07.01.2012

Vəhhabiliyin tarixi -5


Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Zorakılıq və rəhmsizlikdə məşhur olan Səud İbn Əbd-ül-Əziz Məkkəni işğal edən vaxt bir çox sünni alimlərini səbəbsiz öldürüb Məkkənin bir çox varlılarını asdı. Məzhəbi etiqadlarına israr edən müsəlmanlar işgəncəyə məruz qoyuldu və şəhərdə səsləndirildi: Ey camaat! Səudun dininə daxil olun ona sığının!

 Osmanlılar hökuməti ordusunun komandanlarından olan general Əyyub Səburi yazır: Əbd-ül-əziz İbni Səud vəhhabi qəbilə başçılarına ilk çıxışında söylədi: Biz bütün şəhərlər və kəndləri nəzarətə keçirməliyik. Əqidələrimizi onlara öyrətməliyik. Biz bu istiqamətdə Peyğəmbər sünnəsinə tabe olmaq iddiasında olan sünni alimlərini yer üzündən məhv etməliyik. Xüsusi ilə məşhur alimləri, çünki bunlar yaşadıqca, bizim dindarlar xoş gün görməyəcəklər. Bu üzdən alim kimi çıxış edənlərin nəslini kəsməliyik.
 Səud İbn Əbd-ül-Əziz Məkkəni işğal edəndən sonra, Ərəbistan yarımadasının digər əhəmiyyətli şəhərlərini işğal etmək istədi. O növbəti olaraq Cəddə Limanına hücum etdi. Özü vəhhabi olan, İbn Boşr "Nəcdi Tarixində" yazıb: Səud, 20 gün Məkkədə qalandan sonra Ciddəni mühasirə etdi, amma Ciddənin hökmranı topla atəş açaraq bir çox vəhhabini öldürüb didərgin saldı. Vəhhabi qüvvələri bu məğlubiyyətdən sonra öz yurdlarına, yəni Nəcdə getdilər, çünki deyilənlərə görə İrandan bir ləşkər Nəcdə hücum etmişdi. Beləliklə də Məkkəni vəhhabilərdən geri almağa münasib şərait yarandı. Məkkənin vəhhabilər hücumundan sonra Ciddəyə qaçmış hökmdarı, Ciddə hökmdarının yardımı ilə Məkkəyə güclü bir ordu göndərdi. Onlar vertolyotla təchiz olaraq vəhhabiləri məğlub edib Məkkəni fəth etdilər. Bununla belə vəhhabilər yenə də əhəmiyyətli Məkkə şəhərini ələ keçirmək istəyirdilər.
 1804 də Səudun əmrilə bir daha Məkkə mühasirə olundu. O qədər Məkkə əhalisi ilə sərt davrandı ki, bir çoxları aclıqdan həlak oldu. Məkkənin bütün giriş və çıxış yolları bağlanıb və Məkkədən qaçanı tutub öldürürdülər. Tarixdə deyilir ki, Məkkədə ölən bir çox uşağın cənazəsi küçələrdə yerdə qalmışdır.
 Məkkə hökmdarı Şərif Qalib vəhhabilərlə razılaşma məcburiyyətində qalır və 1805-də onlara təslim olur. Tarixçilər bu barədə yazırlar: Məkkə hökmdarı qorxudan vəhhabilərin əmrini yerinə yetirdi və onların Məkkəni işğal etdiyi vaxt çox yumşaq davranıb vəhhabi üləmasına zəngin hədiyyələr verməklə Məkkə əhalisini qorudu. Vəhhabilər Məkkəni bir daha işğal etməklə qərar çıxardılar ki, İraqlı zəvvarlar 4, Şam əhalisi 3 və misirlilər 2 il müddətində Həcc mərasiminə gedə bilməzlər.
 Səud Məkkəni işğal edəndən sonra Mədinət-ül-Nəbiyə göz tikdi və bu şəhəri mühasirəyə aldı. Amma Mədinə əhalisi onların zorakı və dar düşüncəli olduqlarını nəzərə alaraq müqavimət göstərdi. Sonda il yarım mühasirədən sonra Səud 1806-da bu şəhəri də işğal etdi. Vəhhabilər Peyğəmbərin ziyarətgahında olan bütün qiymətli əşyaları qarət etdilər, amma müsəlmanların qəzəbindən qorxaraq Peyğəmbərin müqəddəs məzarını dağıtmadılar. Almaz və digər cəvahirlərlə dolu 4 sandıq , bahalı şamdanlar və qızıl və almazla zinətləndirmiş 100 qılınc qarət edilən əşyalardan olmuşdur.
 Səud İbn Əbd-ül-Əziz Mədinəni işğal edəndən sonra bu şəhər əhalisini Məscid-ül-Nəbiyə toplayıb, belə danışdı : Ey Mədinə əhalisi ! Əl-Yum Əkməltə Ləkom Dinekom (Bu gün dininizi kamilləşdirdim) ayəsinə istinadən bu gün dininiz kamilləşdi və islamı tanıya bildiniz. Allah da sizdən razı oldu. Ata-babalarınızın batil dinlərini buraxın. Onlara salam və rəhmət göndərməkdən çəkinin, çünki onların hamısı kafir olaraq dünyalarını dəyişmişlər.
 Səud hücumları əsnasında çoxlu qətliamlar törətdi. Onun və vəhhabilərin kəskin zorakılığı ərəb xalqı və şahlarını dəhşətə salmışdı. Belə ki heç kim Həcc səfərinə getməyə belə cəsarət etmirdi. Məkkə hökmdarı canının qorxusundan Səudun tələbini yerinə yetirərək bütün imamların məzarları və Məkkə ilə Mədinənin digər müqəddəs məkanlarının dağıdılmasına əmr verdi. O Ərəbistanda vəhhabilik məzhəbini rəsmən tanıtdırdı və vəhhabilər istədiyi kimi, Peyğəmbərə salam, azanlardan çıxarıldı. Bu yayınmış firqənin əqidələri və zorakılıqlarına tab gətirməyən Ərəbistan şəxsiyyətləri və ərəb əmirləri, ən üstün məqam, yəni osmanlı şahına məktub göndərib, vəhhabilərin gücünün artırılmasına dair xəbərdarlıq etdilər. Onlar xatırlatdılar ki, vəhhabilik firqəsi Ərəbistanla kifayətlənməyib və bütün müsəlmanları nəzarətinə çıxarmaq istəyir. İslam yurdları, o cümlədən Hicaz, Yəmən, Misir, Fələstin, Suriya və İraqa hakim olan Osmanlı dövləti Misir hökmdarına vəhhabilərlə döyüşməyə fərman verdi.
 Bu zaman Səud 66 yaşında bağırsaq xərçəngi xəstəliyi tutaraq öldü və oğlu Abdulla onun yerinə oturdu. Misir hökmdarı Məhəmməd Əli Paşa Osmanlı dövləti tərəfindən təchiz olundu və vəhhabilərlə neçə dəfə döyüşüb Məkkə, Mədinə və Taif şəhərlərini azad etdi. Misir hökmdarı əsir tutulmuş vəhhabi sərkərdələrini Osmanlnın paytaxtı İstanbula göndərdi.
 Amma vəhhabilərin işi hələ də bitməmişdi.
Misir hökmdarı Məhəmməd Əli Paşa bir daha qüvvələrini dənizdən Hicaza yolladı. O Məkkəni baza kimi seçib Məkkə əmiri və oğlanların sürgün edib mallarını müsadirə etdi. Sonra Misirə qayıdıb qohumlarından olan İbrahim Paşanı təchiz edib Nəcdə göndərdi. İbrahim Paşa Nəcd məntəqəsində vəhhabilərin mərkəzi olan Deriyyə şəhərini mühasirə etdi. Vəhhabi müdafiəçiləri İbrahim Paşanın qarşısında güclü müqavimət etdilər. Top və digər odlu silahlara malik olan İbrahim Paşa Deriyyə şəhərini ələ keçirib Abdullah İbni Səudu yaxaladı və yaxınları ilə birgə İstanbula göndərdi. Osmanı şahı şəhərlər və bazarlarda gəzdirəndən sonra onları edam etdi və beləliklə də islam yurdlarının bir çoxunda müsəlmanlar şənlik keçirdilər.
 İbrahim Paşa 9 ay Deriyyə şəhərində qalandan sonra oranı boşaldıb sonra məhv etdi. İbrahim Paşa Məhəmməd İbni Əbd-ül-Vəhhab və Ali-Səudun bir çox qohum əqrəbalarını öldürüb və ya sürgün edərək bu təhlükəli firqəni məhv etməyə çalışdı. Osmanlı şahı Nəcd və Hicazın hökmdarlığını Misir hökmdarı Məhəmməd Əli Paşaya tapşırdı, beləliklə də vəhhabilik firqəsi dağıldı və bir əsir boyu ondan ad da belə qalmadı. Əbdüləziz və oğlu Səudun geniş ölkəsi dağılıb bir çox vəhhabi öldürüldü və vəhhabilərdən qorxu sona çatdı.

  (Ardı var)                  http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий