18.01.2012

İçdən gələn səs – Monoloq


…belə-belə işlər. Yay da belə getdi, payız da belə gəldi. Bu gün payızın ilk “rəsmi” günüdür :) Heç bilmirəm posta niyə belə başladım :D
Depressiyaya düşmək necə asan olduğunu məncə bu gün hamı çox yaxşı bilir. Heç vaxt depressiyaya düşməyən bir nəfər tanıyırsınızsa məni onunla tanış edin. Bilmək istəyirəm necə ayaqda qalmağı bacarır. Düzdü, baxır səbəbə. Bəzi səbəblər yavaş külək kimi əsib keçir. Bəziləri isə sunami olub qarşısında hər şeyi məhv edir.
Yaxınlarımızı itiririk. Sevdiklərimiz sevmədiklərimizə çevrilir. Gözləmədiyimizi gözləməli oluruq. Olmamalı hadisələr olur, olmalı hadisələr olmur. İşlər planlaşdırdığımız kimi getmir. Məktəbdə, universitetdə və ya işdə bizdən daha böyüklərin təyziqi altında boğuluruq.
Kimsə kresloya doğru qaçır. Kimsə kreslodan canını qurtarmaq üçün hər şeyini verərdi (nadir haldır). Uşaqlar acından ölməsin deyə, səhər 7-də çıxıb, axşam 11-də qayıdırıq. Olduğumuz yeri qaranlıq görürük. Gündəlik hadisələrin çəkisi çiyinlərdə daşınası deyil.
Onda biz nə edirik?
İnsanları həyatımızdan silirik, yerlərini başqaları tutur. Yaxınlar uzaqlaşdıqca, uzaqlar yaxınlaşır. Artıq heç nə bizi təəccübləndirmir. Eşitsək ki, sabah dünya dağılır, deyəcəyik “hə, noolsun?” Səhər işə yatıb qalanda bütün dünyanı ağ yuyub qara səririk. Müdürə nifrət edirik çox vaxt. Axı o, özünü “müdür” dağının təpəsinə qoyub, bizi “heçnə” yerinə qoyur. Heç olmasa “heçkim” olsaydıq bir yön olardı, amma “heçnə”… Uşaqlar əvvəl sevincimiz olur, sonra düşünürük ki, evdə “artıq ağız”a güc çatmayacaq. Beləliklə, gedirik aborta…
Yuxarıdakıları sonsuzadək davam etmək olar. Bir siyahı hazırlayıb, dünyanı ona bürümək olar. Amma dünya bundan isinməyəcək.
Həyatda baş verən (və ya baş verməyən) standart hadisələrə abunəyik. Hər addımımızda bizi nəsə gözləyir. Amma heç vaxt düşünməyin ki, poçtalyon yalnız bəd xəbərlə qapını döyür.
Hər keçən gecənin səhərində Günəş var. Hər payızdan sonra qış gəlsə də, yalnız 3 ay çəkir. Hər itirilmişin həyatımızda yeri yox idi ki, itirilir. Bəzən gözəl görünən almanın içində qurd yaşayır. Ağız-burnumuzu əyib almanı zibil yeşiyinə göndəririk. Lakin buna başqa tərəfdən baxmaq olar: alma keyfiyyətli və dadlı olmasaydı, qurd orada özünə yuva salmazdı. Ağlını itirib bəyəm? :D
Bir şeyi bilmək çox vacibdir. Qaranlıq nə dərəcədə qatı olsa da, bircə kibrit kifayətdi ki, onu işıqlandırsın.

Комментариев нет:

Отправить комментарий