07.01.2012

Şok! "Məktəbli forması" işində 13 milyon manatlıq korrupsiya!


Bakı, Sumqayıt və Gəncə məktəblilərini forma ilə geyindirən inhisarçılar "Antiinhisar fəaliyyəti haqqında" qanunun normalarını pozurlar, işbazlar "qaz vurub qazan doldururlar"

Sentyabrın 8-i saat 18 radələri idi və Bakının Yasamal rayonundakı Həsən bəy Zərdabi küçəsində "Bakı Tikiş Evi" (BTE) ASC-yə məxsus dükanda satıcı günün axırıncı alısılarından birinin - 245-ci alıcı olan qızın adını dəftərinə yazırdı: "Qızım, adını, soyadını, məktəbini və sinfini de". Əməkdaşımızın təəccüblü baxışını görən 11-12 yaşlı bir oğlan "Məni də yazdılar,- dedi,- gündüz buradan forma almışam. Məktəbdə danışırlar ki, bu siyahılarla yoxlayasalar, Çin malı və ya sex malı almış uşaqların formasının saxta olması bununla müəyyənləşdiriləsək, başqa yerdən mal almış uşaqları yenidən BTE-nin formasını almağa məcbur edəcəklər".

400 mindən çox şagirdin qorxusu

Bazar iqtisadiyyatı rejiminə heç uyğun gəlməyən bu qara-qorxu Bakının 369 məktəbində oxuyan 360 min və Sumqayıtın 51 məktəbindən oxuyan 44 min şagirdin hamısına xasdır. Dükanlardakı ad yazmanın sadə bir statistik məlumat yığma olduğunu bildirən "Bakı Tikiş Evi" ASS-nin başqa yerdən alınmış formaların allergik xəstəlik yaratması barədə kütləvi informasiya vasitələrində qaldırdığı hay-küy də bu qorxunu artırıb. Beləliklə, Abşeron yarımadasında oxuyan 430 min şagirdin məktəbli formasını bu dəfə də tək bir əldən - "Bakı Tikiş Evi" ASC-dən almaqdan başqa yolu qalmayıb.
ASC özü də Bakının və Abşeronun bütün məktəblərini tam təmin etmək istəyini gizlətmir. "Bakı Tikiş Evi"nin rəhbəri Fədai Rəhimov hələ avqustun 24-də bildirmişdi ki, tikiş fabriki Bakı məktəbliləri üçün lazım olan formanın 90 faizini tikib və gücləndirilmiş iş rejiminə keçməklə bu göstricini 100 faizə çatdırmaq niyyətindədir. Faktın özünün ciddi qanun pozuntusu olması ilə yanaşı, müşahidələr və ekspert rəyləri bu sür inhisarçılığın daha dərin fəsadlarla bağlı olduğunu ortaya çıxarırlar.

BTE-nin dükanlarında "bespredel"

İlk gözə çarpan mənfi çalar övladına məktəbli forması almaq istəyən valideynlərin böyük çətinliklərlə üzləşməsidir. BTE-nin Bakıda 13 dükanı var və bunlardan ən irisi fabrikin özündə yerləşir və gün ərzində ən çoxu 500 müştəriyə xidmət göstərə bilir. Qalan dükanlar isə bir gündə 250-yə yaxın məktəbli forması satır. Yəni "BTE"nin dükanları gün ərzində ən çoxu 4000 forma sata bilir və ehtiyası olan bütün məktəbliləri forma ilə təmin etmək üçün ASS-yə yüz gün lazımdır. ASS isə fəal olaraq 30 gündür ki, məktəbli forması satır və dərs ilinin başlamasına səmi 5 gün qalıb. Bu durum həmin dükanların qarşısında böyük növbələrin yaranmasına səbəb olur. Dükanlar saat 10.00-da açılsa da, samaat saat 6.30-dan gələrək növbə tutur.

İşbazlar kimin üçün "işləyir"?

Vaxtilə Moskvanın "Praqa" və "Budapeşt" tisarət mərkəzlərinin qarşısında yaranan növbələrdən yararlanaraq "böyük" biznes qurmuş həmvətənlərimizin iş yaddaşı burada da işə keçib və hər dükanın qarşısında bu sür 5-6 nəfər növbəsatan işbaz peyda olur. Bəzən adam o qədər olur ki, belə işbazların xidmətindən istifadə etmək də mümkün olmur.
Özünü Rasim kimi təqdim etmiş Bakı sakini ilə söhbət zamanı Bakıxanov qəsəbəsində növbəyə durmaq istəyərkən köynəyinin cırıldığını deyir: "Orada heç nə eləmək mümkün olmadı, samaat o qədər çox idi ki, basabasda "işdüzəldən" polisin telefonunu oğurladılar. Yazıq 5 manat qazanasaqdı, arada 500 manatlıq telefonu getdi. Daha mən də kor-peşman "Volodarski"yə ("BTE" ASS-yə - red.) gəldim. Orada problemsiz oldu, bir "qardaşa" 5 manat verdim, işi düzəltdi. Formanı rahatsa aldıq".

İşin içində korrupsiya var

Amma müstəqil ekspertlər forma satışındandan qeyri-qanuni pul qazananların təksə bu cür "aradüzəldən"lərlə məhdudlaşmadığını deyirlər. "Turan" agentliyinin eksperti Hafiz Babalı bu işdə böyük korrupsiya olduğunu düşünür: "Bu məsələ "Dövlət satınalmaları haqqında" qanunun əhatəsinə düşməsə də, "Antiinhisar fəaliyyəti haqqında" qanunun normalarını pozur. Mənsə, bunu korrupsiya faktı saymaq olar. Çünki kimsə tək bir şirkətə 400 mindən çox sifarişi ələ keçirməyə və qiyməti istədiyi kimi qoymağa imkan yaradır. Nətisədə, xalq bu şirkətə gerçək qiymətindən 10 milyonlarla manat artıq pul ödəməyə məsbur olur. Konstitusiyaya görə, bizdə dövlətin mənbəyi xalqdır, xalqa kələk gəlib pulunu mənimsəyən, dövlətin pulunu mənimsəmiş sayılmalıdır. Düşünürəm, məsələ ilə bağlı sinayət işi qaldırılmalı, 400 min məktəbil üçün sifarişin bir fabirkə ötürülməsi faktı araşdırılmalıdır",- deyə Hafiz Babalı vurğulayır.
İqtisadi ekspert fikirlərini Türkiyədə istehsal edilən oxşar formaların qiyməti ilə müqayisədə əsaslandırır. "Bu il Türkiyədə formalar ibtidai siniflər üçün bizim pulla 9 - 14 manata, 6-8-si siniflər üçün 26 - 32 manata, 9-11-si siniflər üçün 32 - 35 manata satılır. Bizdə isə 1-5-si siniflər üçün formalar dükanlara 40-45 manata, 6-11-si siinflər üçünsə 53-55 manata çıxarılıb. Qiymətin 1-8-si siniflər üzrə 30 manat, 9-11-si siniflər üçünsə 20 manat baha olması məhz "Bakı Tikiş Evi" ASC-nin inhisarçı olması hesabına baş verib, əgər rəqabət olsaydı qiymətləri endirməyə məsbur olardı",- deyə Hafiz Babalı vurğulayır.

Bir ASC-nin 13 milyon manatlıq korrupsiyası

Bakı-Sumqayıt zonasında hər sinif üzrə orta hesabla 40 min şagird oxuyur. Nətisədə ASC 1-8-ci siniflərə forma satışından Türkiyəyə baxanda 9,6 milyon manat , 8-11-si siniflər üzrə isə 2,4 milyon manat, yəni toplam 12 milyon manatdan artıq pul götürür.
Amma ASC-nin bu qeyri-bərabər rəqabət şərtlərində daha çox pul qazandığını ehtimal edənlər də var. Türkiyədə ixrasata təşviq deyilən sübsidiya var ki, dövlət ölkədən iri partiyalarla mal çıxaran şirkətlərin yol və ofis məsrəflərini qarşılamaq, həmçinin ixrasata həvəsləndirmək üçün onlara müəyyən edilmiş maliyyə yardımları edir. Yəni ASC Türkiyədə törəmə müəssisə və ya eyni qrupa daxil olan şirkət yaratmaqla parçanı həmin dövlətin şirkətlərində daha usuz qiymətə əldə ediblər.
Bir çox ekspertlərin fikrinsə, Bakıdakı fabrik formaları Türkiyədəkindən fərqli olaraq tərkində sintetik liflərin payı daha yüksək olan, yəni daha usuz olan parçalardan tikir. Bəzi mütəxəssislər isə köynəklərin tamamilə sintetik parçadan tikildiyini, şalvar və yubkalarda isə sintetik liflərin 50 faizdən yüksək olduğunu düşünürlər. Bu iddiaları ən mümkün ibtidai üsuldan - sapı yandaraq közərməsini, külünün və tüstüsünün qoxusunu müşahidə etməklə irəli sürürlər.
Qeyd edək ki, Türkiyə məktəbli formalarında şalvar, yubka və kostyum parçalarında təbii, yəni yun və pambıq liflər 70 faizdən yuxarı, köynək parçalarında isə 80 faizdən yüksək olmalıdır.

Təkzib, özü də necə təkzib?!

"Bakı Tikiş Evi" ASC təmsilçiləri isə bu cür iddiaları qəbul etmirlər. Fabrikin satış bölməsinin əməkdaşı Etibar Əzimov parçaların sintetik olmadığını, bunu lazımi sənədlərin də təsdiq etdiyini bildirib. Əzimov Bakı və Abşeronun məktəbliləri üçün formanın yalnız BTE tərəfindən tikilməsini isə gənc nəsili xırda şirkətlərin və idxalçıların bazara çıxara biləscəyi "yararsız" məhsullardan qorumaq istəyi ilə izah edib.
Lakin bütün bu iddialar - parçaların standartlara uyğun olub-olmaması, alterantiv şirkətlərin məhsulun yararsız ola biləsəyinin hansı qanunverisilik əsasında iddia edilməsi araşdırma mövzusudur. Özü də bu araşdırma həm parlament, həm Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), həm İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən siddi araşdırmalıdır. Bəlkə də, "Bakı Tikiş Evi" ASC təmsilçiləri doğru söyləyir və bu ölkədə məktəbli formasını tənzimləyən standart yoxdur, yəni belə olanda, BTE bazarda nə istəsə sata bilər. Yəni bu məsələni Azərbaysan sərvətləri və vergiləri ilə formalaşan büdsə vəsaitlərindən maliyyələşən SMPDK araşdırmalıdır.
Amma BTE-nin inhisarçı mövqedən bazara nəzarət etməsinə görə İİN məsuliyyəti boynundan ata bilməz. Hər halda, bu ölkənin qanunverisiliyinə görə, istənilən şirkətin bilərəkdən və ya təsadüfən bütün bazarı ələ keçirməsi yolverilməzdir. Bakı Şəhər Baş Təhsil İdarəsinin şəxsində vahid məktəbli formasının yalnız Bakı Tikiş Evindən alınması ilə bağlı heç bir rəsmi göstəriş olmaması barədə mütəmadi bəyanatlar səsləndirən Təhsil Nazirliyi də bu işdə boynuna düşən məsuliyyətdən kənar dura bilməz, çünki bu qurumun əsas işi məhz vəziyyətə nəzarət etməkdir .
Əks halda, Bakıda müşahidə edilən bu qanundankənar oyun tezliklə bütün respublikaya yayılasaq. Artıq bu mənfi örnək ilk "bəhrələrini" verir - Gəncə Şəhər Təhsil İdarəsi də məktəblilər üçün vahid formaya keçmək barədə qərarı verib və formaların təqribi qiyməti 40-50 manat ətrafındadır.
Şəhərin 50 məktəbində 40 minə yaxın şagird oxuyur və işbazların Türkiyə ilə qiymət fərqindən 1 milyon manatdan çox pul tutacağını hesablamaq çətin deyil.

Könül Ağamalı                 unikal.az

Комментариев нет:

Отправить комментарий