06.01.2012

Ziba Xəlil. Tifil dünya

İllər uzunu


Günəş  çıxar, batar illər uzunu.
İsidər, nurladar düzü-dünyanı.
Gəcə  yerin tutar  illər uzunu.
Yandırar zülmətdə ay-ulduzunu.

Şəhərlər, körpülər, evlər, saraylar.
Sökülər, qurular  illər uzunu.
Məcrasından çıxar köpüklü çaylar.
Bulanar, durular illər uzunu.

Adəm  oğlu nələr icad etmədi.
Çalışdı, vuruşdu  illər uzunu.
Təəccübdən dünyanın gözü böyüdü.
Gözünə çöp düşdü  illər uzunu.

Pozuldu dəngəsi  Yer anamızın.
Fəlakətlər gəldi  illər uzunu.
Aciz qaldı insan, söydü  Tanrısın.
Tanrı qəzəb  etdi  illər uzunu.

Dostlar, ünsiyyətlər, yollar, talelər.
Birləşdi, ayrıldı illər uzunu.
Başa  gəlinəsi eh, daha nələr.
Ürək çəkdi, durdu  illər  uzunu.

Ömür  bağçamızın payızı çatdı.
Döz ! Yenə döz-dedin- illər uzunu.
Dözmək  taleyimə sanki  yazıldı.
Mən səni  gözlədim  illər uzunu...

Tifil dünya

Necə vəhşi  bir zamanda rastlaşdırdı
                                Tanrı  bizi.
Kimsəyə məhəl qoymayan
Bu qlobal, mobil dünya.
Hər şeyi  inkşaf etdikcə insanları da dəyişdi.
Mənəviyyatı  korlanmış-
                                                zəngin dünya,  səfil dünya.

Səni  biz bu günə qoyduq,
Dəyişdi  iqlimin, havan.
Biz zamana qarşı gəldik,
                                               qalib gəldi bizə zaman.
                Yeddi  milyardın əlində təklənmisən indi yaman.
Tanrının  yetim balası –
                                                    tifil dünya, tifil dünya.

Qışı qar, sellər, daşqınlar,
Yayı, cəhənnəm yanğınlar.
Fərmanına qol  çəkənlər,
                                               taxt üstdə yolu azğınlr.
Kimə lazım yıxıb sökmək, kimə lazım bu qırğınlar.
Göydən kiçik, yerdən böyük,
                                                       qarışqa dünya , fil dünya.

Allah yaradıb yox yerdən,
İndi durub tamaşana.
Dağılırsan, tökülürsən,
                                               əl bulaşdırmır işinə.
Qoyub adəm ümidinə, buraxıb başdı başına.
Sərvətləri, nemətləri –
                                                               var içində zibil dünya.

                Sən güclüsən,
                               qoca dünya,  biz güclüyük?!
     Biz  günahda -
                     göydə uca  Rəbbim böyük.
Zəlzələdən, sunamidən hər tərəfi  uçuq, sökük.
                Qururuq, yenə sökülür,
                                                                               əsir əfil-əfil dünya.

İnsanlar, bir rəhmə gəlin,
Qoruyuaq ana  bəşəri.
Bizimlə birgə fırlanır
                                               tarixin qoca təkəri.
Biz də gəldi gedəsiyik, ondan başqa hər şey fani.
Qorxmuruqmu  göy üzündən-
                                                               yoxa  çıxa  qəfil dünya?!


Əgər sabah açılsa
 
                Əgər sabah açılsa - yenə günəş görünsə.
                Bu aləm, bu göy üzü  yenə nura  bürünsə.
                Düzəlsə dünyamızın bu xaotik dəngəsi.
                Gah dağılan, donduran, körüklənən nəfəsi...

                Əgər sabah açılsa - çıxa bilsəm səhərə.
                Əlvida deyə bilsəm, içimdəki  kədərə.
                Kədər qəzəbə dönüb dağıdarkən içimi.
                Partlamağa müntəzir-atam bombası kimi.

                Əgər sabah açılsa - vurmaz başıma vurmaz.
                Zindana çəkic kimi, taqqıltısı saatın.
                Saat  zaman elçisi, o da  qəsdimə durmaz
                İtər, batar içində, səslərində dünyanın.

                Əgər sabah açılsa - dərdimi ata bilsəm.
                Acı bir dərman kimi dərdimi uda bilsəm.
                Hər şeyə adi baxıb,  hər şeyi fani sanıb,
                Qəmlə dolu  dünyaya  gülər üzlə görünsəm.
               
                Əgər sabah açılsa - öldürməsə səbrimi.
                Yerin deyərəm yara  qazılacaq qəbrimin.
                Onsuz da tabut kimi, qəbir kimi bu gecə.
                Bu dünyada yerim yox, o  dünyada- bəs necə?!

                Əgər sabah açılsa -qurtusam xəyallardan,
                İçimi yeyib-tökən cavabsız suallardan.
                Taqətim heç qalmayıb, yuxu da qaçaq yenə,
                Yoruldum, ah, yoruldum -yorulmağı danmaqdan.

                Əgər sabah açılsa -şübhələrim dağılar.
                Həyat  gündüz bənzəməzn divli, qorxunc nağıla.
                Gündüzün dəəti də gecə çökər üstümə.
                Gündüz  gecəylə  əlbir sanki  durub qəsdimə.

                Əgər sabah  açılsa – unudaram keçmişi.
                Gələcək gələcəkdi, lənət olub bitmişə.
                Mən mənəmsə taparam - gələcəyin açarın.
                Dünən ölüb gələcək  bu  günümdən başlasın.

                Əgər sabah açılsa - gecə səhəri  doğsa.
                Təslim olub günəşə zülmətləri  uçursa.
                Doğar həyat işığım, yaşam ümidim artar.
                Ölmərəm, yox ölmərəm -əgər  sabah açılsa!!!

Narkoz altında

Uçurmusan səadəti.
Göyün yeddi qatındadı.
İtirmisən məhəbəti.
Səadətin yanındadı.

Nə gələrsə, içdən  gələr.
Qadın ağlar, kişi gülər.
Kişi  cod, sərt ola bilir.
“Dözüb durmaq qadındadı!”

Bəs etmədi  nəvazişim.
Bu qədərmiş dirənişim.
Səninlə heç yoxdu işim.
Günah sənin  zatındadı.

Bir həyatı  yaşamısan.
Nə yapmısan, nə qurmusan?
Sən bəndəsən unudarsan.
Tanrımızın yadındadı.

Sevgisiz bir ömür- yarı.
Üsyan etdi  duyğularım.
Tükəndi səbri-qərarım.
Səbir  dözüm həddindədi.

Dostlarım darıxma deyir.
Hər ziyanda var bir xeyir.
Sanki ürəyim işləyir.
Ruhum  narkoz  altlndadı.

Dərdlərin rəngi

Hər gün bir başqa cür görünür dünya.
Dərdlər də rəngini  dəyişir gündə.
Dünən ağır gələn, bu gün asandı.
Gah tündləşib vurur, yıxır adamı.
Gah durulub su tək yerə yastlandı.

Həllini tapmayan problemləri.
Yüklərsən yaddaşın gizli yerinə.
Unutmaq istərsən, çıxmasın üzə.
Kimsə toxunmasın bu arxivinə.

Zamana buraxıb qalmaq da olmur.
Çözmək  istəyini  soyutmaq çətin.
Yayınmaq, unutmaq, aldanmaq olmur.
Başa  gəlməyincə hər  bir niyyətin.

Bəzən asılı olmur özü-özündən.
Bir şeyi  dəyişmək səndən kənarda.
Özünü dəyişə bilmirsənsə sən.
Özgəni  dəyişmək  hansı kitabda.

Zaman məlhəm deyil , qayçı tək kəsir.
Kəsir  keçmiişini  gələcəyindən.
Hər kəs bu gününün üstündə əsir.
Keçmiş, gələcək də uğrunda deyil.

Qatlanıb min cürə ağrı, əzaba.
Üsyan eləsəm də göylərə, yerə.
Özüm öz odumda alışıb yandım.
Nə qədər çalışıb vuruşsam da mən.
Bəxt deyən bir şeyə sonda inandım.

Hər şər bir xeyiri  gətirir guya.
Şər  astarda saxlı, xeyir üzündə.
Hər gün bir başqa cür görünür dünya.
Dərdlər də rəngini  dəyişir  gündə.

Комментариев нет:

Отправить комментарий