07.01.2012

"Laba"nın razılaşdırılmış qələbəsi

 "Laba" hər üç görüşdə məğlub olmasının ironiya obyektinə çevriləcəyindən narahat olub və onların birində qələbəni hələ döyüşdən əvvəl təmin edib


Sədərək Gömrük Keçid Məntəqəsinin sabiq rəisi, "Laba" ləqəbi ilə tanınan Mübariz Pənahovla bağlımaraqlı bir informasiya əldə etmişik. Belə ki, M.Pənahov bu günlərdə Avstriyada keçirilən veteranlar arasında cüdo üzrə dünya çempionatında iştirak edib.
O, uzun müddət bu idman növü ilə məşğul olduqdan sonra özünü rəsmi yarışda sınamaq qərarına gəlib. Məlumata görə, Avstriyada keçirilən beynəlxalq turnirə qatılan "Laba" keçirdiyi 3 görüşün ikisində məğlub olsa da, birində inamlı qələbə qazanıb. Mübariz Pənahovun qalib olduğu görüşün videosundan isə "Laba"nın rəqibinin ona ciddi müqavimət göstərmədiyi və sabiq gömrük rəisinin qələbəsi üçün elə döyüşün əvvəlindəncə məğlubiyyətlə barışdığı hiss edilir.
Görünür, "Laba" hər üç görüşdə məğlub olmasının ironiya obyektinə çevriləcəyindən narahat olub və onların birində qələbəni hələ döyüşdən əvvəl təmin edib.

Xatırladaq ki, "Laba" Naxçıvanın Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi vəzifəsində 10 il çalışıb. Amma sonradan maddi gücünün həddən artıq genişlənməsi "Laba"nıözyündənəminliyə və özündənrazılığa sürükləyib və o, ard-arda səhvlər buraxmağa başlayıb. Nəticədə vəzifəsindən gedərək Bakıya gəlib. Hazırda o, Bakıda iş adamı kimi fəaliyyət göstərməkdədir. Eyni zamanda bir neçə idman növü ilə məşğul olur.
Hesab edilir ki, "Laba"nın idmana meylinin bu qədər güclü olması onun müxtəlif miqyaslı yarışlara qatılaraq "unudulmaması"nı təmin etməkdən ibarətdir. Bu yolla tez-tez özünü xatırlatmağa çalışan Mübariz Pənahovun ən son məqsədi isə hakimiyyət kulislərində əvvəlki etimad və etibarını bərpa etməkdən, yenidən görəv sahibi olmaqdan ibarətdir.
Amma sabiq gömrük rəisinin bu cəhdlərinin səmərəsiz olduğu bildirilir və onun hakimiyyət dəhlizlərinə girişinin birdəfəlik qapandığı iddia olunur.

unikal.az

Комментариев нет:

Отправить комментарий