07.01.2012

Metro kartı


Bu gün metro kartımla maaş kartımı dəyişik salmışdım. Metro kartıma keçid yükləyib qoymuşam cibimə. Sonra o biri cibimdən maaş kartını tap-tap vururam keçəm üçün. Özü də əvvəldən əsəbiydim. 1 dəfə vurdım, alınmadı, 2 dəfə alınmadı, 3, 4, 5 ... Sonra bir hay-küylə getdim üstlərinə:
- Bu nədi, qiyməti qaldırmısınız, dinmirik. Əvvəl 15 qəpik, sonra 20 qəpik. Hələ üstəgəl keçid də yüklənməyib. İndicə 1 manatım getdi. İçində də heç nə yox... Nə bilim, nə...
- Verin, baxım kartınıza!
- A bala, bu metro kartı deyil axı.
- Bıy, bıy, bağışla sən allah, üzr istəyirəm. Biyabır oldum. :)))


1 комментарий:

  1. Mende beynelxalq bankin kartidi Uzerinde ictimai neqliyyat vasitelerinde istifade oluna biler yazilib, yoxlamisham alinib da

    ОтветитьУдалить