edib.

Комментариев нет:

Отправить комментарий