07.01.2012

İsrail Mübarəkə verdiyi rüşvəti geri istəyir

Təl-Əviv İsrail əleyhinə ifadələrin dərs kitablarından çıxarılması üçün keçmiş prezidentə 300 milyon dollar veribmiş...

İsrail Misirin sabiq prezidenti Hüsnü Mübarəkə verdiyi rüşvəti geri istəyir.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, iddianın müəllifi İsrailin keçmiş turizm naziri Bünyamin Ben Eliezerdir.

Bünyamin Ben Eliezer Misirdə dərs kitablarından İsrail əleyhinə ifadələrin çıxarılması üçün ölkəsinin Mübarək ailəsinə 300 milyon dollar rüşvət verdiyini söyləyib. Hüsnü Mübarəkin devrilməsindən sonra pulları boşa gedən İsrail indi bu rüşvəti geri istəyir.

İsrail rəsmiləri ilə danışıqları Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarək aparır. Bünyamin Ben Eliezer verdikləri pulu Misirdən geri istəyib.

Комментариев нет:

Отправить комментарий