04.02.2012

ABŞ-ın ən bədbəxt şəhərləri – SİYAHI


Nə qədər ziddiyətli olsa da ağ qumsallı çimərlikləri, palmaları, dəbdəbəli villaları və bahallı otellərinə görə, turistlərin can atdığı Mayami şəhəri ABŞ-ın ən bədbəxt şəhəri seçilib.

ann.az-ın verdiyi xəbərə görə, dünyaca məşhur “Forbes” jurnalında keçirilən “ABŞ-ın ən bədbəxt şəhərləri” sorğusunda Mayami birinci pillədə qərarlaşıb. Sorğuda iştirak edənlərin fikrincə, Mayami sadəcə ilk baxışda “cənnət guşəsi” təsiri bağışlayır. Amma şəhərdə çox ciddi yaşayış böhranı yaşanır, Mayami həm də kriminogen duruma görə ABŞ-da liderlərdən biridir.

“Mayami əsasən özünün gözəl çimərlikləri və təmiz havasına görə məşhurlaşıb, amma onun sakinləri o qədər də xoşbəxt deyillər. Şəhər sakinlərinin 1 faizi üçün buradakı həyat nağıllardakı kimidir, amma digərləri üçün bunu demək düzgün olmazdı. Bu, varlılarla kasıblar arasındakı uçurumdur və bu uçurum zaman keçdikcə daha da dərinləşir”, – “Forbes” jurnalının redaktoru Kurt Badenhauzen deyib.
“ABŞ-ən bədbəxt şəhərləri” siyahısında ikinci pillədə ölkənin “avtomobil paytaxtı” Detroyt (Miçiqan ştatı) qərarlaşıb. Bu şəhər ölkənin ən kriminal şəhəri sayılır. Miçiqan şəhərinin digər böyük şəhəri Flint də siyahıdakı ilk beşliyə daxildir. Bu şəhər də ölkənin ən kriminal şəhərlərindən biridir.
İlk onluğa həmçinin aşağıdakı ABŞ şəhərləri də düşüb:

Vest-Palm-Biç – Florida ştatı
Saktramento – Kaliforniya ştatı
Çikaqo – İllinoys ştatı
Fort-Loderleyl – Florida ştatı
Tolido – Ohayo ştatı
Rokford – İllinoys ştatı
Uorren – Miçiqan ştatı

“ABŞ-ın ən bədbəxt şəhərləri” reytinq-siyahısı hazırlanarkən işsizlərin sayı, cinayət törətmə səviyyəsi, daşınmaz əmlakın qiyməti, ipoteka kreditlərindən yararlanan sakinlərin sayı, korrupsiya səviyyəsi və s. faktorlar nəzərə alınıb.

Комментариев нет:

Отправить комментарий